Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-104)-1960/2026 18.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “** saylı” vəkil bürosunun vəkili nümayəndə2 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, şahid3 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 AR-nın ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, şahid3 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 AR-nın ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyinin müəyyən edildiyini, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 bildirmişdir ki, protokolda səhvə yol verilərək şahid3 istinad olunsa da, ancaq onun əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərilmək yerinə, səhvən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 AR-nın ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi qeyd edilmişdir. şahid3 DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanladığı şikayətlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işlədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin də direktoru nümayəndə1dur. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “** saylı” vəkil bürosunun vəkili nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 əmək müqaviləsi mövcuddur. Araşdırma şahid3 barəsində aparılsa da, ancaq protokol nümayəndə1 AR-nın ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işlərin görülməsinə cəlb edildiyi ilə bağlı olmuşdur. nümayəndə1 izahatı alınmamış, həmçinin şahid3 da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işləməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “** saylı” vəkil bürosunun vəkili nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “Coşqun İnşaat” MMC arasında podrat müqaviləsi bağlanmış, DTX-nın əsas binasında təmir-bərpa işlərinin görülməsinə “Coşqun İnşaat” MMC cəlb edilmiş, şahid3 isə həmin MMC-nin işçisi olmuşdur. şahid3 “Coşqun İnşaat” MMC-nin direktoruna müraciət etmiş, nəticədə o, işlərin görülməsi üçün əraziyə göndərilmişdir. Daha sonra isə bədbəxt hadisə baş vermişdir. Lakin məsələ budur ki, əraziyə gedəndə bütün işçilər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin adını verərək əraziyə daxil olmuşlar, çünki tenderin qalibi – iş sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC olmuşdur. Hadisə baş verən zaman şahid3 yanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçiləri olmuş, buna görə də şahid3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işlədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, o, “Coşqun İnşaat” MMC ilə usta kimi işləməyə razılaşmış, ancaq iş alınmamışdır. şahid3 tanımır. şahid3 Ramin adlı şəxslə görüşmüş, həmin şəxs də “Coşqun İnşaat” MMC-nin direktoru olmuşdur. şahid3 ərazidə xəsarət almış, bu barədə məlumatı da Ramin vermişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 izahatında bildirmişdir ki, şahid3 hadisə baş verən zaman tanımışdır. Roma adlı baş fəhlə demişdir ki, işçi ayağını kəsmişdir. Pənah da ona demişdir ki, həmin şəxsi xəstəxanaya aparsın. O da həmin şəxsi xəstəxanaya aparmış, ödənişi isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru etmişdir. Həmin ödənişlər hazırda geri qaytarılmamışdır. Xəstəxana çıxışında isə şahid3 başqa avtomobilə qoyub aparmışlar, bundan sonra şahid3 görməmişdir. Verilən suallara cavab olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisi olduğunu, Roma adlı şəxsin isə “Coşqun İnşaat” MMC-nin işçisi olduğunu, hadisə baş verən ana qədər şahid3 görmədiyini, bildiyi qədəri ilə şahid3 işə başladığı gün hadisənin baş verdiyini bildirmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 izahatında bildirmişdir ki, iş görmək üçün fəhlələr lazım olmuş, o da bu barədə fəhlələrin Whatsapp qrupuna yazmış, nəticədə bəzi fəhlələr seçilmiş, şahid3 da bu vəsilə ilə tanımışdır. “Coşqun İnşaat” MMC-nin direktoru Ramin işçi lazım olduğunu bildirmiş, o da həmin fəhlələri əraziyə aparmışdır. Onlar əvvəlcə Raminlə görüşmüş, onları içəri isə Pənah adlı şəxs salmışdır. ##.##.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 izahatında bildirmişdir ki, Whatsapp qrupuna öz vəsiqəsini göndərmiş, nəticədə işçi kimi onu seçmişlər. Roma adlı şəxslə görüşmüş və əraziyə getmişlər. Əraziyə getdiyi gün gecə də daxil olmaqla işləmiş, sonra isə hadisə baş verdiyi üçün onu ərazidən çıxarmışlar. Elburusu da həmin vaxt tanımışdır. Xəstəxanaya gedərək müalicə almış, daha sonra evə buraxılmışdır. Roma adlı şəxs onların vəsiqələrini yığmış, əraziyə daxil olmamışdan əvvəl onları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisi kimi göstərmişdir. Avtomobillə xəstəxanaya aparılarkən ona demişdirlər ki, bütün məsrəflər qarşılanacaqdır. Sonradan Pənah da eyni sözləri demişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, şahid3 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 AR-nın ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. şahid3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, xxxx şirkətində işləyərkən aldığı xəsarətlə bağlı müraciət edir və xahiş edir ki, onun şikayətinə baxılsın. Belə ki, o, işləyən vaxt ayağını laqonda kəsmiş, o, şirkət tərəfindən xəstəxanaya aparılmış, ayağını tikdikdən sonra şirkətin şoferi onu evə aparmış, o, neçə ay evdə yatmış, ona şirkət tərəfindən şirkətin rəhbəri şahid2 deyir ki, “sizi tanımıram, siz mənim şirkətimdə işləməməsiniz, sizə cavabdeh deyiləm, cavabdeh Pənahdır”. Lakin onu xəstəxanaya Elburus özü aparmış və ona demişdir ki, heç bir yerə şikayət etməsin, onlar xəstəxana məsrəflərini və maaşını ödəyəcəklər. Lakin neçə ay evdə yatmış, müalicə almış, şirkət tərəfindən ona heç bir köməklik göstərilmədi, qohumları və dostlarının köməkliyi ilə xərclərini ödədi. Odur ki, ona köməlik edilməsini, ona dəymiş ziyanın xxxx şirkəti tərəfindən ödənilməsini xahiş etmişdir. Şirkət ona demişdir ki, xəstəxanada yatmasın və şikayət etməsin, onlar müalicəni etdirəcək və neçə ay işləməsə onu qarşılayacaqlar, lakin onu aldatmış, heç bir köməklik etməmişlər. şahid3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatdan görünür ki, o, xxxx MMC adlı şirkətdə DTX-nın ərazisində işləyərkən laqonda kəsərkən ayağından xəsarət aldığını, onu Hüseynov Elbrus adlı müdirin DTX-nın hospitalına apardığını və ona “heç bir yerə şikayət etmə sənin müalicəni ev şəraitində aparacıyıq və sənin yatdığın müddətdə maaşın yazılacaq, iynə-dərmanla təmin olunacaqsan” dediyini, lakin buna baxmayaraq şirkətin heç bir rəhbər üzvünün onunla maraqlanmadığını, sadəcə ona 100 manat pul və iki qoltuq ağacı verdiklərini, onun da aldığı xəsarətlərə görə ağır işlərdə işləyə bilmədiyini, odur ki, 5 ay müddətində evdə qaldığı maaşının ödənilməsi və iynə-dərmanlara xərclədiyi pulun qarşılanmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq hadisənin ##.##.2025-ci il tarixində saat 12:00 radələrində baş verdiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə əmək müqaviləsinin olmadığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni Whatsapp iş qrupunda tapdığını, laqondanı daş dəydikdən sonra yerə qoyduğunu, toka taxdığını, laqondanın qəfildən işə düşdüyünü, barabana dəyərək geri qayıtdığını, ayağını kəsdiyini, qoruyucu geyimlə təmin olunmadığını, təhlükəsizlik qaydaları barədə təlimat keçirilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilən **** nömrəli, ##.##.2025-ci il tarixli ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, şahid3 sağ baldır nahiyyəsinin kəsilmiş-didilmiş yarası diaqnozu qoyulmuşdur. Xəstənin vəziyyətində sağ baldırın iç səthində və topuqda kəsilmiş yara, yaradan qan axması, sağ ayaq barmağın hərəkət məhdudluğu müşahidə edilir. Xəstə deməsinə görə iş görərkən elektrikli mişarla ayağını kəsmişdir. şahid3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatdan görünür ki, o, ##.##.2025-ci il tarixdə dayısıoğlu X4 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şirkətinə dəvət edildiyini, işə getdiyi zaman heç bir rəhbər şəxs görmədən işə başladığını, sadəcə onlara nəzarət edən supervayzer Roma adlı şəxsin olduğunu, Roma adlı şəxsin soyadını və nömrəsini bilmədiyini, ##.##.2025-ci il tarixdə işə getdiyini, bütün gecəni işlədiyini, növbəti gün ##.##.2025-ci il tarixdə saat 09:00 radələrində DTX-nın ərazisində yenidən işə getdiyini, saat 11:00-da çay fasiləsinə getdiyini, 15 dəqiqə sonra işə başlamağa qayıtdığını, laqondanı elektrikdən ayıraraq diskini dəyişdiyini, yenidən laqondanı cərəyana taxdığını, laqondanın öz-özünə işə düşdüyünü, fırlanaraq ayağını kəsdiyini, hadisə baş verən zaman yanında köməkçi olduğunu, lakin o şəxsin adını bilmədiyini, xəsarət alan zaman həmin şəxsin qışqırdığını, köməyə adam çağırdığını, daha sonra köməyə adam gəldiyini, gələn adamın onu qucağına alaraq binadan aşağı düşürtdüyünü, sonra dayısıoğlunun başqa bir işçi ilə ona köməyə gəldiyini, onu qucağında aparan, dayısıoğlu ilə gələn şəxslərin adını bilmədiyini, DTX- nın binasından çıxdıqlarını, onlara Elburus müəllimin gəlməsi haqqında məlumat verildiyini, xəsarət aldığı zaman Roma adlı şəxsin onun ayağını remenə sıxaraq ilkin tibbi yardım göstərərək qanın dayanmasına köməklik etdiyini, Elburusun gələrək onu DTX-nın Hospitalına apardığını, yolda gedən zaman ona “heç bir yerə şikayət etmə, biz sənin xəstəxana məsrəflərinin ödənilməsinə, müalicənin davam etdirilməsinə köməklik edəcəyik, maaşın evdə yatdığın müddətdə ödəniləcək” dediyini, bu zaman Elburusun onun yanında, lakin Pənahın telefonda olduğunu, əməliyyatdan çıxdıqdan sonra Elburusun onu DTX-nın binasının qabağına gətirərək maşın çağırdığını, onun şirkətin maşını olduğunu, ona xəstəxanada yatmağa imkan verilmədiyini, ona pas iynəsi vurulmalı olduğunu, lakin Roma adlı şəxs tərəfindən pas iynəsinin pulunun ödənildiyini, ona “xəstəxanaya getmə, iynəni evdə vurdur deyildiyini, iynələrini evdə tibb bacısı çağıraraq vurdurduğunu bildirmişdir. Verilən suallara cavab olaraq işə başlayan zaman onu Roma adlı şəxsin içəri saldığını, onun telefon nömrəsini bilmədiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti ilə əlaqəsinin olmadığını, lakin əvvəlki işlədiyi şirkətdə iş dayandığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətində işləməyə getdiyini, hadisə zamanı yanındakı köməkçinin qışqıraraq kömək çağırdığını, lakin işə yeni başladığı üçün köməkçinin adını bilmədiyini, Elburusu xəsarət aldıqdan sonra tanıdığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətində rəhbər şəxslərdən olduğunu bildiyini, xəsarət aldıqdan sonra Pənah adlı şəxsin də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətində icraçı rəhbərlərdən biri olduğunu, ona 100 manat, iki ədəd kastil alaraq köməklik etdiyini, onun özündə olmadığını, Elburus və Pənahın təcili tibbi yardımın gəlməsinə imkan vermədiklərini, Elburusun dediyi Elsevər adlı şəxsi tanımadığını, onun xxxx şirkətini, Elburus və Pənahı tanıdığını, çalışdığı şirkətin xxxx olduğunu bildiyini, hadisə ilə bağlı şahid dayısıoğlu X4 göstərə biləcəyini, onunla xxxx şirkəti arasında müqavilə bağlanmadığını, Elburus müəllimin bir neçə dəfə ona zəng vuraraq onu DTX-nın ərazisinə dəvət etdiyini, bildirmişdir. Əmək müqaviləsindən görünür ki, işəgötürən Max Group MMC, X1 ilə işçi şahid3 arasında ##.##.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, şahid3 əmək müqaviləsi üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsindən görünür ki, işəgötürən xxxx MMC, nümayəndə1 Allahverdi oğlu ilə işçi nümayəndə1 arasında ##.##.2017-ci il tarixində əmək müqaviləsi bağlanmış, nümayəndə1 əmək müqaviləsi üzrə direktor vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdırdir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Toğrul Əsədova ünvanlanmış ##.##.2025ci il tarixli, **/** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Podrat müqaviləsi”nə əsasən baş podratçı qismində “Sifarişçi”- yə məxsus inzibati binada təmir işləri aparır. Həmin müqavilənin icrası ilə əlaqədar olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC subpodratçı “Coşqun İnşaat” MMC ilə **V**-** saylı ## #### 2025-ci il tarixdə müqavilə bağlamışdır və məktubunuzda bəhs edilən hadisədə adı hallanan vətəndaş şahid3 “Coşqun İnşaat” MMC-nin işçisidir, tərəflər arasında bağlanmış subpodrat müqaviləsinin şərtlərinə görə “Əməyin mühafizəsi və təhlükəziik texnikası qaydları”nın tələblərinə riayət etmək öhdəliyi şahid3 çalışdığı müəssisənin üzərinə düşür. Əmək müqaviləsindən görünür ki, işəgötürən Max Group MMC, X1 ilə işçi X10 arasında ##.##.2025-ci il tarixində əmək müqaviləsi bağlanmış, X4 əmək müqaviləsi üzrə montajçı vəzifəsinə işə qəbul edilmişdir. X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatdan görünür ki, ##.##.2025-ci il tarixində Bakı şəhəri, Parlament prospekti 14 ünvanında yerləşən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin yerləşdiyi binanın içərisində baş vermişdir. Hadisə saat 11 radələrində çay fasiləsindən sonra şahid3 ayağının iş görərkən laqonda ilə kəsməsi nəticəsində baş vermişdir. Hadisə zamanı o, binanın dəhlizində idi. şahid3 isə otaqda idi. O, onun qışqırıq səsini eşidib, ona yaxınlaşdı. Verilən suallara cavab olaraq xxxx şirkəti tərəfindən işlərə cəlb edildiklərini, onunla həmin şirkət arasında əmək və ya mülki müqavilənin və ya hər hansı bir müqavilənin bağlandığını bilmədiyini, o, hər hansı şirkətlə müqaviləyə imza atdığını xatırlamadığını, orada işlərə cəlb etməyə aparan adamın adının Roma olduğunu, Romanın soyadını bilmədiyini, telefon nömrəsini də bilmədiyini, xəsarət aldıqdan sonra Elburus müəllimin maşını ilə DTXnın hospitalına aparılıb və orada əməliyyat olunduğunu, həmin vaxt “xxxx” MMC-nin işçisi olduğunu, ancaq onu işə xxxx şirkətinin cəlb etdiyini, “xxxx” MMC-də iş olmadığını, işə getmədiklərini, ona görə özünə əlavə iş tapdığını, onları işə cəlb edənlərdən birinin Pənah müəllim olduğunu bildirmişdir. Əmək müqaviləsindən görünür ki, işəgötürən xxxx MMC, nümayəndə1 Allahverdi oğlu ilə işçi şahid2 arasında ##.##.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, şahid2 əmək müqaviləsi üzrə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. şahid2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatdan görünür ki, o, xxxx şirkətində sahə rəisi vəzifəsində işləyir, onları müqavilə əsasında suppodrat şirkət işlədir, iş icraçısı Pənah idi. Ona xəbər verdilər ki, Pənahın işçisi Rəşad adında (fəhlə işləyir) şəxs ayağını laqonda mişarı ilə kəsib. O da Pənaha zəng vurub dedi ki, işçinin ayağını laqonda kəsib. O da ondan xahiş etdi ki, uzaqdadır, onlar onu xəstəxanaya çatdırsınlar, özü də gəlir. O, həmin işçini DTX-nın hospitalına çatdırdı və onun yarasını tikdirdi. Sonra da Pənahın sürücüsünə təhvil verdi. Hadisənin şahidi Pənahın öz işçisi Roma olmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilən ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş şahid3 “Sağ baldırın ön səthində ağrı, yaradan qanama, hərəkət məhdudluğu” şikayətləri ilə ## #### 2025-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin (HTBİ) Hərbi Hospitalına müraciət etmişdir. Deməsinə görə, işdə olan zaman elektrikli mişarla ayağını kəsib, zədə almışdır. Aparılan müayinə nəticəsində xəstəyə “Sağ topuq və sağ baldırın kəsilmiş, didilmiş yarası” diaqnozu qoyulmuşdur. Vətəndaş şahid3 əmək qabiliyyətinin olmaması vərəqəsi verilməmişdir. Qeyd etmək istərdik ki, şahid3 alkoqol test müayinəsindən keçməmişdir. Əmək müqaviləsindən görünür ki, işəgötürən * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi, X18 ilə işçi şahid1 arasında ##.##.2025-ci il tarixində əmək müqaviləsi bağlanmış, şahid2 əmək müqaviləsi üzrə zibil yükləyən fəhlə vəzifəsinə işə qəbul edilmişdir. ## #### 2025-ci il tarixli podrat müqaviləsindən görünür ki, bir tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC, direktor nümayəndə1 şəxsində (bundan sonra “SİFARİŞÇİ” adlandırılacaq), digər tərəfdən “COŞQUN İNŞAAT” MMC direktor X6 şəxsində (bundan sonra “PODRATÇI” adlandırılacaq) bu müqaviləni bağlamışlar. Müqavilənin predmeti - «Sifarişçi» DTX-nın Bakı şəhəri, Parlament prospekti 14 ünvanda yerləşən əsas inzibati binasında söküntü və əsaslı təmir işlərinin görülməsini «Podratçı»ya həvalə edir, “Podratçı” isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada xidmət göstərməyi öhdəsinə götürür. Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqı, Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair qiymət razılaşma protokolunda (Əlavə 1) və hesab-fakturada qeyd edilir. Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi «Sifarişçi» tərəfindən verilir. “Sifarişçi” «Podratçı»nın müqavilənin tərkib hissəsi olan Əlavə 1 də nəzərdə tutulan işləri təhviltəslim aktı imzalandıqdan sonra ödəməyi öhdəsinə götürür. “Podratçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. «Podratçı»nın yerinə yetirdiyi işlərin icra olunma aktı imzalanmaqla «Sifarişçi» tərəfindən təhvil alınır. “PODRATÇI” -nı smeta sənədləri ilə təmin edir və yerinə yetirilmiş işlər həmin smeta sənədlərinə uyğun olaraq ondan qəbul edilir. “PODRATÇI” -nın bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilməsi üçün onu lazımi iş şəraiti ilə təmin edir. “SİFARİŞÇİ” Azərbaycan Respublikası Mülki Məcəlləsindən, bu müqavilədən və işin mahiyyətindən irəli gələn hüquq və vəzifələr daşıyır. Bu müqavilə ilə nəzərdə tutulan işi şəxsən, qüsursuz şəkildə yerinə yetirməlidir, işi bütünlüklə və ya hissəvi olaraq 3-cü şəxsə verə bilməz. İşin istənilən keyfiyyətdə və qüsursuz görülməsi üçün lazım olan mal və materialların təchizatını həyata keçirəcək. Müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı “PODRATÇI” “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası”qaydalarına riayət edilməsinə görə məsuliyyət daşıyır. “Coşqun İnşaat” MMC-nin direktoru X6 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli, **/** nömrəli məktubdan görünür ki, icraatınızda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair *(*-***)-****/**** nömrəli inzibati xəta haqqında iş vardır. Məlumat üçün bildirir ki, Sifarişçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Podratçı “Coşqun İnşaat” MMC arasında ##.##.2025-ci il tarixli **/**-** nömrəli “Podrat Müqaviləsi” (əlavə olunur) bağlanmışdır. Həmin Müqavilənin l-ci bəndinə əsasən Sifarişçi DTX-nın Bakı şəhəri, Parlament prospekti 14 ünvanında yerləşən əsas inzibati binasında söküntü və əsaslı təmir işlərinin görülməsini Podratçıya həvalə edir, Podratçı isə Sifarişçinin müəyyən eldiyi qaydada xidmət göstərməyi öhdəsinə götürür. Bu Müqavilə çərçivəsində Sifarişçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin tapşırığına əsasən Podratçı “Coşqun İnşaat” MMC tərəfindən 2025-ci il tarixdə DTX-nın Bakı şəhəri, Parlament prospekti 14 ünvanında yerləşən əsas inzibati binasında bir sıra söküntü və təmir işləri görülmüşdür. Nəzərə çatdırır ki, “Coşqun İnşaat” MMC tərəfindən əmək müqaviləsi bağlanmaqla müvafiq işçilər həmin işlərin görülməsi üçün cəlb edilmişdir. Bildirir ki, işçilər işə cəlb edilməzdən əvvəl işi görə bilib-bilməyəcəklərinin, onlara hansı texnika və avadanlıqların lazım olub- olmayacağının müəyyən edilməsi, işin həcminin qiymətləndirilməsi üçün onlar daim iş yeri ilə tanış edilirdilər. İş yeri ilə tanış olduqdan sonra razılıq bildirdikləri təqdirdə onlarla əmək müqaviləsi bağlandıqdan sonra onlar işə cəlb edilirdilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta üzrə protokolun tərtib edilməsinə əsas olan şəxs şahid3 ##.##.2025-ci il tarixdə onun tərəfindən iş yeri ilə tanış olmaq üçün DTX-nın Bakı şəhəri, Parlament prospekti 14 ünvanında yerləşən əsas inzibati binasına göndərilmişdir. Lakin şahid3 iş yeri ilə tanış olarkən heç kimə demədən, özbaşına olaraq orada olan “ovuc daşlayıcı”sını (laqondanı) elektrik şəbəkəsinə qoşmuş və ayağından xəsarət almışdır. Bir daha qeyd edir ki, şahid3 oraya iş görülməsi məqsədilə deyil, iş yeri ilə tanış olmaq üçün göndərilmiş, orada heç bir iş görməmişdir. Sadəcə olaraq, o, onların icazəsi olmadan, özbaşına olaraq işlədiyini yoxlamaq üçün “ovuc daşlayıcı”sını (laqondanı) elektrik şəbəkəsinə qoşmuş və ayağından xəsarət almışdır. Qeyd olunanları nəzərə alaraq, İXMin 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qəbul edilmiş ******* nömrəli inzibati xəta haqqında protokolu ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İş materiallarında olan sübutların məcmu şəkildə qiymətləndirilməsi göstərir ki, şahid3 hüquqi statusu və faktiki əmək münasibətləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə deyil, “Coşqun İnşaat” MMC ilə bağlı olmuşdur. Belə ki, işdə mövcud olan ##.##.2025-ci il tarixli podrat müqaviləsindən aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC sifarişçi qismində çıxış etmiş, faktiki tikinti-təmir işlərinin icrası isə podratçı kimi “Coşqun İnşaat” MMC-yə həvalə edilmişdir. Müqavilə şərtlərinə əsasən, işlərin yerinə yetirilməsi, işçilərin cəlb olunması, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına görə məsuliyyət birbaşa podratçı – “Coşqun İnşaat” MMC-nin üzərinə düşmüşdür. Bu hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçilərlə birbaşa əmək münasibətlərində olmadığını təsdiq edir. Şahid izahatları da bu nəticəni təsdiqləyir. Belə ki, şahid şahid1 və X15 bildirmişlər ki, işçilərin cəlb olunması “Coşqun İnşaat” MMC-nin direktoru Ramin tərəfindən həyata keçirilmiş, işçilər məhz həmin şirkətin təşkilatçılığı ilə əraziyə gətirilmişdir. Eyni zamanda şahid şahid2 qeyd etmişdir ki, şahid3 “Pənahın işçisi” olmuşdur və hadisə barədə məlumatı da məhz podratçı tərəfdən almışdır. Bu ifadələr şahid3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin deyil, “Coşqun İnşaat” MMC-nin təşkil etdiyi iş prosesində iştirak etdiyini göstərir. şahid3 öz izahatları isə müəyyən ziddiyyətli olsa da, onların təhlili göstərir ki, o, işə cəlb olunma prosesində konkret işəgötürən barədə dəqiq məlumatlı olmamış, “Whatsapp” mobil tətbiqi vasitəsilə və vasitəçi şəxslər (Roma, Pənah və s.) tərəfindən işə yönləndirilmişdir. Onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işlədiyini bildirməsi isə əsasən obyektə giriş zamanı həmin MMC-nin adından istifadə edilməsi ilə bağlı olmuşdur ki, bu da müdafiə tərəfinin izahatları ilə uzlaşır. Bu hal faktiki əmək münasibətinin deyil, sadəcə obyekt üzrə formal təqdimatın nəticəsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, “Coşqun İnşaat” MMC-nin direktoru tərəfindən təqdim olunmuş məktubda açıq şəkildə göstərilmişdir ki, şahid3 həmin MMC tərəfindən iş yerinə baxış üçün göndərilmiş və onunla əmək müqaviləsi bağlanmadan əvvəl iş şəraiti ilə tanışlıq mərhələsində olmuşdur. Hətta həmin məktubda qeyd edilir ki, o, özbaşına şəkildə aləti işə salaraq xəsarət almışdır. Bu isə bir daha təsdiq edir ki, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə hər hansı əmək münasibəti mövcud olmamışdır. Eyni zamanda iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə şahid3 arasında hər hansı əmək müqaviləsinin mövcudluğunu təsdiq edən sübut yoxdur. Əksinə, təqdim olunmuş sənədlər və ifadələr göstərir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC yalnız sifarişçi funksiyasını yerinə yetirmiş, işçilərin seçilməsi, işə cəlb olunması və onların əməyinin təşkili podratçı “Coşqun İnşaat” MMC tərəfindən həyata keçirilmişdir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətin tətbiqi üçün tələb olunan subyekt – yəni əmək müqaviləsi bağlamadan işçi cəlb edən işəgötürən kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC çıxış edə bilməz. Çünki şahid3 faktiki işəgötürəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC deyil, podrat münasibətləri çərçivəsində fəaliyyət göstərən “Coşqun İnşaat” MMC olmuşdur. Nəticə etibarilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün zəruri olan inzibati xəta tərkibi, xüsusilə də subyekt elementi mövcud deyildir. Bu səbəbdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qanuni və əsaslı hesab olunmalıdır. Beləliklə məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin tələblərini, əməldə AR İXM-nin 192.1-ci maddəsinin tərkibinin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından, AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-1960/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1960/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver