Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-824/2026 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Qərarından şikayət verilmiş inzibati orqan AYNA-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2026-cı il tarixli AYN ******* saylı inzibati inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş inzibati orqan AYNA-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, qərar qanuni və əsaslı olduğundan şikayətin dəlilləri əsassızdır və təmin edilməməlidir. Əlavə olaraq iş materiallarına əlavə edilməmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2026-cı il tarixli AYN ******* saylı inzibati inzibati tənbeh vermə haqqında elektron qərarı məhkəməyə təqdim etmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 EMİS vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək şikayətinə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə X2 tərəfindən verilmiş şikayəti, ona əlavə edilmiş materialları, eləcə də qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarı araşdıraraq hesab edir ki, X2 şikayəti aidiyyəti üzrə baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Müzəffər Həsənov - 10984 ərazisi olsa da, şikayətçi X1 qeydiyyat ünvanı Cəlilabad rayonu Şıxlar kəndi ünvanıdır. Məhkəmə hesab edir ki, şikayətçi X1 yaşayış yeri Cəlilabad rayonu ərazisindədir. Ona görə də inzibati işə aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Cəlilabad Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2026-cı il tarixli AYN ******* saylı inzibati inzibati tənbeh vermə haqqında elektron qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(5-104)-824/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-824/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver