Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-104)-1837/2026 24.02.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-dən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* saylı protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 11:07 radələrində idarə etdiyi “Opel Astra” minik markalı **-GM-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Bakı şəhər DYPİ-nin yol-patrul əməkdaşları tərəfindən saxlanmış, yoxlama və müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitənin istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətində avtomobili idarə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta hadisəsi ilə bağlı özünü təqsirli izahatında bildirmişdir ki, polis əməkdaşları ona bildirmişdirlər ki, protokolu tərtib edib sürücülük vəsiqəsi ilə birlikdə məhkəməyə göndərirlər, orada onu cərimə edəcəklər və ona görə də hazırda gəlmişdir ki sürücülük vəsiqəsini götürsün. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ## ###### 2026-cı il tarixdə saat 11:07 radələrində idarə etdiyi “Opel Astra” minik markalı **-GM-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Bakı şəhər DYPİ-nin yol-patrul əməkdaşları tərəfindən saxlanmış, yoxlama və müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitənin istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətində avtomobili idarə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan */** saylı, ## ###### 2026-cı il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktdan aydın olur ki, ##.##.1971-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitənin və ya psixotrop maddənin (metadon) istifadəsi nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin R, X1 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol, */** saylı, ## ###### 2026-cı il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” akt və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə İXMnin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(5-104)-1837/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1837/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver