Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-2246/2026 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X3 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı Ərazi Şöbəsinin 12 fevral 2026-cı il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı Ərazi Şöbəsinin 12 fevral 2026-cı il tarixli MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. İnzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonunun inzibati ərazisi daxilində Abşeron rayonunun Türkan üzümçülük savxozunda yerləşən A.S.İsmayılovun icarəsində olan KKT 8.0 ha torpaq sahəsində mişar daşının istehsal edilməsi məqsdilə qazıntı işləri apararaq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 inzibati xəta törətdiyi ünvan Xəzər rayonunun inzibati ərazisi daxilində Abşeron rayonunun Türkan üzümçülük savxozunda yerləşən A.S.İsmayılovun icarəsində olan KKT 8.0 ha torpaq sahəsidir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı Ərazi Şöbəsinin 12 fevral 2026-cı il tarixli MN ******* saylı qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(5-104)-2246/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-2246/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver