Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-321/2026 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, şikayətçi X2, Bakı şəhəri BPİ X10 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il İXP *** **** nömrəlii protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı verildikdən sonra o, Azərbaycan Respublikasının İnsan hüququları üzə müvəkkilin çağrı mərkəzinə şikayət etmişdir. Bununla bağlı BDYPİ-dən ona 3-13-16/2-A-240592/2 saylı, xx.xx.2025-ci il tarixli cavab gəlmişdir. Cavabda Azərbaycan Respubikası İXM-nin 96-cı maddəsinə əsasən avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı cavab gəlsə də hansı normativ tələbin pozulması ilə bağlı heç bir müddəa yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri BPİ X10 İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30 və 42-ci maddələrinin tələbinə riayət etməyib normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdmlmış “BMV” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində idarə edərkən manevr etmə qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən dayandırılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin rənginin dəyişdirilməsi və bu barədə qeydiyyat şəhadətnaməsində müvafiq qeydlərin olmaması müəyyən olunduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmiş, barəsində Məcəllənin 327.1, 342.5 və 342.2.2-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilərək məsuliyyətə cəlb olunmuşdur. Ona görə də Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətlə eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 12:42-də M.Müşfiq küçəsində olan ərazidə BMW 328 minik markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, şikayətçi X4 xx.xx.2025-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30 və 42-ci maddələrinin tələbinə riayət etməyib normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış “BMV” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində idarə edərkən manevr etmə qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən dayandınlmış, yoxlama zamanı nəqliyyat vasitəsinin rənginin dəyişdirilməsi və bu barədə qeydiyyat şəhadətnaməsində müvafiq qeydlərin olmaması müəyyən olunduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmiş, barəsində Məcəllənin 327.1, 342.5 və 342.2.2-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilərək məsuliyyətə cəlb olunmuşdur. X1 yol verdiyi inzibati xəta şəkillərlə də öz təsdiqini tapdığından o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 (bir yüz əlli ) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini, həmçinin başqa inzibati xətanı törəməsini bildirsə də, məhkəmə zalında internetdə inzibati xətanı araşdırdığını, həmin maddənin sanksiyasında 50 manat cərimənin nəzərdə tutulduğunu bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, ona görə də barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(5-104)-321/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-321/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver