Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1842/2026 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X14 oğlunun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş materiallara Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru, X14 oğlu tərəfindən tərtib edilmiş 11 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə inspektoru X10 izahatında bildirmişdir ki, xırda talama hadisəsi ilə bağlı vətəndaş X1 xx.xx.2025-ci il tarixli şikayəti əsasında PŞ-nin təhqiqatçısı Ş.Əlizadənin və xx.xx.2026-cı il tarixli X5 müraciəti Yasamal RPİ-nin təhqiqatçısı F.Həsənovun qərarı əsasında cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı həmin əməli törətmiş şəxsin Şəxs olması müəyyən edilmiş və sonuncunun əməlində cinayət tərkibi yaranmadığından barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 39 nəfər şəxsə qarşı protokolda qeyd edilən əməli törətmişdir. Əməllərindən peşmandır. Zərərçəkmiş şəxslərin hər birinə dəymiş zərəri tam şəkildə ödəməyə hazırdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Tiktok sosial şəbəkəsində “kredituran” adlı səhifəyə kreditlə bağlı müraciət etmişdir. Ona 5000 manat kredit vermək üçün ondan 500 manat pul istənilmişdir. Həmin şəxsin kartına 50 manat, 150 manat, 70 manat, 80 manat, 100 manat ümumilikdə 450 manat pul göndərmişdir. Pulun gəlmədiyini gördükdə nə baş verdiyini həmin şəxsdən soruşduqda gözləməli olduğunu bildirmişdir. Bundan sonra dələduzların qurbanı olduğunu və aldadılmasını başa düşmüşdür. Şəxs tərəfindən dəymiş zərərin ödənilməsini qəbul etmir və onunla barışmır. Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh təqbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “Whatsapp” tədbiqinində olan video görüntü vasitəsi ilə şahid qismində dindirilmiş X11 bildirmişdir ki, xx.xx.2026-cı ildə saat 09:30 radələrində www.tiktok.com sosial şəbəkəsində «Park Maşınları» profilində 100 manata uşaq oyuncağının (idarə olunan avtomobil) satış elanı rastına çıxmış və qeyd olunan oyuncağı almaq üçün profildə qeyd olunmuş ***-***-**-** mobil nömrəsi ilə «whatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq həmin oyuncağı almaq istədiyini bildirmişdir. Qeyd edilən mobil telefon nömrəsini istifadə edən şəxs ondan həmin avtomobili almaq üçün ona bank kartı vasitəsilə çatdırılma haqqı ilə birlikdə 130 manat göndərməli olduğunu bildirmiş və onunla razılaşaraq həmin gün saat 15:52-də özünə məxsus 5411 2498 0280 3937 nömrəli «Leo Bank» kart hesabımın mobil tətbiqi vasitəsilə onun «whatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə göndərdiyi 4169 3788 5395 5882 bank kartı hesab nömrəsinə 130 manat göndərmişdir.Sonradan həmin şəxs köçürmənin gecikməsini bildirmiş və ondan ona eyni bank kartı hesabına əlavə 130 manat göndərməyini xahiş etmiş və oyuncağı çatdıran zaman həmin 130 manat məbləği ona qaytaracağım bildirmişdir.Aralarında aparılan danışıqlardan sonra, həmin şəxslə razılaşaraq ona əlavə 110 manat göndərdikdən sonra o, ona yenidən köçürmənin gecikdiyini bildirərək əlavə 130 manat pul göndərməyini xahiş etmişdir. Tələb olunan məbləğ onda olmadığı üçün həmin şəxslə 100 manata razılaşmış və ona 100 manatı göndərdikdən sonra da oyuncağın çatdırılmadığını gördükdə həmin şəxsdən pulu geri qaytarmağını tələb etmiş və o, ona pulu bank kartı vasitəsilə göndərə bilmədiyini bildirmiş və pulu ona nağd şəkildə qaytarmaq üçün avtomobilinə yanacaq almaq məqsədi ilə 15 manat pul göndərməyimi xahiş etmişdir.15 manatı onun ona göndərdiyi bank kartına göndərdikdən sonra o, yenidən pulun olan çatmadığını bildirərək yenidən 15 manat göndərməyini xahiş etmiş və yanına gələn zaman bütün göndərdiyim pulları qaytaracağını vəd vermişdir.Həmin şəxsə inanaraq onun bank kartına əlavə 15 manat göndərdikdən sonra həmin şəxs onun zənglərinə və mesajlarına cavab verməmişdir. Məhkəmə iclasında “Whatsapp” tədbiqinində olan video görüntü vasitəsi ilə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o,azyaşlı övladı Hüseynə oyuncaq avtomobil almaq istəyirmiş. Bu məqsədlə “Tik Tok" sosial şəbəkəsində “Park maşınları” səhifəsinə rast gəlmişdir. Həmin səhifədə avtomobillərin endirimdə olduğu qeyd olunmuşdu. Buna görə də həmin elanlar onun diqqətini cəlb etmişdir. O, həmin səhifədə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə “Vatsap” proqramı vasitəsi ilə əlaqə saxlamış və oyuncaq avtomobillərlə maraqlandığını bildirmişdir. xx.xx.2026-cı il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə “Vatsap” proqramı vasitəsi ilə danışıq zamanı həmin şəxs ona oyuncaq avtomobillərin şəklini göndərmiş və qiymətinin 110 manat olduğunu demişdir. 110 manat pulun müqabilində həm də avtomobilin çatdırılması həyata keçiriləcəkmiş. Bundan sonra o, həmin şəxsin ona göndərdiyi **********784779 saylı bank kart hesabına özünə məxsus kartdan mobil tətbiq vasitəsi ilə xx.xx.2026-cı il tarixdə saat təxminən 12:56-da 110 manat ödəniş etmişdir. Razılaşmaya əsasən saat 16 radələrində oyuncaq avtomobil çatmalı imiş. Saat 16 radələrində o, həmin şəxslə dəfələrlə əlaqə saxlamağa çalışsa da, həmin şəxslə əlaqə yaratmaq mümkün olmamışdır. Həmçinin qeyd olunan oyuncaq avtomobilin çatdırılması da həyata keçirilməmişdir. O, başa düşmüşdür ki, həmin şəxs onu aldadaraq 110 manat pul vəsaitini ələ keçirmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, o, 110. manat pul vəsaitini özünə məxsus kartdan həmin şəxsin dediyi karta mobil tətbiq vasitəsi ilə ödəmişdir. Həmin vaxt o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İzmir" parkının yaxınlığında olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Şəxs etirafedici ifadəsi və məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli qərardan görünür ki, təhqiqat araşdırması zamanı vətəndaş X4 xx.xx.2025-ci il tarixdə Tiktok sosial şəbəkəsində “kredituran” adlı səhifəyə kreditlə bağlı müraciət etdiyini, onunla +**********10 saylı nömrə ilə vvhatsappda danışdığını, ona 5000 kredit vermək üçün məndə 500 manat pul istədiyini onun 5522 0993 6276 4870 nömrəli ABB kartına 50 manat, 150 manat, 70 manat, 80 manat, 100 manat ümumilikdə 450 manat pul göndərdiyini, pulun gəlmədiyini gördüyünü ondan soruşduqda gözləməyi dediyini, daha sonra başa düşdüyünü ki dələduzların qurbam olmub və aldadılmasını bildirmişdir. Qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan dələduzluq, yəni Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətini yaratmır. Lakin həmin hadisəni törtətmiş naməlum şəxsin əməlində xırda talama inzibati xəta vardır. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməli və X2 qarşı dələduzluq etmiş və ona 450 manat pulunu alıb ona qarşı dələduzluq edən etmiş naməlum şəxsin gələcəkdə şəxsiyyəti və yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməlidir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, xx.xx.2026-cı il tarixdə Ucar rayonu, Bağban kəndində qeydiyyatda olan, ünvan 2 ünvansız yeni tikili, fərdi yaşayış evində yaşayan, xx.xx.2003-cü il təvəllüdlü X3 RPl-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı ildə saat 09:30 radələrində www.tiktok.com sosial şəbəkəsində «Park Maşınları» profilində 100 manata uşaq oyuncağının (idarə olunan avtomobil) satış elanı rastına çıxmış və qeyd olunan oyuncağı almaq üçün səhifədə qeyd olunmuş ***-***-**-** mobil nömrəsi ilə «whatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq həmin oyuncağı almaq istədiyini bildirmişdir.Qeyd edilən mobil telefon nömrəsini istifadə edən şəxs ondan həmin avtomobili almaq üçün ona bank kartı vasitəsilə çatdırılma haqqı ilə birlikdə 130 manat göndərməli olduğumu bildirmiş və onunla razılaşaraq həmin gün saat 15:52 mənə göndərdiyi bank kartına 130 manat göndərmişdir. Sonradan həmin şəxs köçürmənin gecikməsini bildirmiş və aldanaraq hissə-hissə ümumilikdə onun bank kartına köçürmə yolu ilə ümumilikdə 370 manat pul göndərsə də, o zənglərinə və mesajlarına cavab verməmişdir. Bununla da toplanmış təhqiqat materialından görünür ki, vətəndaş Şəxs, vətəndaş X8 aldadaraq sonuncuya 370 manat maddi ziyan vurmuşdur. Beləliklə, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibli xüsusatlar müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməli, bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPl-nin 27-ci PŞ-nə göndərilməlidir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, 11 fevral 2026-cı il tarixdə vətəndaş X6 ərizə ilə Yasamal RPİ-yə müraciət edərək bildirmişdir ki, azyaşlı övladına oyuncaq avtomobil almaq məqsədi ilə “Tik Tok" sosial şəbəkəsində olan “Park maşınları” səhifəsindəki ***-***-**-** saylı mobil nömrənin "whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamış, sonuncunun kart hesabına 110 manat pul köçürmüş və həmin şəxs pulu ələ keçirərək verdiyi vədə əməl etməmişdir. Toplanmış materialdan görünür ki, Şəxs Gülçin Sadıxovanın pulunu ələ keçirərkən niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsinə yönəlməmiş, yəni o, pulu əldə edərək oyuncaq avtomobilin satışı və çatdırılması üçün heç bir iş görməmiş, həmin pulu əvəzsiz olaraq ələ keçirmişdir. Qeyd olunan xüsusat onun özünün etirafedici izahatı, materiala əlavə edilmiş ödəniş qəbzi, "whatsapp” yazışmaları, həmçinin digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Baş vermiş hadisə nəticəsində Gülçin Sadıxovaya 110 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də Şəxs əməli dələduzluq cinayət kimi deyil, inzibati xəta olaraq xırda talama kimi qiymətləndirilməli və məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanları nəzərə alaraq toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməli, qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Yasamal RPİ-nin 27-ci PŞ-nə göndərilməlidir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, Araşdırma zamanı izahatı alınmış vətəndaş Şəxs izahatında göstərmişdir ki, www.tiktok.com sosial şəbəkəsində «Park Maşınları» profili ona məxsusdur.xx.xx.2026-cı il tarixdə qeyd olunan profildə 100 manata uşaq oyuncağının (idarə olunan avtomobil) satışı elanı yerləşdirmiş və həmin gün saat 09:30 radələrində ***- ***-**-** mobil nömrəsindən tanımadığı bir şəxs onun qeyd olunan profildə qeyd etdiyi ***- ***-**-** mobil nömrəsi ilə «whatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə onunla əlaqə saxlayaraq həmin oyuncağı almaq istədiyini bildirmiş və oyuncağı həmin gün almaq istədiyi təqdirdə onun bank kartına çatdırılma haqqı ilə birlikdə 130 manat göndərməli olduğunu bildirmişdir.***-***-**-** mobil nömrəsinin sahibi onunla razılaşaraq həmin gün saat 15:52 radələrində ona «whatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə göndərdiyi 4169 3788 5395 5882 «Kapital Bank» kartı hesab nömrəsinə 130 manat göndərdikdən sonra, ona yalandan həmin məbləğin onun hesabına köçməsinin gecikdiyini bildirmiş və ondan yenidən 130 manat göndərməsini xahiş etdikdə o, qeyd etdiyi bank kartına əlavə 110 manat köçürtmüş, bundan sonra onu aldadaraq pulun hesabına köçmədiyini bildirərək yenidən 130 manat göndərməsini xahiş etdikdən sonra o, 100 manat göndərmişdir.***-***- **-** mobil nömrəsinin sahibi onun aldığı oyuncağı gətirmədiyini gördükdə ona göndərdiyi 340 manatı onun bank kartına göndərməyini tələb etdikdə, pulu göndərə bilməyəcəyini, yalnız həmin pulu onunla görüşərək nağd şəkildə qaytara biləcəyini və bunun üçün idarə etdiyi avtomobilə yanacaq almaq üçün 15 manat göndərməsini xahiş etmişdir.Həmin şəxs razılaşaraq 15 manatı göndərdikdən sonra, pulun köçməsinin yenidən gecikdiyini bildirərək, ondan yenidən 15 manat göndərməsini xahiş etmişdir.Qeyd olunan şəxs onunla razılaşaraq yenidən 15 manat göndərdikdən sonra, şəxs ona «whatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə mesaj yazaraq zəng etsə də onun zənglərinə cavab verməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, “Tik Tok” sosial şəbəkəsində “Park maşınları” adlanan profil ona məxsusdur. Həmin səhifədə oyuncaq avtomobillərin fotoşəklini yerləşdirərək, onları satmağı barədə elan vermişdir. xx.xx.2026cı il tarixdə ***-***-**-** saylı mobil nömrədən bir nəfər şəxs onun səhifədə yerləşdirdiyi ***- ***-**-** saylı mobil nömrənin “Vatsap”ı ilə əlaqə saxlayaraq övladı üçün oyuncaq avtomobil almaq istədiyini demişdir. O, da istifadəsində olan **********784779 saylı bank kartını həmin şəxsə təqdim etmişdir. Həmin şəxs karta 110 manat ödəniş etmişdir. Razılaşmaya əsasən saat 16 radələrində oyuncaq avtomobil çatmalı idi. O, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və heç bir iş görməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, “Tik Tok” sosial şəbəkəsində “Park maşınları” adlanan səhifədə oyuncaq avtomobillərin satışı ilə məşğul olmur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:45-də inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs barəsində iki dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs xırda talama, oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs həbsetməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 10 fevral 2026-cı il tarixdən saat 22:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 10 fevral 2026-cı il tarixdən saat 22:45dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(5-104)-1842/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1842/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver