Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-188/2026 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Bakı Şəhəri DYPİ YPX baş inspektoru X6 tərtib etdiyi İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolla razı deyil, çünki o yayınmamışdır. Ümumiyyətlə avtobus ilə toqquşmada onun təqsiri yoxdur. O, nəqliyyat vasitəsini sağa döndərib orada saxlamışdır. Avtobus hadisə yerindən getdiyi üçün o da oradan uzaqlaşmışdır. Haqsız protokol qəbul edilib. Qərarın ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən X5 05 dekabr 2025-ci il tarixdə saat 12:07 radələrində “HONGQİ EQM5 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Bədəlbəyli küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması, İnzibati Xətalar Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə İXM-in 327.1, 327.6 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir. İşə baxılarkən səlahiyyətli orqan Bakı şəhər X11 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntüyə baxış zamanı X3 idarə etdiyi avtomobillə İXM-nin 327.1 və 327.6-cı maddələrində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Belə ki, təqdim olunan hadisənin videogürüntülərindən aydın görünür ki, X5 05 dekabr 2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə sağ tərəfində avtobus marşrutları üçün nəzərdə tutulan zolağda düz hərəkət edən avtobusla toqquşur və daha sonra nəqliyyat vasitəsi ilə sağa tərəf digər küçəyə dönərək nəqliyyat vasitəsini saxlayır. Lakin hadisə barədə polis orqanlarına hər hansı məlumat vermədən bir müddət sonra nəqliyyat hadisəsi yerindən yayınır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, “Baku Bus” şirkətinə məxsus avtobus sürücüsü X8 hadisə barədə Bakı şəhər BPİ DYPİ-nə müraciət edib şikayətini bildirmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərara və sübutlara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-188/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-188/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver