Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-356/2026 12.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞnin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis şöbəsinin polis sahə inspektoru X5 tərəfindən tərtib 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis şöbəsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yaşayan X6 xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası DİN-in "102” xidməti-zəng mərkəzi sisteminə və Yasamal RPl-nin 26-cı PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə gecə saatlarında tanıdığı Əliheydərin yaşadığı evə uşaqlıq dostu Etibar ilə çay içməyə getmişdir. Orada əvvəllər tanıdığı Günay adlı xanımı görmüş, salamlaşıb bir qədər oturub söhbət etdikdən sonra Günay ona yaxınlaşaraq şirniyyat almağını istəmiş və O, Günayla birgə küçəyə düşərək şirniyyat almağa getmişdir. Nizami mst-nin qarşısında olan köşkə yaxınlaşıb şirniyyat almaq üçün əlini cibinə salan zaman cibində olan 80 AZN pulunun cibində olmadığını aşkar etmişdir. Bu zaman telefonunu götürüb zəng etmək isdədik də, telefonununda üzərində olmadığını və oğurlandığını aşkar etmişdir. Bildirmişdir ki, oğurlanan "Samsung" markalı üzərində ***-***- **-** saylı mobil nömrə olan telefonunun dəyəri 250 AZN-dir. Əlavə olaraq, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 320 AZN maddi ziyan dəymişdir. Şəxs 02 iyul 2023-cü il tarixdə saat 15:50 radələrində Yasamal rayonu, “Nizami” metrostansiyası yaxınlığında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinərək saxlanılmış, həmin polis bölməsinə gətirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçərkən onun narkotik vasitə istehlakçısı olması müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 227-ci (Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis şöbəsinin polis sahə inspektoru X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, X6 narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdir, daimi yaşayış yeri yoxdur, bu səbəbdən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə gecə saatlarında tanıdığı Əliheydərin yaşadığı ünvana getmişdir. Orada bir xeyli Əliheydərlə söhbət etmiş və bir qədər sonra Əli və dostu Etibar ilə birlikdə Əliheydərin yaşadığı ünvana gəlmişlər və onlar bir qədər söhbət etdikdən sonra anidən Əlinin halı pisləşmiş və o, Əlini çölə çıxartmışdır. Çölə çıxardarkən Əlinin mobil telefonunu özü ilə götürmüşdür. Bayırda Əlinin özünə gəlməyinə köməklik göstərmiş, lakin Əli özündə deyilmiş. Onlar çöldə bir qədər dayandıqdan sonra Əli özünə gəlmiş və o, bildirmişdir ki, ürəyi şirniyyat istəyir. Əli də bildirmişdir ki, problem yoxdur Nizami metrostnasiyasının yanından ala bilər. Onlar birlikdə Nizami metrostansiyasına getdiyi zaman o, Əlinin telefonunu götürüb, həmin evdə gizlətmişdir. Bundan sonra onlar birlikdə Nizami metrostansiyasının qarşısına getmişlər. Orada Əli köşkə yaxınlaşmış və əlini cibinə salan zaman cibində pulunun olmadığı aşkar etmişdir. Bundan sonra səs-küy salmağa başlamışdır. Bundan əlavə 80 manat məbləğində pulu götürməmişdir. Bundan başqa bir müddətdir narkotik vasitələrdən istifadə edir. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir, lakin İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 aparılması haqqında 12 yanvar 2026-cı il tarixli 203 nömrəli rəyinə əsasən Şəxs götürülmüş sidik nümunəsində THC (+), MET (+), MOP (+) aşkar olunmuşdur. Şəxs kannabinoidlərin opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. 11 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 08:00-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Şəxs ünvan 3 ünvanının qarşısında X4 məxsus dəyəri təxminən 250 AZN "Samsung” markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan telefonu və Əli Qəhrəmanova aid 80 AZN pul vəsaitini onun başının qarışıq olmasında istifadə edərək gizli yolla talayaraq oğurlanmışdır. Göstərilənlər nəzərə alınaraq əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməli, xırda talama inzibati xəta törətmiş naməlum şəxs gələcəkdə müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmalıdır. Zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2026-ci il tarixdə gecə saatlarında tanıdığı Əliheydərin yaşadığı eva uşaqlıq dostu Etibarla çay içmaya getmişdir. Orada əvvəllər tanıdığı Günay adlı xanımı görmüş, salamlaşıb bir qədər oturub söhbət etdikdən sonra Günay ona yaxınlaşaraq onun şirniyyat almağını istəmiş və o onunla birgə küçəyə düşərək şirniyyat almağa getmişdir. Nizami mst-nin qarşısında olan köşkə yaxınlaşıb şirniyyat almaq üçün əlini cibinə salan zaman cibində olan 80 AZN pulunun cibində olmadığını aşkar etmişdir. Bu zaman telefonunu götürüb zəng etmək istədikdə, telefonunun da üzərində olmadığını və oğurlandığını aşkar etmişdir. Bildirmişdir ki, oğurlanan "Samsung" markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan telefonun dəyəri 250 AZN-dir. Əlavə olaraq, baş vermiş oğurluq hadisəsi nəticəsində mənə ümumilikdə 320 AZN maddi ziyan dəymişdir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. İXM-in: 39.2-ci maddəsinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1 və 53.1.10-cu maddələrinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, o Günayla birlikdə köşkə yaxınlaşan zaman bir ədəd "Samsung” markalı mobil telefonunun və 80 manat məbləğində pulunun üzərində olmadığını aşkarlamışdır. Protokolu tərtib etmiş şəxs tərəfindən həmin mobil telefonun və pulun Günay tərəfindən oğurlanması ilə bağlı məhəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi hazırki iş üzrə Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi İXM-in prinsiplərinin tələbləri pozulmaqla aparılmış, onun təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tək zərərçəkmiş şəxsin izahatına əsaslanmışdır. Sadalananları, həmçinin İXM-in 53, 84-cü maddələrini rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutlar inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət etmədiyindən Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli tutulduğu vaxtdan yəni, 11 yanvar 2026-cı il saat 08:00-dan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator X1nın 12 yanvar 2026-cı il tarixli 203 nömrəli rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 yanvar 2026-cı il saat 08:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(5-104)-356/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-356/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver