Məhkəmə qərarları › İş №3(5-104)-2378/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2378/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-104)-2378/2026 27.02.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri 28-ci Polis Şöbəsinin polis sahə rəisi, R X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən obyektdə uşaqlar və gənclər üçün xüsusi dini yığıncaqlar keçirmiş, habelə dini ədəbiyyat dərnəkləri və qrupları yaradaraq dərslər keçmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri 28-ci Polis Şöbəsinin polis sahə rəisi, R X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, onlar iyul ayının 1-dən avqust ayının 1-dək müxtəlif yaş qruplarından ibarət uşaqlara və gənclərə milli-mənəvi və dini dəyərləri aşılayan seminarlar vermişlər. Onların əvvəllər bu fəaliyyət üzrə müvafiq qurumlardan icazələri olsa da xəbərləri olmadan icazənin müddəti bitmişdir. Əlavə olaraq bildirmişdir ki, onların maliyyələşməsi X6 İdarəsi tərəfindən, eləcə də seminarlara gələn tələbələrin könüllü ianələri, sədəqələri hesabına həyata keçirilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, təhqiqat araşdırması zamanı məlum olmuşdur ki, ##.##.2026-cı il tarixdə Yasamal RPl-nin 28-ci PŞ-nin polis eməkdaşlannın keçirdikləri profilaktiki tədbirlər nəticəsində Yasamal rayonu, Şərifzadə küçəsi 1C ünvanında 1-ci mərtəbədə olan * saylı mənzildə qanunsuz olaraq dini dərslərin keçirilməsi və xeyriyyə işlərinin görülməsi müəyyən edilmişdi. Mənzilə baxış keçirilən zaman qeyd olunan mənzilin 4 otaqdan ibarət olması, otaqlann birində ianə üçün nəzərdə tutulmuş təxminən 30-40 ədəd ərzaq qutusunun olması aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin ərzaqlar xeyirsevər insanlar tərəfindən ianə olunmaqla şəhid və aztəminatlı ailələr üçün verilməsi məlum olmuşdur. Eyni zamanda həmin mənzildə aşkar olunmuş 4 nəfər qadının - 20.01,2001-ci il təvəllüdlü X1, ##.##.2001-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.1981-d təvəllüdlü X2 və ##.##.1983-cü il təvəllüdlü X5 olması müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunan mənzilin - ##.##.1976-cı ildə Şamaxı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan X3 məxsus olması müəyyən edilmişdir. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, 20.01,2001-d il təvəllüdlü X1, ##.## 2001-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.1981-ci təvəllüdlü X2 və ##.##.1983-cü il təvəllüdlü X5 rayonu, Şərifzadə küçəsi 1C ünvanında 1-ci mərtəbədə olan * saylı mənzildə dini yığıncaqlar, dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozaraq Azərbaycan Respublikası IXM-nin 515-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdilər. Belə ki, istinad edilən inzibati xəta əməli ##.##.2001-ci il təvəllüdlü X1, ##.##.2001-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.1981-ci təvəllüdlü X2 və ##.##.1983-cü il təvəllüdlü X5 tərəfindən törədilməsi araşdırma zamanı verdikləri etirafedici izahatları ilə yanaşı, sənədlər və iş üzrə təhqiqat araşdırması zamanı qanuni üsullarla toplanmış tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq edilir. İş materiallarında olan fotoşkillərə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatına məhkəmə iclasında baxış keçirilən zaman inzibati xəta haqqında protokolda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, tərtib edilmiş raport əsasında cinayət işinin başlanması rədd edilmiş, 20.01,2001-ci il təvəllüdlü X1, ##.##.2001-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.1981-d təvəllüdlü X2 və ##.##.1983-cü il təvəllüdlü X5 barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş təsir tədbirlərinin görülməsindən ötrü aidiyyəti üzrə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsinə əsasən, dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı protokol, ##.##.2026-cı il tarixli raport, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərar və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə təqsirli bilinməlidir və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 515.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar