Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-803/2026 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə Azərbaycan Respublikası DİN Baş DYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32858593 saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32858593 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32858593 saylı inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə elektron qərar qəbul edilmişdir. Həmin qərara əsassız və qanunsuzdur. Belə ki, bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsiçməsi ünvanında “ünvan 2satqı qaydasında almış və hazırda orada yaşayır. Binanın önündə avtomobilini park etdiyi zaman ona inzibati cərimə yazılmışdır. Hesab edir ki, qərar əsaslı sayıla bilməz və ləğv olunmalıdır. Ona görə də xx.xx.2025-ci iltarixli inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən X5 lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası DİN Baş DYPİ-nin nümayəndəsi Nümayəndə bildirdi ki, X3 şikayətində qeyd olunan hallar qərarın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, qeyd olunan ünvanda şəxsin qeydiyyatı olmadığından fərdi parklanma talonu da mövcud deyil. Ona görə də xahiş edir ki, şikayət təmin edilməsin. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən iş materiallarına əlavə edilmiş fotolara baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32858593 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2025-ci il tarixində saat 09:17-də Bakı şəhəri, Yasamal rayonu, Əliağa Vahid küçəsində özünə məxsus “Nissan X-Trail minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 346.1-ci maddənin tələblərini pozaraq Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxılarkən X4 törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X6 xx.xx.2025-ci il tarixində saat 09:17-də Bakı şəhəri, Yasamal rayonu, Əliağa vahid küçəsində özünə məxsus “Nissan X- Trail minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 346.1-ci maddənin tələblərini pozmuşdur. Ona görə də onun barəsində həmin tarixdə EQ 32858593 saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. X1 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qərardan şikayət vermişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunu törətməsini həmin ərazidə şəxsi mülkiyyətinin olması ilə əlaqələndirmişdir, lakin qeyd edilən pozuntunun şəxsi mülkiyyətə aidiyyatı yoxdur.məhkəmə həm də qeyd edir ki, şikayətçi fərdi parklanma talonu ilə bağlı sənədi də məhkəməyə təqdim etməmişdir. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi barədə qaydaların 2.1-ci bəndinə əsasən Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları (bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun), Bakı şəhərinin inzibati ərazisində isə Agentlik (bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-in 327.1-1-ci maddəsinə əsasən Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə- yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32858593 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(5-104)-803/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-803/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver