Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2974/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs – X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Dağıstan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Astara rayonu, Pensər ə/d, Pensər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində gündəlik evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN ******* saylı, 12 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:00-da Yasamal rayonu, M.Seyidov küçəsi 13 ünvanında avtoyuma məntəqəsində avtomobildən 500 manat pul oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:00-da Yasamal rayonu, M.Seyidov küçəsi 13 ünvanında avtoyuma məntəqəsində avtomobildən 500 manat pul oğurlamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək protokolda göstərilən əməli törətdiyini, təxminən 1 ay olarmış ki, avtoyuma məntəqəsində işlədiyini, zərərçəkmiş şəxsə məxsus olan avtomobili təmizləyən zaman saxlanc yerində olan pul kisəsinin içindən 500 manat məbləğində pulu götürdüyünü, maddi imkanı olmadığı üçün dəymiş ziyanı geri qaytara bilmədiyini, əməlindən peşman olduğunu və göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 bildirmişdir ki, avtomobil ona məxsus olmuşdur, pul kisəsində 500 manat olmuş, həmin məbləği saxlanc yerində gizlətsə də, şəxs tapmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir. Odur ki, Şəxs şikayətçi olduğunu, cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 12 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:00-da Yasamal rayonu, M.Seyidov küçəsi 13 ünvanında avtoyuma məntəqəsində avtomobildən 500 manat pul oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barəsində” 12 mart 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq olunmasından ötrü inzibati icraat açılması üçün qərarın surətinin aidiyyəti əməkdaşa verilməsi, qəbul edilmiş qərar barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və vətəndaşa bildirməklə qəbul edilmiş qərarın surətinin onlara göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 12 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 12 mart 2026-cı il tarixdə, saat 09:30-da tutulmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı Emil İslamov tərəfindən Yasamal RPİ-nin 28-ci PŞ-nin rəisi Vüqar Abdullayevə ünvanlanmış xx.xx.2026-cı il tarixli raportdan görünür ki, ünvan 2 ünvanda yaşayan X6, xx.xx.2026-cı il tarixdə Yasamal RPİnin 28-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 15:00 radələrində ünvan 4 ünvanında yerləşən avtoyuma məntəqəsindən özünə məxsus “Mercedes” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda saxlanc yerində olan pul kisəsinin içərisindən 500 manat pulunun oğurlandığını aşkar etmişdir. Material üzrə izahatı alınmış vətəndaş X6, ərizədə göstərdiklərini bir daha təsdiq edərək əlavə olaraq, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. xx.xx.2026-cı il tarixdə ünvan 4 ünvanında yerləşən avtoyuma məntəqəsindən **-ZR-*** dövlət nömrə nişanlı avtomobildən oğurluq etmiş, xx.xx.2003-cü il təvəllüdlü Asatara rayon Pensər kənd sakini Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq olunmasından ötrü qərarın surətinin Yasamal RPİ-nin 28-ci PŞ-nin aidiyyəti əməkdaşına həvalə ediməsinə göstəriş verilməsi xahiş edilmişdir. Şəxs polis şöbəsində verdiyi izahatdan görünür ki, o, həmin izahatında məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək avtoyuma məntəqəsində yuyucu işlədiyi vaxt avtoyuma məntəqəsinə avtomobil təmizlənməsi üçün gələn “Mercedes” markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili təmizləməyə başladığını, avtomobili təmizləyən zaman saxlanc yerində pul kisəsi gördüyünü, pul kisəsini götürüb içərisinə baxan zaman orada 500 manat pul gördüyünü, həmin pulu götürüb cibinə qoyub oradan 20 Yanvar metrostansiyasının yaxınlığına gəldiyini, oğurladığı pul ilə özünə bir neçə dəst paltar aldığını, sonra orada kafedə oturub yemək yediyini, bir daha işlədiyi avtoyuma məntəqəsinə qayıtmadığını, xx.xx.2025-ci il tarixdə səhər saat 09:30 radələrində Bakı Dövlət Universitetinin yaxınlığında polis əməkdaşlarının onu saxlayaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirdiklərini bildirmişdir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Astara Rayon Məhkəməsinin 1(018)-49/2025 saylı hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materialları əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Quliyev X1 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əvvəllər AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılması və məhkumluq müddəti ərzində eyni xarakterli inzibati xəta törətməsi onun hüquqazidd davranışa meyilli olduğunu, tətbiq edilmiş əvvəlki cinayət hüquqi təsir tədbirlərinin islah olmasına yetərli təsir göstərmədiyini nümayiş etdirir. Bu hallar şəxsin daha yüksək ictimai təhlükəli olduğunu göstərir. Məhkəmə qeyd edir ki, göstərilən bu hal Şəxs şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin halları, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (hazırda məhkum olan), məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulan orta həddə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 12 mart 2026-cı il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 mart 2026-cı il tarixdən, saat 09:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-2974/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2974/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver