Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-359/2026 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şikayətçi "xxxx" MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin İnsan Resursları üzrə direktor müavini Nümayəndə1 barəsində MN № ******* saylı, 16 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 29 dekabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində "xxxx" MMC-nin İnsan Resursları üzrə direktor müavini Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Qərar rəsmi qaydada xx.xx.2026-cı il tarixdə alınmışdır. (Qərar və qərarın rəsmi qaydada alınması ilə bağlı elektron poçt məktubunun surəti qoşma ilə əlavə edilir). Belə ki, "xxxx" MMC-də məsləhətçi vəzifəsində çalışmış X3 (bundan sonra “İşçi”) AR ƏƏSMN yanında DƏMX-ya etdiyi şikayətinə əsasən DƏMX Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırma zamanı işçinin xx.xx.2025-ci il tarixli müddətli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixdə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hallar araşdırma zamanı DƏMX Bakı şəhər idarəsinin müfəttişinə və qərarı qəbul edən səlahiyyətli şəxsə bildirilsə də nəzərə alınmamış və əsassız qərar qəbul edilmişdir. X7 Xidmətinin Bakı şəhər idarəsi tam, hərtərəfli, obeyktiv araşdırmamışdır. Hesab edir ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv edilməlidir: Qeyd edilməlidir ki, işçinin əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi nəzərdə tutulduğundan bununla bağlı işəgötürən tərəfindən AR ƏM-nin 73cü maddəsinin 1 -ci hissəsinin tələbinə uyğun olaraq (müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış) xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin uzadılmayacağı və onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdikdə xitam veriləcəyi ilə bağlı müxtəlif formalarda (ƏMAS altsistemi, poçt və teleqram) bildirişlər göndərilmişdir (Əmək müqaviləsi və xəbərdarlıq bildirişlərinin surəti qoşma ilə əlavə olunur). Lakin, işçi tərəfindən işəgötürənə əmək qabiliyyətinin olmaması barədə vərəqələr təqdim edildiyindən işəgötürən tərəfindən AR ƏM-nin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixdə xitam verilməmişdir. Bundan sonra xitam əmrində də istinad edilmiş və işçi tərəfindən təqdim edilmiş XV0002LNL №-li xəstəlik vərəqəsində “İsə başlama tarixi” xx.xx.2025-ci il tarix göstərildiyindən işçinin əmək müqaviləsinə xəstəlik vərəqəsinin müddəti bitdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 68.2-ci maddəsin əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir (XV0002LNL №-li xəstəlik vərəqəsi qoşma ilə əlavə olunur). Onu da qeyd etmək lazımdır ki, işçinin rəsmi olaraq 2-ci qrup əlilliyi də mövcuddur. Yuxarıda qeyd olunanlar inzibati xəta haqqında iş üzrə icraat zamanı Müfəttişliyə bildirilməyinə baxmayaraq, onlar tərəfindən işçinin xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə işə çıxmadığına görə 2-ci qrup əlil şəxsin əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən (AR ƏM-nin 72.a) bəndində nəzərdə tutulmuş halda) çıxarmalı olduğumuzu və bunun işəgötürənin vəzifəsi olduğunu bildirmişlər. (İşçinin əlilliyini təsdiq edən arayışın surəti). Tərəfindən o da bildirilmişdir ki, vətəndaşın Müfəttişliyə etdiyi şikayətin məzmunu məzuniyyət haqlarının verilməsi ilə bağlı olmuş, işəgötürən tərəfindən 2- ci qrup əlil şəxsin AR ƏM-nin ən “ağır” maddəsi olan 70-ci maddənin ç) bəndinə əsasən işdən çıxarılması üçün heç bir hüquqi əsasın olmaması və işəgötürən tərəfindən humanist yanaşmanın tətbiq edildiyi, eyni zamanda 70-ci maddənin dispozisiyasında qeyd olunmuş “Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər” normasının dispozitiv xarakterli norma olduğu bildirilsə də, inzibati orqan tərəfindən qeyd olunanların heç biri nəzərə alınmamışdır. Həmçinin, onu da qeyd edir ki, AR ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) verinə yetirmədiyinə görə müvafiq iş verində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. AR ƏM-nin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunanlardan bir daha görünür ki, Müfəttişliyin vəzifəli şəxs barəsində qəbul etdiyi qərarın hüquqi əsası yoxdur və inzibati orqan tərəfindən bildirilmiş əmək müqaviləsinə xitamın əsası qanunvericilik normalarına ziddir. Bundan əlavə işçinin əmək müqaviləsinin ləğv edilməsinə hüquqi qiymət verilməsi, həmin əmrin əsaslı və əsassız olmasına qərar verilməsi fərdi əmək mübahisəsinin predmetini təşkil etməkdədir. İnzibati xəta tərkibi yaradan əməlin mövcud olmasını yalnız fərdi əmək mübahisəsinə baxan məhkəmənin yekun qərarı təsdiq edə bilərdi ki, bununla bağlı tərəf bu iddia ilə məhkəməyə müraciət etməmişdir. Bu əsasla da X7 Xidmətinin Bakı səhər idarəsinin qəbul etdiyi qərar tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 şikayətlə eyni məzmunlu izahat verməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin məhkəmə prosesində iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq bildirdi ki, "xxxx" MMC-nin Məsləhətçi vəzifəsində işləyən X5 ilə xx.xx.2021-ci il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, xx.xx.2025-ci il tarixindən etibarən xitam verilmişdir. Halbuki işçi xəstəliklə bağlı işə şıxmadığından, onun əmək müqaviləsinə xəstəlik vərəqəsnin müddətinin bitdiyi tarixdə xitam verilməli idi. Ona görə də qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Novo Pharm MMC-nin şikayətçi X6 ünvanlanan 24 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, 23 sentyabr 2025-ci il tarixli müraciətinə “Novo Pharm’’ MMC-nin müvafiq struktur bölmələri tərəfindən ətraflı şəkildə baxılmışdır. Belə ki, 26 nömrəli Şəhər Poliklinikası tərəfindən sizin adınıza XVB00035MH nömrəli xəstəlik vərəqəsi açılmışdır. Həmin xəstəlik vərəqəsində X6, xx.xx.1993 təvəllüdlü, "xxxx" MMC-də məsləhətçi vəzifəsində çalışan əməkdaş - xəstəlik səbəbindən əmək qabiliyyətinin müvəqqəti itirilməsi əsasında ambulator rejimdə qeydiyyata alınmağınız qeyd olunmuşdur. Hal-hazırda adınıza davam edən xəstəlik vərəqəsi olduğundan əmək qanunvericiliyinin tələblərin əsasən sizə əmək məzuniyyətinin verilməsi mümkün deyil. Əmək məzuniyyəti yalnız xəstəlik vərəqəsi bağlandıqdan və işə çıxdığı tarixdən etibarən verilə bilər.Yuxarıda qeyd olunanlara əsasən adınıza olan xəstəlik vərəqəsinin müddəti başa çatdıqdan sonra işçi tərəfindən işəgötürənə rəsmi qayda müraciət olunduqda əmək məzuniyyətinin verilməsi məsələsinə yenidən baxılaraq müvafiq qərar qəbul ediləcəkdir.Bununla yanaşı bir daha bildirir ki, onunla imzalanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək bağlanmışdır. Həmin müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 29 dekabr 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, vətəndaş X5 ilə "xxxx" MMC-nin işəgötürən arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə X5 arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, "xxxx" MMC-nin Məsləhətçi vəzifəsində işləyən X5 ilə xx.xx.2021-ci il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, xx.xx.2025-ci il tarixindən etibarən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.2.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, Belə ki, 29 dekabr 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, vətəndaş X5 ilə "xxxx" MMC-nin işəgötürən arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Qeyd edilməlidir ki, işçinin əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi nəzərdə tutulduğundan bununla bağlı işəgötürən tərəfindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin 1 -ci hissəsinin tələbinə uyğun olaraq (müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış) əmək müqaviləsinin müddətinin uzadılmayacağı və onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdikdə xitam veriləcəyi ilə bağlı müxtəlif formalarda (ƏMAS altsistemi, poçt və teleqram) bildirişlər göndərilməli idi. Lakin, işçi tərəfindən işəgötürənə əmək qabiliyyətinin olmaması barədə vərəqələr təqdim edildiyindən işəgötürən tərəfindən Azərbaycan Respublikası ƏM-nin 73.-ci maddəsinin tələbləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixdə və ya işə çıxdığı tarixdə yəni 24 sentyabr 2025-ci il tarixdə xitam verilməmişdir. Azərbaycan Respublikası ƏM-nin 73.1-ci maddəsin əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan "xxxx" MMC-nin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(5-104)-359/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-359/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver