Məhkəmə qərarları › İş №3(5-104)-578/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-578/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-578/2026 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (VÖEN: **********, hüquqi ünvanı: AZ 1073 ünvan 1ublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 7 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs MMC tərəfindən vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Unikal-A MMC-yə 3-17-5/2-87519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər tam şəkildə (iş vaxtının uçotu tabelləri, əmək haqqının hesablanması cədvəlləri, ödənişləri təsdiq edən sənədlər) 7 (yeddi) iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən məktub ASİS vasitəsilə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmiş, eləcə də hüquqi ünvanına kağız daşıyıcıda poçt vasitəsilə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 tərtib edilmiş protokola etiraz edərək barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlardan sorğu əsasında istənilən sənədlərin əksəriyyətini inzibati orqana təqdim etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 7 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Unikal-A MMCyə 3-17-5/2-87519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər tam şəkildə (iş vaxtının uçotu tabelləri, əmək haqqının hesablanması cədvəlləri, ödənişləri təsdiq edən sənədlər) 7 (yeddi) iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən Şəxs MMC-yə ünvanlanan 3-17-5/2-87519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubundan görünür ki, X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin şəxsə aid əmək müqaviləsinin surəti, kollektiv müqavilə (olduğu təqdirdə), iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti, əmək haqqının ödənilməsini təsdiq edən bank sənədi X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin ƏMAS üzərində olan şəxsi kabinetinə yerləşdirilmiş, eləcə də xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanına kağız daşıyıcıda poçt vasitəsilə çatdırılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, Şəxs MMC Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-7615/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə 3-17-5/2-87519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə müraciət edilərək X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin şəxsə aid əmək müqaviləsinin surətinin, kollektiv müqavilənin (olduğu təqdirdə), iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surətinin, əmək haqqının ödənilməsini təsdiq edən bank sənədinin X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Lakin Şəxs MMC tərəfindən qeyd edilən sənədlərdən iş vaxtının uçotu tabelləri, əmək haqqının hesablanması cədvəlləri, ödənişləri təsdiq edən sənədlər 7 (yeddi) iş günü ərzində DƏMXnin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. İş materiallarında olan məlumatlardan da görünür ki, 3-17-5/2-87519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin ƏMAS üzərində olan şəxsi kabinetinə yerləşdirilmiş, eləcə də xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanına kağız daşıyıcıda poçt vasitəsilə çatdırılmış lakin buna baxmayaraq tələb edilən sənədlər qanunvericilikdə müəyyən edilmiş müddət ərzində tam qaydada inzibati orqana təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Unikal-A” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar