Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1983/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2i Şöbəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 02 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin istifadəsində olan “Toyota Rav-4 minik” markalı, 90JS401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2026-cı ildə İXM-nin 328.2-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 02 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs mülkiyyətində olan Toyota RAV-4 minik markalı 90JS401 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol hərəkət qayda pozuntusuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi qeyd edilmişdir. Qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən belə hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs fəaliyyəti 20 oktyabr 2015-ci il tarixdən 20 oktyabr 2020-ci ilə qədər dayandırılmışdır. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən fəaliyyəti dayandırılmış hüquqi şəxslərin fəaliyyəti 5 ildən birbaşa sistem üzərindən aktiv edilir. Digər tərəfdən son illər ərzində Cəmiyyətin heç bir fəaliyyəti olmamış, hal-hazırda əmək fəaliyyəti göstərən işçiləri yoxdur. Digər tərəfdən protokolu tərtib edən orqan-Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən onlara bildiriş təqdim edilməmişdir. Mütəmadi olaraq hesabat dövrlərində tərəflərindən qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər. Belə hesab edir ki, protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulduğu üçün başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2i Şöbəsi tərəfindən “Toyota Rav- 4 minik” markalı, 90JS401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Şəxs MMC-dən xahiş olunmuşdur; İnzibati xəta haqqında 02 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs MMC-nin istifadəsində olan “Toyota Rav-4 minik” markalı, 90JS401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2026-cı ildə İXM-nin 328.2-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “Toyota Rav-4 minik” markalı, 90JS401 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır; SX077013685AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2i Şöbəsinin sorğu məktubu xx.xx.2026-cı il tarixdə Şəxs MMC-də soyad və adı qeyd edilməyən şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3(5-104)- 1983/2026 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən axtarış zamanı məlum olmuşdur ki, X2 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixində AZ1122 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə ünvanlanmış SX077013685AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, xx.xx.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ1065 saylı poçt şöbəsinə daxil olmuş, həmin tarixdə Şəxs MMC-nin əməkdaşı (Quliyev soyadlı) F-8 çatdırma vərəqinə imza etdirilməklə təhvil verilmişdir. Qeyd olunan göndərişin xəbərnaməsi xx.xx.2026-cı il AZ1122 saylı poçt şöbəsi tərəfindən X2 idarəsinin nümayəndəsi Abbasov Nurlana təhvil verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-də əlavə heç bir işçi yoxdur, yalnız MMC-nin təsisçisi Nümayəndə fəaliyyət göstərir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3(5-104)-1983/2026 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan isə görünür ki, xx.xx.2026-cı il tarixində AZ1122 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə ünvanlanmış SX077013685AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, xx.xx.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ1065 saylı poçt şöbəsinə daxil olmuş, həmin tarixdə Şəxs MMC-nin əməkdaşına (Quliyev soyadlı) F-8 çatdırma vərəqinə imza etdirilməklə təhvil verilmişdir. Göründüyü kimi, Şəxs MMC-də Quliyev soyadlı işçinin olub-olmamasını iş materialları ilə müəyyən etmək mümkün deyildir. Beləliklə məhkəmə Bakı şəhəri Yasamal Rayon Dövlət X1 daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən Şəxs MMC-yə ünvanlanmış sorğunun həqiqətən də xx.xx.2026-cı il tarixdə Şəxs MMC-də Quliyev soyadlı şəxs tərəfindən qəbul edildiyini iş materialları ilə sübut etmək mümkün deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-1983/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1983/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver