Məhkəmə qərarları › İş №3(5-104)-343/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-343/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-343/2026 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X6, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə o, güya ki İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə yol verdiyinə görə barəsində 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarın surətini rəsm qaydada xx.xx.2025-ci il tarixdə poçt xidmətindən əldə etmişdir (poçt xəbərnaməsini əlavə edir) və ona görə də hesab edir ki qərardan şikayətin verilməsi müddətini ötürməmişdir. Hesab edir ki barəsində qıbul olunmuş xx.xx.2025-ci il tarixli MN1001977 №-li inzibati tənbeh vermə haqqında elektron qərar əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas onun tərəfindən rəhbəri olduğu "xxxx" MMC-nin işçisinə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsi olmuşdur. Bildirir ki, onun müraciəti əsasında "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2024-cü il tarixdən - xx.xx.2029-cu il tarixədək dayandırılmışdır (arayış təqdim edilir) və bununla da "xxxx" MMC xx.xx.2024-cü il tarixdən fəaliyyət göstərmir. Beləliklə də, ona istinad edilən inzibati xətanın törədilməsinin ən yaxın vaxtı xx.xx.2024-cü il tarixə təsadüf edir və bu isə o deməkdir ki, həmin inzibati xətaya görə məsuliyyətə cəlb edilmə 1 (bir) il müddəti ötürülmişdir. Hesab edir ki "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata İXM-nın 38.1-ci maddəsinə əsasən (inzibati xətanın törədildiyi gündən 1 (bir) il müddət keçdiyindən) xitam verilməlidir. Odur ki, İXM-nın 38-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti təbiq olunaraq barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında Elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq şikayət verən şəxs bildirdi ki, İXM-nin tələblərinə əsasən 2 müddət göstərilib: 4 ay və 1 il. Hesab edir ki, məhkəmə bu hissədə ədalətli qərar qəbul etməlidir. İşin mahiyyətinə gəldikdə isə məhkəməyə sənədlər təqdim etmişdir, harda ki dəqiq göstərilmişdir ki, MMC fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırmışdır. Həmin tarixdən sonra əmək haqqı məbləği ilə bağlı hər hansı iradların bildirilməsi yolverilməzdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X11 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, müddət ümumiyyətlə ötürülməmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək hüquqlarının pozulması ilə əlaqədar müddət 1 ildir. Şəxs direktor qismində xx.xx.2025 tarixdə cərimələnmiş, MMC fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırmışdır. Yəni, burada şikayətdə qeyd edildiyi kimi inzibati xətanın törədilməsinin ən yaxın vaxtından 1 il müddət keçməmişdir. İşin digər halları ilə isə təsdiq edilir ki, X12 şirkətin direktoru olaraq qanunla müəyyən edilən minimum əmək haqqından az miqdarda əmək haqqı verirdi əməkdaşlara. Bu isə kobud əmək hüquqlarının pozulmasıdır. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Esmira Hazıyeva xx.xx.2025-ci ilədək rəsmi olaraq 300 manat əmək haqqı alır. 2024-cü ildə bu məbləğ 345 manat edirdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 sentyabr 2025ci il tarixli, MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC işçisi X4 minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı vermişdir. X3 AR İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulan əməli törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan X5 ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsində tam iş vaxtı müəyyən edilməklə 300 manat əməkhaqqı ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqavilələsinə "elektron qərar qəbul edildikdən sonra, yəni xx.xx.2025ci il tarixdə dəyişiklik edilərək işçiyə 550 manat əməkhaqqı ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə şikayətdən məlum olur ki, şikayətçi özü də minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verdiklərini etiraf edir, lakin inzibati xətaya görə cəlbetmə müddətiin ötdüyünü qeyd edir. Halbuki, yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bu isə onu təsdiq edir ki, inzibati xətanın törədilməsi müddətindən şəxsin məsuliyyətə cəlb edilib tənbeh edilməsinə qədər 1 il müddət ötürülməmişdir. Bundan başqa yuxarıda qeyd edilən əmək müqaviləsinə əsasən X5 xx.xx.2025-ci il tarixədək 300 manat əməkhaqqı almışdır. Belə ki, 2024-cü il üzrə minimum əməkhaqqı 345 manat olmuşdur. Beləliklə, şikayət verən şəxs vermiş olduğu şikayətdə müddətin ötürüldüyünü və qərarın qanunsuz olduğunu qeyd etsə də, inzibati tənbeh vermə haqqında qərar tam qanunidir, həmçinin həmin inzibati xətanın törədilməsindən 1 il müddət keçməmiş qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar