Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-14/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi ilə İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 20 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona yazılmış protokol qanunsuzdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan xətalara 342.6-cı maddə yəni hərəkətdə olarkən mobil telefondan istifadə aid deyil, yəni bu xəta fotoqeydiyyat ilə qeydə alına bilməz. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən fotoqeydiyyat ilə qeydə alınan xətaya görə avtomobili saxlayaraq protokol tərtib etmək qadağandır. Buna baxmayaraq Saray postunda YPX inspektoru Səmədov Aqil tərəfindən saxlanılaraq İXMnin 122.1 və 122.5-ci maddələrinin tələbləri pozularaq ona əsassız protokol yazılmışdır. Həmin qərar qanunsuz və əsassız olduğundan onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Emil Əzizov şikayətdə qeyd etdiyi halları müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin və şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 20 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 həmin tarixdə, saat 12:52-də Abşeron rayonu, Saray qəsəbəsi, X4 küçəsi, 2 ünvanında “BMW 520 D minik” ** TY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi üzrə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, verilmiş şikayət əsasında araşdırma apararaq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Emil Əzizov nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etməsini inkar etməmiş, lakin ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyata alınan inzibati xətalara mobil telefondan istifadə aid deyil və bununla əlaqədar sürücünün saxlanılaraq barəsində protokol tərtib edilməsi düzgün deyil. Xüsusi texniki vasitə təyinatı pozuntunu qeydə almaq olan qurğuları əhatə etdiyi üçün və təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış görünrülər xüsusi texniki vasitənin köməyi ilə qeydə alınmış hesab edilə bilməz. Ona görə də, sürücünün belə hallarda saxlanılaraq barəsində protokol tərtib edilməsi istisna oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 342.6 -cı maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar nüəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 20 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən həmçinin X3 şikayətində göstərdiyi xüsusatlar iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmadığından şikayət təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 şikayət təmin edilməsin. İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 20 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-14/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-14/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver