Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-462/2026 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X10 iclas katibliyi ilə X1 və onun nümayəndəsi və vəkili Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2025ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X11 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra Əmək Müfəttişliyi) MN ******* saylı, xx.xx.2025-ci il tarixli "İnzibati tənbeh vermə haqqında" Qərar qəbul edilmişdir. Qərara əsasən, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 3000 (üç min) manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Əmək Müfəttişliyi "İnzibati tənbeh vermə haqqında" Qərarını onunla əsaslandırılmışdır ki, X5 verdiyi məlumat onun "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Lakin bu hal hansı sübut ilə təsdiq edildiyi isə öz əksin tapmır. Əmək Müfəttişliyinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli "İnzibati tənbeh vermə haqqında" Qərarı qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Həmin inzibati xəta haqqında qərarın qəbul edilməsinə səbəb moped vasitəsi ilə qəza etmiş vətəndaş X12 ilə "xxxx" MMC arasında əmək müqaviləsinin olmamasıdır. "xxxx" MMC-nin fəaliyyəti iaşə müəssisələri ilə istehlakçılar arasında qida məhsulların göndərilməsinin və çatdırılmasının təşkilini mümkün edən elektron platformanın (proqram tətbiqinin) təmin edilməsindən ibarətdir. Yəni, "xxxx" MMC qida məhsullarının göndərilməsini və çatdırılmasını həyata keçirmir, həmçinin bunun həyata keçirilməsi ilə bağlı kuryerlər ilə əmək müqaviləsini bağlamır. "xxxx" MMC "Wolt" elektron tətbiqi vasitəsi ilə qidanı satan şəxslərlə, qidanı sifariş edən şəxslər və qidanı çatdıran şəxslər arasında əlaqənin yaradılmasını təşkil edir. Beləliklə kuryerlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq dövlət vergi xidmətində fərdi sahibkar qismində qeydiyyatdan keçir və "Wolt" tətbiqindən istifadə edərək, müstəqil qaydada çatdırma xidmətlərini həyata keçirirlər. Onun təqsirli bilinməyinə iş materiallarında olan sübutlara nəzər yetirsələr, məlum olur ki, sübutlar dolayıdır və qeyri mötəbərdir: 1. Səbail TTTYS bölməsi Təcili və X9 üzrə həkim vəzifəsi üzrə çalışan X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə müraciət edərək bildirmişdir ki, “Bolt” qurumu motosiklet sürücü vəzifəsi üzrə çalışan əməkdaşı X12 (FİN7R9EN5) əmək funksiyalarının icrası zamanı “Su idman” kompleksi qarşısında yol qəzası baş vermiş və maşınla toqquşmuşdur. 2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən təqdim etdiyi çıxarışa əsasən, vətəndaş X7 edilən müraciətin nəticəsi olaraq çıxarışda qeyd edilmişdir ki, qəza edən şəxs “WOLT”-da dostunun hesabından kuryer kimi çalışırmış, sifarişi verib nahara qayıdanda qəza edib. “WOLT”-da vəzifəsi patnyor üzrə mütəxəssisdir. Kiminsə tapşırığı olmayıb. Göründüyü kimi, inzibati orqan tərəfindən onun təqsirli bilinməyinə səbəb olan iki dolayı və bir-birinə zidd olan sübutlara istinad edilmişdir. Belə ki, bir məlumatda həkim vəzifəsi üzrə çalışan X19 məlumat verərək, bildirir ki, S.Allahyarov “Bolt” qurumunun motosiklet sürücüsüdür, digər məlumatda isə müfəttişliyin əməkdaşı bildirir ki, o “WOLT”-da dostunun hesabından kuryer kimi çalışırmışdır. "xxxx" MMC barəsində eyni inzibati xəta haqqında işə baxılan zaman, mötəbər və bir başa sübutlar məhkəməyə təqdim edilmişdir: Məhkəmədə inzibati iş üzrə icraat aparılan zaman, vətəndaş X12 şəxsən məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, heç vaxt "xxxx" MMC-də işləmədiyini və bu barədə heç yerdə belə söz demədiyini bildirmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə növbəti məhkəmə baxışında, vətəndaş X12 şəxsən iştirak edərək bildirmişdir ki, "xxxx" MMC-də heç vaxt işləməyib, "Wolt" tətbiqindən istifadə etməyib. Qəza vaxtı tibbi yardım üzrə həkimə onların çatdırmalarla bağlı “whatsapp” qrupunun olduğunu, həmin qrupda kimsə hər hansı bir əşyanın çatdırılmasını qeyd etdikdə, həmin şəxsdən əşyanı götürüb ünvana çatdırırdılar və çatdırılma etdikləri şəxs onlara ödəniş etdiyini bildirmişdir. Həmçinin sifarişləri çatdırarkən üzərində hər hansı bir şirkətin formasının olmadığını demişdir. Sadəcə həmin vaxt onun körpücük sümüyünün sınması və digər xəsarətlərin olması səbəbindən çətinliklə danışmışdır və ola bilsin tibb işçisi onun "Bolt"-da işlədiyini ehtimal etmişdir. Onun xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən X13 və eyni zamanda X15 arasında xx.xx.2026-cı il tarixədək müddətə bağlanmış iki əmək müqaviləsi mövcuddur. Həmin müqavilələrə əsasən o, partnyor üzrə mütəxəssis vəzifəsində çalışır və kuryerləri "Wolt" tətbiqindən istifadə etmələrinə cəlb edirdirdi. Onun qəza etdiyi vaxt motosikletin arxasında istifadə edilmiş və internetdə ucuz qiymətə alınmış "VOLT"-a məxsus çanta var idi, çantadan baqaj kimi istifadə edirdi. X3 ilə X13 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqavilələri mövcuddur. Həmin əmək müqavilələri hadisə baş verən zaman qüvvədə idi. Göründüyü kimi, hadisə baş verən zaman X5 X13 ilə əmək müqaviləsi var idi və bu məluma əmək müfəttişliyinə təqdim edilmişdir. Onun şəxsən yazılı və şifahi bildirdiyinə görə heç vaxt "xxxx" MMC-də işləməyib, "Wolt" tətbiqindən istifadə etməyib. Baqaj olaraq istifadə edilməsi məqsədi ilə "VOLT" loqosu ilə təzə və ya işlənməmiş çantalar internet informasiya məkanında açıq satışdadır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən təqdim etdiyi çıxarışda X5 qəza edərkən “WOLT”-da dostunun hesabından kuryer kimi çalışdığı sifarişi verib nahara qayıdan zaman qəza törətməsi reallığı əks etdirmir. Bu hal ümumiyyətlə sübuta yetirilmir və ona qiymət verilə bilməz. Konkret olaraq, kimin hesabından, hansı sifarişi və nə vaxt icra edilməsi ilə bağlı isə suallar açıq qalmışdır. Hətta hər hansı bir şəxs bildirsə ki, o "Wolt" tətbiqindən kiminsə hesabından istifadə edərək sifarişi icra edib, bu o anlama gəlməyəcək ki, həmin şəxs "xxxx" MMC-də işləyir və onunla MMC arasında əmək müqaviləsi olmalı idi. Belə ki, yuxarıda qeyd etdiyi kimi, kuryerlər fərdi sahibkar olaraq VÖEN əsasında "Wolt" tətbiqindən istifadə edərək, sifarişin dəyərindən və icrasının müddətinə uyğun olaraq müstəqil gəlir əldə edilər və əmək haqqı almırlar. Onlar "xxxx" MMC-nin əmək funksiyalarını yerinə yetirmirlər və istədiyi vaxt, sərbəst olaraq tətbiqdən istifadə edirlər. Digər tərəfdən hər hansı bir şəxs digər şəxsin hesabından istifadə edərək, sifarişləri icra edərsə "xxxx" MMC-nin bu barədə məlumatının olması da mümkünsüzdür. Göstərilən halları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili X6 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı "xxxx" MMC-nin idarə heyətinin sədri X11 tərəfindən X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-8512/2025 saylı qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(3-6)-96/2026 saylı qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 192.1-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Əmək müqaviləsindən görünür ki, X12 fərdi sahibkar X15 ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlamış vəzifəsi partnyorlarla iş üzrə mütəxəssis olmuşdur. Əmək müqaviləsindən görünür ki, X12 fərdi sahibkar X13 ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlamış vəzifəsi partnyorlarla iş üzrə mütəxəssis olmuşdur. X12 tərəfindən yazılmış ərizədən görünür ki, "xxxx" MMC-də heç vaxt işləməmişdir. “Respublika Təcili və X9 Mərkəzi” X24 26 avqust 2025-ci il tarixli, 18-1-88/2- 3252/2025 saylı məktubuna əsasən xx.xx.2025-ci il tarixində saat 18:36-da “Respublika Təcili və X9 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə “103” Səbail rayonu X27rşısına Sənan Allahyarov (21 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı icra edən Səbail TTTYS 2 saylı bölməsinin həkimi Arzu Zeynalova xəstə X8 (21 yaş) “Sol yuxarı ətraf qurşağının küttravması” diaqnozu qoyaraq tibbi yardım göstərmişdir. X29 hospitalizasiya edilmişdir. Həmçinin iş materiallarında olan “Respublika Təcili və X9 Mərkəzi” X24 29 avqust 2025-ci il tarixli, 18-1-2/2-3987/2025 saylı məktubuna əsasən xx.xx.2003-cü il təvəllüdlü X12 xx.xx.2025-ci il tarixində 2 saylı X31 Stansiyası Briqadasının müşayətilə X26 gətirilmişdir. Xəstənin dediyinə görə motosiklet qəzası nəticəsində xəsarət almışdır. Xəstə rentgenoskopiya müayinə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müraciət vəsiqəsinə əsasən X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə müraciət edərək bildirmişdir ki, Səbail TTTYS bölməsi Təcili və X9 üzrə həkim vəzifəsi üzrə çalışır. Qeyd edir ki, xx.xx.2025-ci il tarixində saat 18:40 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. Bolt qurumu motosiklet sürücü vəzifəsi üzrə çalışan əməkdaşı X12 (FİN7R9EN5R) əmək funksiyalarının icrası zamanı Su idman kompleksi qarşısında yol qəzası baş vermiş və maşınla toqquşmuşdur. Sol yuxarı ətaf qurşağının küt travması baş vermişdir. X26 aparılmışdır. Hal-hazırda vəziyyəti orta ağırdır. Vətəndaş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumat vermək üçün müraciət edir. İş materiallarında olan 3-17-5/1-A-50798/2025 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən vətəndaş X7 edilən müraciətin nəticəsi olaraq qeyd edilmişdir ki, qəza edən şəxs WOLT-da dostunun hesabından kuryer kimi çalışırmış, sifarişi verib nahara qayıdanda qəza edib. WOLT-da vəzifəsi patyor üzrə mütəxəssisdir. Kiminsə tapşırığı olmayıb. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinə göndəridiyi 13 oktyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Wolt” mobil tətbiqi vasitəsi ilə verilən sifarişlərin çatdırılmasını həyata keçirən Kuryerlər "xxxx" MMC ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərmir. Belə ki, həmin şəxslər, qanunla nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçməklə (yəni onlara verilən VÖEN əsasında) müstəqil sahibkar qismində fəaliyyət göstərirlər. Həmin sahibkarlıq fəaliyyətləri çərçivəsində kuryerlər “Wolt” mobil tətbiqi vasitəsi ilə çatdırma ilə bağlı sifarişləri qəbul edir və icrasını həyata keçirirlər. Müvafiq olaraq, məktubunuzda qeyd etdiyiniz X5 da "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Məhkəmə ilk növbədə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyinə uyğun olaraq "xxxx" MMC ilə X12 arasında hər hansı əmək münasibətlərinin olmadığına dair aşağıdakılarla əsaslandırır: a) X12 MMC-in intizam qaydalarına tabe olması, müqavilə üzrə şərtləşdirilmiş funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi müəyyən edilmir. b) MMC və X12 müqavilə üzrə yerinə yetiriləcək xidmət qarşılığında aylıq sabit əmək haqqı müəyyən etməmişdir. c) X12 və MMC arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyəti olmamışdır. d) X7 münasibətdə iş vaxtı, istirahət vaxtı, məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normalar olmamışdır. e) X7 münasibətdə müəssisədaxili intizam qaydaları və iş vaxtı rejimi olmamışdır. Beləliklə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, işin faktiki halları üzrə səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vlİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X18 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1 -2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla X11 tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. İXM-nin 76.1-ci maddəsinə əsasən - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya istemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X11 tərəfindən X5 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilmədiyi üçün X11 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. X11 barəsində qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(5-104)-462/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-462/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver