Məhkəmə qərarları › İş №3(5-104)-319/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-319/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-319/2026 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 05 yanvar 2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/036197 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X2 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2025-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 16600(on altı min altı yüz) avro məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. İs materiallarına əlavə edilmiş Bakı Bas Gömrük İdarəsindən hüquqi şəxs “ALFA NOVA" MMC-nin ünvanına “konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair 3-33-1100/2-005059/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla 00100/591 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC Almaniyada fəaliyyət göstərən “X4 GmbH” şirkəti ilə bağlanılmış AN-04-03-25 nömrəli xx.xx.2025-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2025ci il tarixli **********8839 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16600 avro dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 4146.06 (dörd min yüz qırx altı manat altı qəpik) manat təşkil edən 2150(iki min yüz əlli) avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs ŞəxsMMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/036197 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X2 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2025-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 16600(on altı min altı yüz) avro məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. İs materiallarına əlavə edilmiş Bakı Bas Gömrük İdarəsindən hüquqi şəxs “ALFA NOVA" MMC-nin ünvanına “konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair 3-33-1100/2-005059/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla 00100/591 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC Almaniyada fəaliyyət göstərən “X4 GmbH” şirkəti ilə bağlanılmış AN-04-03-25 nömrəli xx.xx.2025-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2025ci il tarixli **********8839 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16600 avro dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 4146.06 (dörd min yüz qırx altı manat altı qəpik) manat təşkil edən 2150(iki min yüz əlli) avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 (VAİS) baxış keçirilərək müəyyən edilmişdir ki, həgigətən də yuxarıda göstərilən gömrük bəyannamələri üzrə ixrac olunan malların mügabilində geyd edilən vəsaitin şirkətin müvəkkil edilmiş bank hesabına köçürülmədiyi məlum olmuşdur. Müvafig protokol inzibati xəta materialına əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən, xarici igtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi gaydada köçürülməli olan az migdarda xarici valyuta vəsaitlərinin xaricdən gaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997—ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. “Alfa Nova" MMCyə (VÖEN **********) bu barədə Bildiriş (3-33-1100/2- 005059/2025 xx.xx.2025 00:00:00) məktubu göndərilmişdir.X2 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən 01.11 2025-ci il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 16600 avro məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. xx.xx.2025- ci il tarixli **********8839 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16600 avro dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 4146.06 (dörd min yüz qırx altı manat altı qəpik) manat təşkil edən 2150(iki min yüz əlli) avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin ümumi məbləğinin 2150 (iki min yüz əlli ) avro təşkil etməsi onu deməyə əsas verir ki, hüquqi şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinin tərkib əlamətləri vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC Almaniyada fəaliyyət göstərən “X4 GmbH” şirkəti ilə bağlanılmış AN-04- 03-25 nömrəli xx.xx.2025-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2025- ci il tarixli **********8839 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16600 avro dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 4146.06 (dörd min yüz qırx altı manat altı qəpik) manat təşkil edən 2150(iki min yüz əlli) avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməlidirlər. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 2150 (iki min bir yüz əlli) Avro məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 645 (altı yüz qırx beş) Avro məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar