Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-2183/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X2 X3 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32446341 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi barədə daxil olmuş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X4 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32446341 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(5-93)-683/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə X3 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 32446341 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin şikayət verən şəxsin yaşayış yeri üzrə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin xx.xx.2025-ci il tarixli, EQ 32446341 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X4 barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X3 şikayət ərizəsi yaşadığı yer üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı məhkəmənin elektron sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X1 rayonu, Lənkəran şəhəri, V.Nağıyev küçəsi, ev 17 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi məsələsi həll edilir. 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, habelə bu Məcəllənin 129.1-1-ci maddəsində nəzərdə tutulan vəsatət təmin edildikdə şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə qanunun imperativ tələblərini nəzərə alaraq hesab edir ki, X3 şikayət verdiyi qərar elektron və həmçinin yaşayış yeri Lənkəran rayonu hesab olunduğundan şikayət və ona dair materiallar aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 129-132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə elektron qərardan verdiyi şikayət və ona dair materiallar aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-2183/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-2183/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver