Məhkəmə qərarları › İş №3(5-104)-2374/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-2374/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-2374/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Eyvazova Rahilə İmran qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 13 fevral 2026-cı il tarixli İXP seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 13 fevral 2026-cı il tarixli İXP seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 məhkəməyə vəsatət ünvanlayaraq Quba rayonunda yaşadığı üçün, işin aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X4 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, şikayət və ona əlavə edilmiş materialın baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş üzrə müəyyən edilir ki, X3 şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən qeydiyyat ünvanı ünvan 2ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 13 fevral 2026-cı il tarixli İXP seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayəti baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilsin. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar