Məhkəmə qərarları › İş №3(5-105)-1001/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-1001/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-1001/2026 18.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Masallı rayonunun Əhmədli kəndində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Masallı rayonu, Təzə Alvadı Ərazi Dairəsi, Əhmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 17 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Nuhbala Cavadov izahat verərək bildirdi ki, 16 mart 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron RPİnin əməkdaşları tərəfindən narkotik maddənin qəbulunda şübhəli şəxs kimi saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsində MET (+), MOP (+), MTD (+) aşkar olunmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirdi ki, o, evə gedərkən şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə aparılmış, narkotik maddə və ya digər qanunsuz əşya və ya predmet aşkar edilməsə də, narkotik maddə istifadəcisi olduğu müəyyən edilmişdir. Uzun müddətdir ki, müxtəlif növlərdən istifadə etsə də sonradan istifadəni dayandırmışdır. Lakin 2-3 ay olarki yenidən istifadəyə başlamışdır. Nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. “İnzibati qaydada tutma haqqında” 17 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 17 mart 2026-cı il tarixdə, saat 21:00-dan məhdudlaşdırılmışdır;

2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 17 mart 2026-cı il tarixli, 2202 №-li rəyində qeyd edilmişdir ki, Şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasə xx.xx.2023-cü il tarxdə RNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır;

1. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 17 mart 2026-cı il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşının raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;

2. “İnzibati xəta haqqında” 17 mart 2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, 16 mart 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron RPİ-nin əməkdaşları tərəfindən narkotik maddənin qəbulunda şübhəli şəxs kimi saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsində MET (+), MOP (+), MTD (+) aşkar olunmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş xətanın xarakterini, təqsirin dərəcəsini, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmamasını, habelə tətbiq olunacaq tənbehin şəxsin islahına təsirini və onun cəmiyyətdən təcrid olunmasının qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallara uyğunluğunu qiymətləndirib hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin və həbs etmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni, 17 mart 2026-cı il tarixdən, saat 21:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2023-cü il tarxdə RNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Qərarın icrası “həbs tətbiq edilsin” hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın icrası “şəxsə narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2023-cü il tarxdə RNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması” hissəsində Masallı rayon Mərkəzi Xəstəxanasına həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar