Məhkəmə qərarları › İş №3(5-104)-3232/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-3232/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-104)-3232/2026 18.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Allahverdiyev İlqar Məhəmməd oğlunun, Tələbkarlar – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun iştirakları ilə, ## ###### 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlundan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində aliment tutularaq X2 ödənilməlidir. Borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Allahverdiyev İlqar Məhəmməd oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlundan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində aliment tutularaq X2 ödənilməlidir. Əvvəllər də borclu barəsində protokol tərtib edilmiş, lakin keçən müddət ərzində ödəniş edilmədiyi üçün yenidən şəxs barəsində protokol tərtib edilmişdir. Borclu 8 aydır ki, aliment borcunu ödəmir, aylıq 244 manat olmaqla hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu tərəfindən ödənilməli olan məbləğ 1952 manat təşkil edir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu bildirmişdir ki, qətnamənin icrasından yayınmır, hazırda işsiz olduğu üçün ödəniş edə bilmir, maddi sıxıntıları vardır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X1 izahat verərək bildirdi ki, bugünə qədər borclu tərəfindən ona aliment ödənişi edilməmişdir. Hazırda borclu tərəfindən ödənilməli məbləğ 1952 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlundan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində aliment tutularaq X2 ödənilməlidir. Borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqinə əsasən ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlundan iddiaçı X2 xeyrinə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. “İcraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu tərəfindən ##.##.2025-ci il tarixdə rəsmi qaydada imzalanmaqla qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun icra şöbəsində verdiyi ##.##.2025-ci iltarixli izahatından görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, maddi vəziyyəti ilə bağlı icra sənədi üzrə tələbi tam şəkildə icra edə bilmədiyini, icra sənədi üzrə bugünədək heç bir ödəniş etmədiyini, 2026-cı ilin yanvar ayının 7-dən etibarən hər ay 300 manat ödəniş edə biləcəyini, adına daşınar və ya daşınmaz əmlakın olmadığını, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanəti olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarların izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Müəyyən edilmişdir ki, inzibati xəta aliment öhdəliyinin uzun müddət icra edilməməsi ilə bağlıdır. Bu əməl təsadüfi və ya qısamüddətli pozuntu olmayıb, davamlı xarakter daşımış, icra sənədinin yerinə yetirilməsindən sistemli şəkildə yayınma ilə müşayiət olunmuşdur. Nəticədə aliment ödənilməmiş, azyaşlı uşağın maddi təminat hüququ real şəkildə pozulmuşdur. Bu xüsusiyyətlər xətanın ictimai münasibətlərə əhəmiyyətli təsir göstərən xarakter daşıdığını göstərir. İş materialları ilə sübuta yetirilir ki, hüquqazidd davranış üzrsüz səbəbdə, birbaşa qəsd formasında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu nikahlarının pozulduğu tarixdən indiki vaxtadək heç bir aliment ödənişini etməmişdir. Bu hallar onun öhdəliklərini bilərəkdən yerinə yetirmədiyini, davranışının şüurlu və davamlı xarakter daşıdığını göstərir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun valideynlik vəzifələrinin icrasından yayınması, azyaşlı uşağın saxlanılmasında və tərbiyəsində iştirak etməməsi, icra məmurunun qanuni çağırışlarına əməl etməməsi, icra tədbirlərindən yayınması, onun hüquqi və sosial məsuliyyətə laqeyd münasibətini nümayiş etdirir. Qeyd edilənlər isə onun könüllü icra niyyətinin olmadığını göstərir. Bu hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlunun şəxsiyyətini mənfi xarakterizə edən amillər kimi qiymətləndirilmişdir. Törədilmiş inzibati xətanı etiraf etməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır (İXM-32.2). Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin yüngülləşdirici halın mövcudluğu xətanın davamlı və qəsdən xarakterini aradan qaldırmır və onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmır. Yuxarıda sadalananlar məcmu şəkildə qiymətləndirildikdə məhkəmə belə nəticəyə gəlir ki, yalnız cərimə növündə inzibati tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, sanksiyada nəzərdə tutulmuş inzibati həbs növündə tənbehin seçilməsi zəruridir. Eyni zamanda, tənbehin sanksiyada müəyyən edilmiş inzibati həbs müddətinin aşağı həddində təyin edilməsi ədalətlilik, proporsionallıq və fərdiləşdirmə prinsiplərinə uyğun olmaqla, inzibati tənbehin məqsədlərinə nail olunmasını təmin edən adekvat və əsaslı hüquqi tədbir hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən, saat 15:40-dan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntiqam oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar