Məhkəmə qərarları › İş №3(5-104)-1747/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1747/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1747/2026 23.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 4, mənzil 27-də yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin mülkiyyətində olan **-YR-*** nömrəli, “X3 Hibrid Minik” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2026-cı il tarixdə saat 09:36 radələrində inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Bununla Şəxs MMC tərəfindən İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Poçt göndərişinin izlənməsi”nə dair bölmədən çıxarışa əsasən, X4 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə AZ1122 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə ünvanlanmış SX077013385AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, xx.xx.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ1017 saylı poçt şöbəsi tərəfindən qəbul edilərək həmin tarixdə alıcıya təhvil verilmişdir (qəbul edən Nuranə Dadaşova). Sözügedən məktubun xəbərnaməsi xx.xx.2026-cı il tarixində AZ1122 saylı poçt şöbəsi tərəfindən göndəriciyə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, yol hərəkəti qayda pozuntusuna yol vermiş mülkiyyətində olan avtomobillərin sürücüləri barədə məlumat verilməsinə dair ünvanlanmış sorğu, “Poçt göndərişinin izlənməsi”nə dair bölmədən çıxarış ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar