Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-639/2026 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs “X9 Kompleksi” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə “X9 Kompleksi” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “X9 Kompleksi” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X2 şikayəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən 3-17-5/2-96395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlərdən əmək haqqının ödənilməsinə dair sənədlər və s. təqdim edilməmiş, nəticədə “X9 Kompleksi” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilən sənədlər ilə təsdiq edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən 3-17-5/2-96395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, xx.xx.2025-ci il tarixdə məktub qarşı tərəfdən qəbul edilmiş, lakin vaxtında tələb olunan sənədlər təqdim olunsa da, əmək haqqının ödənilməsinə dair sənədlər təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “X9 Kompleksi” MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs “X9 Kompleksi” MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, sorğuya cavab gecikdirilmədən əmək haqqının ödənilməsi ilə bağlı çıxarışlar, digər sənədlər və daha sonra bank çıxarışları təqdim edilmiş, ancaq Müfəttişlik həmin sənədləri geri qaytararaq Bankın möhürlü arayışı formasında təqdim olunmasını tələb etmişlər. Həmin möhürlü çıxarışın təqdim edilməsi isə uzun zaman aldığından X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən 3-17-5/2-96395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlərdən əmək haqqının ödənilməsinə dair sənədlər və s. təqdim edilməmiş, nəticədə “X9 Kompleksi” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilən sənədlər ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “X9 Kompleksi” MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-96395/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni “vətəndaş X2 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 3unan sənədlərin siyahısı: 1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə) 2. Kollektiv müqavilə (olduğu təqdirdə)
3. İş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə)
4. Boşdayanma olduğu təqdirdə müvafiq sənədlərin surəti 6. Əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti 7. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir” məzmunda olmuşdur. EMS “Azerexpresspost” saytından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “X9 Kompleksi” MMC-yə ünvanlanmış məktub 31 oktyabr 2025-ci il tarixdə MMC-nin ünvanına çatdırılmışdır. “X9 Kompleksi” MMC-nin direktoru Fəxri Mehdiyev tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırova ünvanlanmış 7 noyabr 2025-ci il tarixli, 13-5- 1/2-339/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni “Sizin “X9 Kompleksi” MMCyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-96395/2025 nömrəli X2 müraciətinə dair sənədlərin tələb olunması ilə bağlı məktubunuza baxılmışdır. Qeyd edilənləri nəzərə alaraq, Cəmiyyətin Saatlı Pambıq İstehsalı və Emalı Zavodu filialının Aqrotexniki təminat və nəqliyyat bölməsində müvsümi traktorçu peşəsində işləyən X2 tələb olunan sənədlərini Sizə təqdim edirik, Qoşma: 1. iş vaxtının uçotu cədvəllərinin surəti (son 12 ay üzrə); 2. əməkhaqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti” məzmunda olmuşdur. “X9 Kompleksi” MMC-nin direktoru Fəxri Mehdiyev tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırova ünvanlanmış 7 noyabr 2025-ci il tarixli, 13-5- 1/2-339/2025 nömrəli məktuba qoşma kimi təqdim edilmiş “X9 Kompleksi” MMC-nin direktoru İrşad Abbasov tərəfindən imzalanmış və möhürlənmiş çıxarışdan görünür ki, həmin çıxarışda X2 vəzifəsi, aylıq əmək haqqı barədə məlumat əks etdirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ödənilən məbləğlər göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır; 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İş üzrə toplanmış materiallardan, o cümlədən X7 Xidmətinin təqdim etdiyi sənədlər və “X9 Kompleksi” MMC-nin nümayəndəsinin izahatından müəyyən edilir ki, Nazirlik tərəfindən MMC-yə ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə daxil olmuş, tələb olunan sənədlər xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Daha sonra təqdim edilən sənədlərin birinin natamam olduğu barədə Müfəttişlik tərəfindən əlavə sorğu göndərilməmişdir. Lakin 3-17-5/2-96395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əsasən “X9 Kompleksi” MMC tərəfindən tələb olunan sənədlər tam şəkildə təqdim edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, X7 Xidmətinin sənədlərin natamam şəkildə təqdim edilməsi iddiası, verilmiş sorğunun 6-cı bəndində konkret nəzərdə tutulan hansı sənədin təqdim edilməli olunmasının qeyd edilməməsi səbəbindən yaranmış anlaşılmazlıqdan irəli gəlmiş, halbuki “X9 Kompleksi” MMC-nin əməkdaşları sorğunun məzmununa uyğun digər sənədlərlə birlikdə əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin direktorun imzası və möhürü ilə təsdiq olunmuş surətlərini təqdim etmişlər. Lakin sonradan məsələ Müfəttişlik tərəfindən hər hansı vasitə ilə aydınlaşdırılmamış və çatışmayan sənədin hansı formada təqdim edilməsi MMC-nin diqqətinə çatdırılmamışdır. Göstərilən hallardan görünür ki, MMC tərəfindən sənədlərin təqdim edilməsində inzibati xəta törətmək qəsdi və ya səhlənkarlıq elementi olmamış, yaranmış vəziyyət sırf anlaşılmazlıq səbəbindən meydana çıxmışdır. Beləliklə, təqdim edilmiş sübutlar və izahatlar əsasında məhkəmə hesab edir ki, “X9 Kompleksi” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanuna və işin faktiki hallarına tam uyğun hesab olunur. Odur ki, “X9 Kompleksi” MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
“X9 Kompleksi” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından, AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Mirsadiq Seyidov