Məhkəmə qərarları › İş №3(5-105)-126/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-126/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-126/2026 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin X6 polis sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Qəbələ rayonunun Xırxatala kəndində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi X6 polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 19 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsinin X6 polis sahə rəisi, polis leytenantı İslam İslamzadə izahat verərək bildirdi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 02 nəfər şəxsin özünü şübhəli aparması nəticəsində ÇPA əməkdaşları onlara yaxınlaşaraq, X8 aparmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirdi ki, törətdiyi əməldən səmimi peşmandır, himayəsində baxıma ehtiyacı olan 3 azyaşlı övladı vardır, ailədə yeganə qazanc gətirən şəxs olması ilə yanaşı atasının müharibə veteranı olduğunu da bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması” haqqında 16 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 21:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 17 yanvar 2026-cı il tarixli qərardan görünür ki, X10 Alayının əməkdaşlarının raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin X8 göndərilmişdir;

3. “İnzibati qaydada tutma haqqında” 17 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 17 yanvar 2026-cı il tarixdə, saat 20:45-dən məhdudlaşdırılmışdır;

4. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsinin 17 yanvar 2026-cı il tarixli tarixli, 20/65 №-li rəyində qeyd edilmişdir ki, tədqiqta təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 246”, “Zərflər üçün № 56 möhür əksiləri olan, “Şəxs /imza/; Hüseynova Pərvanə /imza/”, Hidayətzadə Vüsal /imza/; Murqutbəyli Muhfər /imza/; Nuriyev Əhmədxan /imza/” əl yazı olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,997 qram olan bitki mənşəli kütlə tərkibində kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 0,997 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,977 qramdır.

5. “İnzibati xəta haqqında” 19 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 02 nəfər şəxsin özünü şübhəli aparması nəticəsində ÇPA əməkdaşları onlara yaxınlaşaraq, X8 aparmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur;

6. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları vardır.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşaqlarının olması onun əməlinin yüngülləşdirici halı olaraq nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etməyi müzakirə etmiş, törədilmiş xətanın xarakterini, təqsir dərəcəsini, himayəsində azyaşlı uşaqlarının olmasını əməlində yüngülləşdirici hal kimi nəzərə almış, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların mövcud olmadığını, eləcə də tətbiq olunacaq tənbehin şəxsin islahına təsirini və cəmiyyətdən təcrid olunmasına dair qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını qiymətləndirərək hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin İnzibati həbs haqqında qərar dərhal icra edilsin və həbs etmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni, 17 yanvar 2026-cı il tarixdən, saat 20:45-dən hesablansın. Qərarın icrası “həbs tətbiq edilsin” hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası “ərazi narkoloji dispanserdə qeydiyyata alınsın” hissəsində Gəncə şəhər Mərkəzi Xəstəxanasına həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar