Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2074/2026 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 12 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-228/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialın baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Ford Transıt yük» markalı, 99JF917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 06 yanvar 2026-cı il tarixdə daxil olan məktuba tərəflərindən 07 yanvar 2026-cı il tarixdə cavab məktubu yazılaraq 09 yanvar 2026-cı il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq və vaxtında göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “Ford Transıt yük” markalı, 99JF917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Şəxs MMC-dən xahiş olunmuşdur; İnzibati xəta haqqında 12 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Ford Transıt yük» markalı, 99JF917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “Ford Transıt yük” markalı, 99JF917 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir; SX086945844AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu xx.xx.2026-cı il tarixdə Şəxs MMC-də “Vəlixanova” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Şəxs MMC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə ünvanlanan 07 yanvar 2026-cı il tarixli, 978 nömrəli məktubdan görünür ki, sorğuda qeyd olunan ** JF *** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı nəqliyyat vasitəsini idarə edən sürücü barəsində məlumat təqdim edilməsi xahiş olunmuşdur. Bildirmək istəyirlər ki, ** JF *** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı nəqliyyat vasitəsini idarə edən X1 ( sürücülük vəsiqəsi seriya nömrəsi: AC 647179 ) sürücü olmuşdur; “Azerexpresspost” EMS tərəfindən verilmiş qaimədən görünür ki, Şəxs MMC tərəfindən Qaradağ Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktub xx.xx.2026-cı il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə ünvanlanan sorğu məktubu xx.xx.2026-cı il tarixdə ünvana (alıcıya) çatdırılmış, xx.xx.2026-cı il tarixdə Şəxs MMC tərəfindən həmin sorğuya cavab verilmiş, xx.xx.2026-cı il tarixdə isə sürətli poçt xidməti vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə çatdırılmışdır. Göründüyü kimi, AR İXM-nin 347-ci maddəsinin dispoziyasına uyğun olaraq, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Ancaq iş materialları ilə də sübut olunur ki, DYPŞ-nin sorğusu hüquqi şəxs tərəfindən qəbul edildikdən sonra sorğuya qanunverilicilikdə nəzərdə tutulmuş 05 gün müddətində cavab verilmişdir. Beləliklə məhkəmə Bakı şəhəri Qaradağ Rayon Dövlət X6 daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən Şəxs MMC-yə ünvanlanmış sorğu xx.xx.2026-cı il tarixdə rəsmi qaydada Şəxs MMC-də qəbul edildiyindən və xx.xx.2026-cı il tarixdə sorğuya cavab sürətli poçt vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə çatdırıldığından, Şəxs MMC-yə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-2074/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2074/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver