Məhkəmə qərarları › İş №3(5-104)-1817/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-1817/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-1817/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Toyota Land-Cruiser-Prado markalı **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən məcburiyyət qarşısında qaldığı üçün idarə etdiyi avtomobobili yolun nəzərədə tutulmayan hissəsində saxladığı üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə uyğun olaraq 20 manat məbləğində cərimə olunmuşdur. Barəsində 2019-2022-ci illər üzrə 24 ədəd inzibati tənbeh vermə haqqında qanuni qüvvəsini almış qərar mövcud olmuş olsa da bu barədə onun məlumatı olmamışdır. İnzibati qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, eləcə də inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Lakin qanunvericiliyin tələbi müvafiq dövlət orqanı tərəfindən icra edilmir, mövcud cərimələr vaxtında icra edilməsə də DYP sistemində qalmaqdadır. İcra edilməmiş qərarların ləğv edilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsə də, bunun bir müsbət nəticəsi olmamış, xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Lakin, məhkməyə müraciət etmək üçün qanunda göstərilən şikayətetmə müddətini ötürmüşdür. Ona görə də, məhkəmədən xahiş edir ki, buraxılmış müddətin bərpası barədə ərizəsi nəzərə alınsın və müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi barədə qərar qəbul edilsin. Vəsatət vermiş şəxs X2 EMİS vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, vəsatətə onun iştirakı olmadan baxılıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs barəsində qəbul edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından vaxtında xəbərdar olmamasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də bununla bağlı əsaslı dəlillər gətirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardadın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar