Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1599/2026 16.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 1anında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC Çin Xalq Respublikasından 79АВ955/79АВ956 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********2720 sorğu nömrəli xx.xx.2026-cı il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" MMCnin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına Çin Xalq Respubİikasından idxal edilmiş malların daşındığı 79AB955/79AB956 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2026-cı il tarixdə saat 17:04-də daxil olduğu halda həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan "malın çatdırılması və boşaldılması"-na dair çıxarışdan görünür ki, 77JN298/99YG406 nömrəli nəqliyyat vasitəsi ilə "xxxx" MMC ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 03:58, radələrində ‘‘Mazımqara" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2026-cı il tarixli, № 00100- 00478/26 (EP 0286379) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, həmin vaxt sistemdə problemlər olduğu üçün qısa idxal bəyannaməsi vaxtında gömrük orqanına təqdim edilməmişdir. Həmçinin inzibati orqanda olan araşdırma zamanı onların əməkdaşı iştirak etmişdir, inzibati xətanı etiraf etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsində qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İş materiallarından müəyyən edilir ki, mallar faktiki olaraq xx.xx.2026-cı il tarixdə gömrük ərazisinə daxil olmuş, lakin həmin tarixədək və mallar daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi elektron formada gömrük orqanına təqdim edilməmişdir. Sonradan əsas gömrük bəyannaməsinin təqdim edilməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində nəzərdə tutulmuş ilkin məlumatlandırma öhdəliyini aradan qaldırmır. Məhkəmə hesab edir ki, malların gömrük ərazisinə daxil olma vaxtı rəsmi elektron informasiya sisteminin çıxarışı ilə təsdiq olunur, bununla da qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsi iş materialları ilə sübuta yetirilir. Bu hal gömrük qanunvericiliyinin tələbinin pozulması olmaqla inzibati xəta tərkibi yaradır, təqsiri istisna edən və ya məsuliyyəti aradan qaldıran hallar müəyyən edilməmişdir. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əməl edilməmiş, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Bundan əlavə inzibati orqan tərəfindən araşdırma aparılan zaman Şəxs MMC-nin nümayəndəsi qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim olunmamasını bildirmiş, bununla da inzibati xətanın şirkət tərəfindən törədilməsini etiraf etmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-1599/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1599/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver