Məhkəmə qərarları › İş №3(5-104)-439/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-439/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-439/2026 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili “Ekol” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 14 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə rəisi tərəfindən tərtib edilmiş 14 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Yasamal rayonu, H.Cavid prospekti 31 ünvanında Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. 13 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində dindirilmiş Şəxs ifadəsində göstərdi ki, 2018-ci il tarixdən hazırki vaxta kimi AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışır. Zərərçəkmiş şəxs təxminən “Covid-19” Pandemiyası dövründən sonra tanımışdır. Həmin vaxtlar o, heç kəsin Zərərçəkmiş şəxs ilə yaxınlıq etmədiyini görüb onun tək qalmaması üçün münasibət qurmuşdur. Münasibətlərinin yaxşı olduğu dövrdə o, Zərərçəkmiş şəxs məqalələrinin dərc olunmasında və atasına məxsus kitabların internet saytlarına yerləşdirilməsində köməklik etmişdir. Lakin 2025-ci ilin fevral ayında ona “İlin alimi” mükafatı verildikdən sonra Zərərçəkmiş şəxs ona paxıllıq etdiyi üçün aralarındakı münasibətlər pisləşmişdir. O, 2025ci ilin may ayından Zərərçəkmiş şəxs ilə əlaqələrini tamamilə kəsmişdir. 17 oktyabr 2025-ci il tarixdə, elmi şuranını iclasından sonra Zərərçəkmiş şəxs onun iş otağına gəlib yüksək səslə nalafiq ifadələr işlədərək ona özünün məqalələrini hansı səbəbə görə sildiyini soruşaraq onu və ailəsini təhqir etməyə başlamışdır. Bundan sonra Nərgiz ona vermiş olduğu kitabları geri verməyini tələb etmişdir. O isə Nərgizin onu mübahisəyə təhrik etdiyini başa düşərək Nərgizlə mübahisə etməmiş və ona otağını tərk etməsini bildirmişdir. Nərgiz isə nalayiq ifadələr işlədərək otaqdan çıxıb getmişdir. 20 oktyabr 2025-ci il tarixdə, o, Nərgizin ona vermiş olduğu kitabları götürüb otağına getmişdir. Nərgiz otağın sol küncündə yerləşən masanın arxasında əyləşmişdir. O, gətirdiyi kitabları Nərgizin əyləşdiyi masanın qarşısında yerə atmış və Nərgizə «götür kitablarını, əl çək məndən» ifadəsini işlətmişdir. Həmin vaxt Nərgiz əyləşdiyi masadan qalxaraq onun üzərində anidən hücum etmişdir. O, dayandığı yerdə şok vəziyyətində qalmış, Nərgiz isə sağ əli ilə saçından tutaraq paltarını cırmaq istəmiş, daha sonra sağ qolunu dişləmişdir. O, Nərgizin bu hərəkətlərinə qarşılıq verməsə də, Nərgiz barmağını gözünə tərəf gətirib gözünə xəsarət yetirmək istəmişdir. Bundan sonra o, özünü müdafiə etmək üçün Nərgizin saçından tutub əli ilə özündən kənara itələmişdir. Bundan sonra Nərgiz qapıya yaxınlaşaraq onun guya özünə hücum etməyi ilə bağlı hay-küy salmışdır. Hadisə nəticəsində onun da üzərində xəsarətlər vardır və sözügedən iş düzgün araşdırılmamışdır. Onun Zərərçəkmiş şəxs hücum etmək niyyəti olmamışdır, əgər o, bunu etmək istəsəydi, 17 oktyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs onun iş otağına gələrək onu və ailəsini təhqir etdiyi zaman edərdi. Lakin o, Zərərçəkmiş şəxs təhrikedici hərəkətlərinə məhəl qoymamış və sözügedəndə hadisədə də Zərərçəkmiş şəxs hücum etməmişdir. Əlavə olaraq isə əgər o, Zərərçəkmiş şəxs başını dəfələrlə divara vurmuş olsa idi, Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yox, ağır xəsarət yaranardı. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs sol gözaltı və yanaq nahiyəsində olan sıyrıqların necə yaranması barədə məlumatı yoxdur. O hesab edir ki, həmin xəsarətləri Zərərçəkmiş şəxs özü özünə yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifasəsində göstərdi ki, o, AMEA Nəsimi adına Dilçilik İnstitutunda müasir Azərbaycan dili şöbəsində şöbə müdiri vəzifəsində işləyir. Şəxs da Azərbaycan Milli Elmər Akademiyasının elmi işçisidir. Onun Elnurə ilə yaxın münasibətləri olmuşdur. Lakin sonradan o, Elnurənin xarakterində olan bəzi cəhətləri bəyənmədiyi üçün onlar aralarındakı münasibətlər pozulmuşdur. 2025-ci ilin may ayından onlar arasındakı əlaqələr kəsilmişdir. Bundan sonra o, məzuniyyətdən qayıtdıqdan sonra kompüterində olan məqalələrinin silindiyini aşkar etmişdir. 17 oktyabr 2025-ci il tarixdə o, Elnurənin otağına keçərək məqalələrini niyə sildiyini ondan soruşmuşdur. Elnurə isə ona cavabında “sənə yazığım gəlir, tək qalmısan” ifadəsini işlətmişdir. Elnurə ona xoşagəlməz ifadələr işlədərək əsassız yerə onunla mübahisə etməyə başlamışdır. O, Elnurədən verdiyi kitabları ona geri qaytarmasını xahiş etmişdir. 20 oktyabr 2025-ci il tarixdə, o, otağında olduğu zaman Elnurə anidən otağa daxil olub ondan götürdüyü kitabları təhqiramiz şəkildə yerə ataraq bildirdi ki, «al gözünə sox». Həmin vaxtı o, Elnurədən hansı səbəbdən belə hərəkət etdiyini soruşaraq Elnurəyə tərəf getmişdir. Bu vaxtı Elnurə heç bir səbəb gətirmədən əlləri ilə onun saçlarından tutub yolmağa başlamışdır. Həmin vaxt onun eynəyi gözündən yerə düşmüşdür. Daha sonra Elnurə öz bədənini arxaya verərək sol əli ilə onun sağ əlindən tutaraq o biri əli ilə onu vurmağa başlamışdır. O, Elnurənin əlindən yaxa qurtara bilməyəcəyini anladığı üçün köməyə kimisə çağırmaq məqsədilə qışqırmış və yardım istəmişdir. O biri şöbədən olan X8 gələrək Elnurəni ondan uzaqlaşdırmaq istəsə də, bu mümkün olmamış və Elnurə ona da bir neçə zərbə vurmuşdur. O, Elnurənin əlindən çıxa bilmədiyi üçün məcbur olaraq Elnurənin əlindən çıxmaq üçün sağ qolunu dişləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs hücum edən Şəxs iki dəfə işlədiyi şöbədən qovulan, sonda isə ixtisasına aid olmayan şöbəyə yerləşdirilən, hətta BDU-nun müəllimləri tərəfindən də davakar bir şəxsiyyət kimi xarakterizə edilən şəxsdir. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs heç kəsin münasibət qurmaq istəmədiyi Şəxs ilə gənc cavan qız olması və tək qalmasını istəməməsi səbəbindən yaxın münasibət qurmuşdur. 20 oktyabr 2025-ci il tarixdə o, dərsdə olduğu zaman ona zəng olunmuş və xəbər verilmişdir ki, Nərgiz xanıma hücum olunmuşdur. O, Nərgizin iş yerinə çatanda Nərgizi stula əyləşmiş və halsız vəziyyətdə görmüşdür. Hadisənin şahidi Vəsilə adlı xanımdan eşitdiyinə görə, Elnurə Nərgizin otağına gələrək kitablarını yerə atmış və bildirmişdir ki, «al gözünə sox». Hadisənin başqa şahidi Sayalı xanım isə bildirmişdir ki, o, otağa gələn zaman Elnurə Nərgizin boğazından tutub başından yumruqla vurmuşdur. Sayalı xanım və Aytəkin adlı xanım onları ayırmağa gələn zaman Elnurən atdığı yumruqlardan biri də onlara dəymişdir. Bundan əlavə o, bildirmişdir ki, Şəxs barəsində həmkarlar təşkilatı tərəfindən ona töhmət verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. “Ekol” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olmadığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlı tərəfindən tərtib edilmiş 13 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, hadisə olan yerdə ictimai qayda pozulmayıb, 20 oktyabr 2025-ci il tarixdə saat 11 radələlərində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 31 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Müasir Azərbaycan Şöbəsinin 540 nömrəli otağında X7 ilə Şəxs arasınada şəxsi münasibətlər olmuş və şəxsi münasibətlər zəminində olan mübahisə nəticəsində Nərgiz Hacıyevə xəsarət almışdır. Ona görə də Şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər” cinayət əməlinin tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Bundan başqa aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şəxs bir əli ilə X2 boğaz nahiyəsindən tutub buraxmadığından, digər əli ilə sonuncunun baş nahiyəsinə zərbələr endirdiyindən Nərgiz Hacıyevə özünü müdafiə etmək və Şəxs əlindən çıxması üçün sonuncunun qolunu dişləmiş və Nərgiz Hacıyevə özünü müdafiə edən zaman Şəxs istəmədən xəsarət yetirmişdir. Belə olan halda X2 əməlində cinayətin tərkib əlamətləri müəyyən olunmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməlidir. Lakin material üzrə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material ayrılaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə göndərilməlidir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli, 898 nömrəli ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin qançır-şişkinliyi, sol gözaltı və yanaq nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmiş şəxs X4 döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsini özü etiraf etməsə də, iş materialları ilə, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar