Məhkəmə qərarları › İş №3(5-104)-2324/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2324/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2324/2026 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Ağdaş rayonu, Qaroğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Ağdaş rayonu, Qaroğlan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 fevral 2026-cı il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin 23 fevral 2026-cı il tarixli qərarı, rədd materiallarına əsasən tərtib edilmiş 25 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 2vanında yaşayan vətəndaş X5 13 fevral 2026-cı il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək 01 fevral 2026-cı il tarixdə Nicat kimi özünü təqdim edən şəxsin onu aldadaraq 300 manat göstərməklə ərizəsi əsasında araşdırılma məbləğində pulunu mənimsədiyini göstərməklə ərizəsi aparılmağını xahiş etmişdir. Araşdırma zamanı X2 01 fevral 2026-cı il tarixdə məbləğində pulunu qapı “İnistaqram” sosial şəbəkəsində ümumilikdə 300 manat düzəltdirmək məqsədi ilə təhqiqata bəlli olmayan şəxsə göndərməsi, həmin şəxsin də X2 həmin məbləğdə pulunu ələ keçirib aldadaraq ona ümumilikdə 300 manat məbləğində maddi ziyan yetirməklə dələduzluq etməsi faktı öz təsdiqini tapmışdır. Bu əməl isə hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta hesab edilir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, qapı ustasıdır. 31 yanvar 2026-cı il tarixdə, onun “İnstaqram” sosial şəbəkəsində olan qapı düzəldilməsi ilə bağlı səhifəsi vasitəsilə Tural adlı şəxs onunla əlaqə saxlamış və qapı sifariş vermişdir. 01 fevral 2026ci il tarixdə qapının ölçülərini Tural adlı şəxs göndərmiş, o beh olaraq Turaldan 300 manat pulu ona məxsus kart hesabına göndərməsini istəmişdir. Tural onun kart hesabına 300 manat pulu göndərmişdir, lakin dediyi vaxt qapını təhvil vermək ondan asılı olmayan səbəblərdən mümkün olmamışdır. Heç bir xırda talama inzibati xəta törətməmiş və törətmək niyyətində olmamışdır. 2 azyaşlı övladı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 31 yanvar 2026-cı il tarixdə, İnstaqram sosial şəbəkəsinə daxil olmuş, qapı düzəldilməsi ilə bağlı həmin səhifədəki elanlara baxmışdır. Həmin səhifədə Nicad adlı şəxslə (055) ***-**-** əlaqə saxlamış, qapı sifariş vermişdir. 01 fevral 2026-ci il tarixdə qapının ölçülərini Nicat adlı şəxsə göndərmiş, Nicat adlı şexs beh olaraq ondan 300 manat pulu 4098 5844 9770 8733 kart hesabına göndərməsini istəmişdir. O, həmin şəxsin göndərdiyi kart hesabına 300 manat pulu göndərmiş, lakin Nicat adlı şexs dediyi vaxt qapını təhfil verməmiş, müxtəlif bəhanələr gətirmiş, pulunu geri qaytarmamışdır. Hadisə nəticəsində ona 300 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 25 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov 13 ünvanında X4 qarşı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt təhqiqatın raportu əsasında təsdiq edilir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Samir Balakişiyev tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, ünvan 2vanında yaşayan vətəndaş X5 13 fevral 2026-cı il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək 01 fevral 2026-cı il tarixdə Nicat kimi özünü taqdim edən şəxsin onu aldadaraq 300 manat göstərməklə ərizəsi əsasında araşdırılma məbləğində pulunu mənimsədiyini göstərməklə ərizəsi aparılmağını xahiş etmişdir. Araşdırma zamanı X2 01 fevral 2026-cı il tarixdə məbləğində pulunu qapı İnistaqram sosial şəbəkəsində ümumilikdə 300 manat düzəltdirmək məqsədi ilə təhqiqata bəlli olmayan şəxsə göndərməsi, həmin şəxsin də X2 həmin məbləğdə pulunu ələ keçirib aldadaraq ona Ümumilikdə 300 manat məbləğində maddi ziyan yetirməklə dələduzluq etməsi faktı öz təsdiqini tapmışdır. Bu əməl isə hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta hesab edilir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Samir Balakişiyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında 23 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Şəxs azyaşlı olmaqla iki övladı vardır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xırda talama, dələduzluq yolu ilə özgəsinin əmlakını talaması özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs xırda talama, dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs iki azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai işlər növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnı qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 180 (bir yüz səksən) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Baki Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar