Məhkəmə qərarları › İş №3(5-104)-3208/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-3208/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(5-104)-3208/2026 19.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X2, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, o, əvvəllər barəsində tərtib edilmiş 23 noyabr 2025-ci il tarixli, EQ ******** saylı protokola əsasən qəbul edilmiş qərara görə İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat məbləğində cərimə edilmiş, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron məhkəmə sistemində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyəti barəsində olan məlumatlardan, yəni şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz rayonu, Yuxarı Öysüzlü Ə/D, Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Bununla yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar