Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1889/2026 23.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi, Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə İrəvanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yerləşən "xxxx" MMC-nin rəhbəri X7 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən ("xxxx" MMC) 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat (səksən dörd min iki yüz altmış səkkiz manat, 47 qəpik), 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat (yüz üç min yüz altmış beş manat, 57 qəpik), 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat (yüz yetmiş altı min yüz qırx altı manat, 12 qəpik), cəmi ƏDV xaric 363.580,16 manat (üç yüz altmış üç min beş yüz səksən manat, 16 qəpik) məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Borclu "xxxx" MMC-nin rəhbəri X7 borclu "xxxx" MMC-nin həmin qərarının icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. X2 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2260/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən ("xxxx" MMC) 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat (səksən dörd min iki yüz altmış səkkiz manat, 47 qəpik), 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat (yüz üç min yüz altmış beş manat, 57 qəpik), 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat (yüz yetmiş altı min yüz qırx altı manat, 12 qəpik), cəmi ƏDV xaric 363.580,16 manat (üç yüz altmış üç min beş yüz səksən manat, 16 qəpik) məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. X7 borclu "xxxx" MMC-nin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə "xxxx" MMC-yə məktub göndərilsə də, qətnamənin icrası hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi, Vəkil bildirmişdir ki, borclu müəssisənin rəhbəri X7, icra sənədinin icrasına məsul vəzifəli şəxs kimi, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İcra məmuru tərəfindən dəfələrlə qanuni tələblər irəli sürülmüş, rəsmi məktublar göndərilmiş, lakin borc bu günədək ödənilməmişdir. İş materiallarından və icra məmurunun izahatından açıq şəkildə görünür ki, borclu tərəf heç bir əsaslı və üzrlü səbəb göstərmədən məhkəmə qətnaməsini icra etməkdən yayınmışdır. Məhkəmə aktlarının icrası hüquqi dövlət prinsipinin əsas elementlərindən biridir. Əks halda, məhkəmə qərarlarının mövcudluğu formal xarakter daşıyar və hüquqi müdafiə mexanizmi mənasız hala gələr. Borclu tərəfin uzun müddət ərzində icradan yayınması iddiaçının əmlak hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu səbəbdən X5 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsini və qanunvericilikdə nəzərdə tutulmuş tədbirin tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən ("xxxx" MMC) 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat (səksən dörd min iki yüz altmış səkkiz manat, 47 qəpik), 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat (yüz üç min yüz altmış beş manat, 57 qəpik), 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat (yüz yetmiş altı min yüz qırx altı manat, 12 qəpik), cəmi ƏDV xaric 363.580,16 manat (üç yüz altmış üç min beş yüz səksən manat, 16 qəpik) məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, borclu hüquqi şəxsin rəhbəri X7 icra sənədində göstərilən öhdəliklərin icrasına məsul vəzifəli şəxs olmasına baxmayaraq, məhkəmə aktını könüllü qaydada icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra hərəkətlərindən faktiki olaraq yayınmış, qərarın icra edilməməsinə dair hər hansı üzrlü səbəb göstərməmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası hüquqi dövlətin əsas prinsiplərindən biridir və məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinin mahiyyətini və dövlət hakimiyyətinin nüfuzunu sarsıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə aktının və ya digər icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İş üzrə sübutlarla müəyyən edilmişdir ki, X7 icra sənədinin mövcudluğu və məzmunu barədə məlumatlı olmuşdur, ona icra üçün qanunla müəyyən edilmiş müddət verilmişdir, icra məmuru tərəfindən qanuni tələblər irəli sürülmüşdür, buna baxmayaraq, o, şüurlu və qəsdən hərəkətsizlik nümayiş etdirmişdir. Belə davranış hüquqi şəxsin rəhbəri kimi onun üzərinə düşən vəzifələrin kobud şəkildə pozulması və qanuni tələblərin bilərəkdən yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətsizliyi təsadüfi və ya səhlənkarlıq nəticəsində deyil, məhkəmə qərarının icrasından yayınmağa yönəlmiş şüurlu davranışdır. Bu isə inzibati xətanın həm obyektiv, həm də subyektiv tərkib əlamətlərinin tam sübuta yetirildiyini göstərir. Məhkəmə inzibati tənbeh təyin edərkən xətanın davamlı xarakter daşımasını, icra olunmayan məbləğin əhəmiyyətli həcmdə olmasını, hüquqi şəxsin rəhbərinin məsuliyyət dərəcəsinin yüksək olmasını, məhkəmə qərarının icrasından açıq şəkildə yayınma faktını nəzərə almışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs barəsində 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi törədilmiş inzibati xətaya uyğun, ədalətli və zəruri olmaqla yanaşı, həm də preventiv xarakter daşıyır və gələcəkdə məhkəmə aktlarının icrasından yayınma hallarının qarşısının alınmasına xidmət edir. Məhkəmə bir daha vurğulayır ki, məhkəmə qərarlarının icrası müzakirə mövzusu deyil, icrası məcburi olan hüquqi öhdəlikdir və həmin öhdəliyin bilərəkdən yerinə yetirilməməsi hüquqi məsuliyyət doğurur. Bununla da "xxxx" MMC-nin rəhbəri X5 vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən X5 əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-1889/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1889/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver