Məhkəmə qərarları › İş №3(5-104)-944/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-944/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-944/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsinin nümayəndəsi X3, Şikayətçi X1 vəkili Vəkil iştirakı ilə, Şikayətçi X2 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2ci Ərazi X10i İdarəsi Bakı Şəhər İdarəsinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2ci Ərazi X10i İdarəsi Bakı Şəhər İdarəsinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində təmamilə əsassız olaraq Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci ərazi X10 İdarəsinin rəisi X6 tərəfindən xx.xx.2025-ci i! tarixli, MN № ******* saylı saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Sözügedən qərarla o Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın qəbul edilməsinin əsası kimi isə xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, N. Nərimanov prospekti 127, Məhəllə 468-472 ünvanında yerləşən "xxxx" MTK- də keçirilən YTM zamanı YTQ-nın 01-2001 bənd 10.1-10.4 pozuntusunun müəyyən edilməsi qeyd edilmişdir. Belə ki, əvvəla "xxxx" MTK xx.xx.2019-cu il tarixdən fəaliyyətini dayandırmışdır. Həmçinin yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulduğu qeyd edilən ünvan 2 ünvanındakı binaların idarə edilməsi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən həyata keçirilir. Qərar qəbul edilərkən həm də İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur. Müvafiq akt və protokol tərtib edilərkən iştirakım təmin edilməmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci ərazi X10 İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və əməlimdə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsi Bakı Şəhər İdarəsinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında X1 vəkili Vəkil şikayəti müdafiə edərək Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsinin nümayəndəsi X7 izahatında şikayətin əsassız hesab olunaraq təmin edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərara əsasən xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, N.Nərimanov prospekti 127, məhəllə 468- 472 ünvanında yerləşən "xxxx" MTK-da keçirilən YTM zamanı YTQ-nın 01-2001 bənd 10.1-10.4 pozulması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, "xxxx" MTK xx.xx.2024-cü il tarixdən xx.xx.2054-cü il tarixədək fəaliyyətini dayandırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən məsələ ilə bağlı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam araşdırması aparılmamış və formal mülahizələrə əsaslanmışdırlar. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsi tərəfindən yoxlama aparılarkən Yasamal rayonu, N.Nərimanov prospekti 127, məhəllə 468-472 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının kimin mülkiyyətində olması və ya idarə edilməsi, həmçinin qeyd edilən kooperativin fəaliyyət göstərib-göstərməməsi müəyyənləşdirilmədən "xxxx" MTK-nın direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin, iş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsi Bakı şəhər idarəsinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsinə göndərilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X10i Xidmətinin 2-ci Ərazi X10i İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdərmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar