Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2810/2026 10.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsinin polis sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi «Alyans» Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Cambul vildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28ci Polis Şöbəsindən daxil olmuş materiallara Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 510.1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsinin polis sahə rəisi X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 09 mart 2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 1 ərazisində “Saipa Tiba MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü bord-kompyuter vasitəsilə müəyyənləşə bilmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini təqdim etməsi bildirilmişdir. Sürücü 2002-ci il təvəllüdlü X6 nəqliyyat vasitəsininn sahibinin sağda əyləşməsini bildirmişdir. Nəqliyyat vasitəsininn sahibi 1982-ci il təvəllüdlü Şəxs sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə İXM-in 338.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdirlər. Həmin şəxs polis əməkdaşına ünvanlı şəkildə onun adına ləkə gətirən küçə söyüşləri söyməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizamintizama dəvət etsələr də sonuncu polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. Həmin şəxs əməlinə hüquqi qiymət verilməsi üçün 28-ci PŞ-nə təmin olunmuşdur. Sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ailəlidir, iki övladı vardır. 09 mart 2026-cı il tarixdə belindən əməliyyat olduğu üçün ona məxsus ərazisində “Saipa Tiba MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X6 idarə etmiş o isə qabaqda sərnişin oturacağında yarı uzanıqlı şəkildə oturmuşdur. Bu zaman DYP avtomobili onlara yaxınlaşaraq saxla əmri vermiş və Röyal avtomobili saxlamışdır. DYP əməkdaşı ilkin olaraq Röyalın alkoqol sərxoşluğunu yoxlamış, bundan sonra onun narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuşdur. Bunların heç biri öz təsdiqini tapmadığı üçün o sərnişinin kəmər taxmağı üçün Röyal barəsində İXM-in 338.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bunu bildikdən sonra o, əsəbləşərək DYP avtomobilinə yaxınlaşaraq polis əməkdaşına hansı səbəbdən digər avtomobillərin sürücüləri barədə bu növ protokolların tərtib edilədini soruşmuş və polis əməkdaşına ünvanlı nalayiq ifadə işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul xidməti bölüyü yol patrul xidməti inspektoru X2 izahatında bildirmişdir ki, 09 mart 2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 1 ərazisində “Saipa Tiba MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü bord-kompyuter vasitəsilə müəyyənləşə bilmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini təqdim etməsi bildirilmişdir. Sürücü 2002-ci il təvəllüdlü X6 və nəqliyyat vasitəsinin sahibinin sağda əyləşməsini bildirmişdir. Nəqliyyat vasitəsininn sahibi 1982-ci il təvəllüdlü Şəxs sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə İXM-in 338.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdirlər. Bundan sonra həmin şəxs DYP avtomobilinə yaxınlaşaraq polis əməkdaşına ünvanlı şəkildə söyüş söymüşdür. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələr də sonuncu polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. Həmin şəxs əməlinə hüquqi qiymət verilməsi üçün 28-ci PŞnə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, 09 mart 2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 1 ərazisində Şəxs məxsus “Saipa Tiba MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o idarə etmişdir. Həmin vaxt Nəsimi sağ tərəfdə olan sərnişin oturacağında oturmuşdur. Bu zaman DYP avtomobili onlara yaxınlaşaraq saxla əmri vermiş və o, avtomobili saxlamışdır. DYP əməkdaşı ilkin olaraq onun alkoqol sərxoşluğunu yoxlamış, bundan sonra onun narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuşdur. Bunların heç biri öz təsdiqini tapmadığı üçün Nəsimi sərnişinin kəmər taxmağı üçün onun barəsində İXM-in 338.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bunu bildikdən sonra Nəsimi, əsəbləşərək DYP avtomobilinə yaxınlaşaraq polis əməkdaşına hansı səbəbdən digər avtomobillərin sürücüləri barədə bu növ protokolların tərtib edilədini soruşmuşdur. Məhkəmə iclasında «Alyans» Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 mart 2026-cı il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 1 qarşısında ucadan nalayiq ifadə işlətmiş, polis əməkdaşlarının əmrinə tabe olmamışdır. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 09 mart 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 15:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul xidməti bölüyü yol patrul xidməti inspektoru X2 və X5 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 09 mart 2026-cı il tarixli raportdan görünür ki, 09 mart 2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 1 ərazisində “Saipa Tiba MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü bord-kompyuter vasitəsilə müəyyənləşə bilmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini təqdim etməsi bildirilmişdir. Sürücü 2002-ci il təvəllüdlü X6 nəqliyyat vasitəsininn sahibinin sağda əyləşməsini bildirmişdir. Nəqliyyat vasitəsininn sahibi 1982-ci il təvəllüdlü Şəxs sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə İXMin 338.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdirlər. Həmin şəxs polis əməkdaşına ünvanlı şəkildə onun adına ləkə gətirən küçə söyüşləri söyməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələr də sonuncu polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. Həmin şəxs əməlinə hüquqi qiymət verilməsi üçün 28-ci PŞ-nə təmin olunmuşdur. Məhkəmə iclasında təqdim oulnmuş videogörüntüyə tərəflərin iştirakı ilə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs yüksək səslə polis əməkdaşına ünvanlı nalayiq ifadələr işlətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, yəni İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 09 mart 2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 1 ərazisində “Saipa Tiba MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişin qismində olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində İXM-in 338.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra sonuncu aqressivləşərək yüksək səslə polis əməkdaşına ünvanlı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən sonuncu əməlinə hüquqi qiymət verilməsi üçün 28-ci PŞ-nə təmin olunmuşdur. Beləliklə məhkəmə tərəfindən Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmamışdır. Bu da məhkəmə tərəfindən belə nəticəyə gəlməyə əsas verir ki, sonuncunun əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Məhkəmə İXM-in 510.1-ci maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın tərkibi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni yüksək səslə polis əməkdaşına ünvanlı nalayiq ifadələr işlədərək edərək ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 32-ci maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. 33-cü maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların omamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 09 mart 2026-cı il tarixdən, saat 15:20-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 09 mart 2026-cı il tarixdən, saat 15:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(5-104)-2810/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2810/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver