Məhkəmə qərarları › İş №3(5-105)-1/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-1/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-1/2026 07.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul olunmuş 07 oktyabr 2025-ci il tarixli, EQ 31145161 və 20 oktyabr 2025-ci il tarixli, EQ 31437798 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul olunmuş 07 oktyabr 2025-ci il tarixli, EQ 31145161 və 20 oktyabr 2025-ci il tarixli, EQ 31437798 saylı inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X4 barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir Məhkəmə inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmadıqda materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir; 129.1.3-1-ci maddəsinə əsasən isə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilmiş inzibati xətalar üzrə inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayətlər şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İnzibati tənbeh vermə haqqında elektron qərarlarda inzibati xəta hadisəsinin Abşeron rayonunun ərazisində törədildiyi qeyd edilsə də, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən X2 yaşayış yeri Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir və bu məqsədlə əlavə sənəd tələb edilə bilməz. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, X2 qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, N saylı hərbi hissədir. X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar elektron olduğundan həmçinin onun yaşayış yeri Bakı şəhəri, Nizami rayonu müəyyən edildiyi üçün qanunvericiliyin tələbi baxımından verilmiş şikayət Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul olunmuş 07 oktyabr 2025-ci il tarixli, EQ 31145161 və 20 oktyabr 2025-ci il tarixli, EQ 31437798 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar