Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-143/2026 24.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, X1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 13 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi Abşeron rayonu, Aşağı Güzdək kəndi ərazisində mövcud vəziyyətində olan üzlük daş istehsalı sexini işlədir. Sahibarlıq kimi fəaliyyət göstərdiyi Abşeron rayonu, Aşağı Güzdək kəndi ərazisində mövcud vəziyyətində olan üzlük daş istehsalı sexi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2008-ci il tarixli rəyi ilə qeydiyyata alınaraq bu barədə bizə “ekoloji pasport” təqdim edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin tərəfindən xx.xx.2008-ci il tarixdə daş karxanası kimi fəaliyyət göstərdiyimiz üçün bizə DEJ 1555 nömrəli müsbət rəy verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunmuş uçot hesabatları əsasında ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazurlər Kabinetinin xx.xx.1992ci il tarixli 122 saylı qərarı ilə təsdiq olunmuş “ətraf mühitin çirklənməsi”-nə görə ödənişlərin tətbiq qaydalarına və həmin qərarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 308 saylı qərarına əsasən təbiətdən istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə zərərli maddələrin ətraf mühitə atılmasına (yerləşdirilməsinə) görə hesablanmış ödənişlər ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna ödənilməlidir. Nazirlər Kabinetinin qeyd olunan qərarına müvafiq olaraq tərəfmizdən elektron qaimələr əsasında ətraf mühitin çirklənməsinə görə ödənişlər tərəfindən mütəmadi olaraq hesab fakturlarda müəyyən edilmiş məbləğdə X3 ödənilmişdir. 26 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən daş karxanasına baxış keçirilərək ona məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbə ərazisində daş istehsalı müəsissəsinə baxış keçirilərkən Dövlət ekaloji ekspertizasının müsbət rəyi olmadan güya fəaliyyət göstərdiyi faktının aşkar edilməsi görə AR-nın İnzibad Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə müvafiq olarq barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2008-ci il tarixli rəyi ilə qeydiyyata alınaraq bu barədə ona təqdim olunmuş ekeloji pasportu və xx.xx.2008-ci il tarixli Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin DEJ 1555 nömrəli müsbət rəyini protokol tərtib edən şəxslərə təqdim etmiş olsamda, sənədləri ondan qəbul etməkdən imtina etdilər və inzibati xəta haqqında protokol tərtib etdilər. Tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassız tərtib edildiyindən tərəfindən protokola imza çəkməkdən imtina edildi. Bundan sonra xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən ona məxsus daş karxanasının DEEA-nın müsbət rəyi olmadan fəaliyyət göstərdiyi əsası ilə AR-nın İXM-nin 275.1.1-ci maddəsinin tələblərinə müvafiq olaraq 3500 manat məbləğində cərimə olunmağı barədə MN1897964 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etdi. Abşeron rayonu, Aşağı Güzdək kəndi ərazisində mövcud vəziyyətində olan üzlük daş istehsalı sexi barədə tərətib edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2008-ci il tarixli rəyi “ekeloji pasport” və ən əsası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin tərəfindən xx.xx.2008-ci il tarixdə üzlük daş istehsalı sexi kimi fəaliyyət göstərməyim barədə DEJ 1555 nömrəli müsbət rəyini inzibati xəta haqqında protokol tərtib edən şəxslərə təqdim etsəkdə onlar ona qarşı qərəzli münasibət sərgiləməklə qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, həmin inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etdilər. 4 saylı RETSİ-nin rəis X8 xx.xx.2026-cı il tarixli MN1897964 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyim göstərilmiş və buna görədə 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunduğu qeyd olunmuşdur. Odur ki, onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X10 ərizəsində yazılanlara uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 X9 və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş icarə müqaviləsindən görünür ki, X4 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 30 kv/m olan qeyri-yaşayış sahəsi X7 icarəyə verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ekoloji pasport təqdim edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 30 kv/m olan qeyri-yaşayış sahəsi, daş istehsal sexi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza idarəsi tərəfindən xx.xx.2008-ci il tarixli müsbət rəy verilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs tərəfindən təqdim edilmiş ekoloji pasportdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2008-ci il tarixli rəyi ilə X4 “ekoloji pasport” verilmişdir. Eyni zamanda təqdim edilmiş icarə müqaviləsinə əsasən həmin ərazi X5 tərəfindən X6 istifadəsinə verilmişdir. Bundan başqa təqdim edilmiş ödəniş tapşırığından da göründüyü kimi ətraf mühitin çirklənməsinə zərərli maddələrin ətraf mühitə atılmasına (yerləşdirilməsinə) görə hesablanmış ödənişlər X7 ünvanlanmışdır. Bununla da X6 dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərərək ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması faktı öz təsdiqini tapmamışdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Belə olan halda məhkəmə hesab edir ki, dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar səthi qəbul edilmiş, X6 təqdim etdiyi müsbət rəy və “ekoloji pasport”-a münasibət bildirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət təmin edilməli,qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən X10 barəsində qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(5-105)-143/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-143/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver