Məhkəmə qərarları › İş №3(5-104)-2764/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-2764/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-2764/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 06 fevral 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 vermiş olduğu şikayətə vəsatət əlavə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən barəsində tətbiq edilmiş inzibati tənbehdən vermiş olduğu şikayətə yaşayış və qeydiyyat ünvanına uyğun olaraq baxılmasını xahiş etmişdir. ünvan 2, xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, inzibati işə baxılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir və bununla əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş arayışdan məlum olur ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X3 ünvan 1 ünvanında yaşayır. X3 vermiş olduğu şikayətə yaşadığı yerin məhkəməsində baxılması üçün vəsatət versə də, məhkəmə tərəfindən göstərilən vəsatətə düzgün münasibət bildirilməmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 3(5-96)-497/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadında inzibati xəta hadisəsinin Bakı şəhəri Yasamal rayonunun ərazisində törədilməsini əsas gətirərək X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədləri aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər” haqqında qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. 132.1.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi məsələsini həll edir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinı əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1- ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi, törədilməsi ehtimal edilən xətanın törədildiyi yer Bakı şəhəri Yasamal rayonu ərazisi olsa da, şikayətçi vəsatətlə məhkəməyə müraciət edərək şikayətinə faktiki yaşadığı yer üzrə rayon məhkəməsində baxılmasın xahiş etmişdir. Hazırki iş materiallarından isə məlum olur ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 faktiki yaşadığı ünvan ünvan 1 ünvanıdır. Bununla da, məhkəmə, ünvan 2, xx.xx.2026-cı il tarixli qərardadında göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, inzibati xəta hadisəsi Bakı şəhəri Yasamal rayonu ərazisində törədilsə də, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X3 şikayətinə qeydiyyatda olduğu və yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmasını xahiş etdiyindən hesab edilir ki, hazırki şikayətə barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin yaşadığı yerin rayon məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 faktiki yaşayış yerinin ünvan 1 olduğunu, törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhəri, Yasamal rayonu ərazisində törədilsə də, lakin iş materiallarında X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə onun faktiki yaşadığı ünvan üzrə baxılmasını xahiş etdiyi vəsatətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması mümkünsüzdür. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət-Prossesual Məcəllələrindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110.1-ci maddələrini, Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında material məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar