Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-1034/2026 18.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin X1 polis sahə rəisi, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayonu, Xırdalan Şəhəri, Heydər Əliyev prospekti, 6 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi Vahid Həsənov izahatında göstərdi ki, Şəxs 04 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs1 Şuli oğlunun Abşeron rayonu, Mehdiabad qəsəbə qəbirtsanlığında dəfn olunmuş mərhum yoldaşı və qayınanasına məxsus məzar daşlarının yanında quraşdırıılmış ümumilikdə 200 manat dəyərində iki ədəd güldanları və 05 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbə qəbirtsanlığında dəfn olunmuş mərhum anasının məzarı yanında quraşdırıılmış ümumilikdə 60 manat dəyərində iki ədəd güldanları, qapını və su kranını talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs cəzaçəkmə müəssisəsindən amnistiya aktına əsasən buraxıldıqdan sonra işsiz olduğunu, ele buna görə də qəbiristanlığın təmizliyinin təmin edilməsi ilə məşğul olduğunu və mərhumların yaxınlarının yardımları ilə dolandığını bildirmişdir. Hadisə ilə bağlı qeyd etmişdir ki, mərhumun yaxınlarının ona qrşı davranışına minnətdarlıq əlaməti olaraq qərin ətrafını səliqəyə salmış, digər qəbrin sahibsiz olduğunu düşündüyü üçün orda olan güldanları çıxaraq ora qoymuşdur. Krantı isə Azərsu ASC-nin nümayəndələri xəttdən ayırdığı üçün götürmüşdür. Zərəri ödəməyə maddi imkanı olmadığını bildirərək, əməlinə görə peşman olduğunu bildirməklə barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Şuli oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxsin müəyyən edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Abşeron RPİ-nin X3 göndərilmişdir;
2. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxsin müəyyən edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Abşeron RPİ-nin X3 göndərilmişdir;
3. “İnzibati xəta haqqında” tərtib edilmiş 18 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Şəxs 04 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs1 Şuli oğlunun Abşeron rayonu, Mehdiabad qəsəbə qəbirtsanlığında dəfn olunmuş mərhum yoldaşı və qayınanasına məxsus məzar daşlarının yanında quraşdırıılmış ümumilikdə 200 manat dəyərində iki ədəd güldanları və 05 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbə qəbirtsanlığında dəfn olunmuş mərhum anasının məzarı yanında quraşdırıılmış ümumilikdə 60 manat dəyərində iki ədəd güldanları, qapını və su kranını talamışdır.;
Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddədə maddədə göstərilən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddədə göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, təqsir dərəcəsini, əməli törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, əmlak vəziyyətini, habelə əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halın mövcud olmamasını, həmçinin bu cür hərəkətləri ilə ətrafda və cəmiyyətdə mənfi emosiyalar yaratmasını nəzərə alıb, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyrimi beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin və həbs etmənin əvvəli 18 mart 2026cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər
Sədrlik edən: Abusət Qasımov