Məhkəmə qərarları › İş №3(5-105)-148/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-148/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-148/2026 22.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Teymur-X4 X1 onun barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 16/1-200409 nömrəli qərarından verdiyi şikayətə və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİM: X1 onun barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 16/1-200409 nömrəli qərarından verdiyi şikayət və ona əlavə olunmuş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsinə əsasən, İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəməyə təqdim olunmuş şikayət və ona əlavə edilmiş materiallarından görünür ki, şikayətçi Cahangir Cahangirzadə inzibati xəta haqqında iş üzrə 16/1-200409 nömrəli qərardan şikayət vermişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən, məhkəməyə şikayət yalnız inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verilə bilər. Belə ki, 16/1-200409 nömrəli inzibati xəta haqqında iş üzrə qərar inzibati iş üzrə icraat aparılan şəxs üçün şikayətin verilməsinə səbəb olacaq hüquqi akt kateqoriyasına aid edilməmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən hüquqi nəticəni yaradan akt səlahiyyətli orqanın və ya vəzifəli şəxsin protokola uyğun olaraq qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarıdır. Bu baxımdan inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi prosessual baxımdan mümkün hesab edilmir. Eyni zamanda müəyyən olunmuşdur ki, vətəndaş tərəfindən bir neçə inzibati xəta törədilmiş, lakin hər bir inzibati xəta üzrə qəbul edilmiş inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan ayrıca qaydada şikayət verilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında şikayət və ona əlavə edilmiş materiallar onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 onun barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 16/1-200409 nömrəli qərarından verdiyi şikayət və ona əlavə olunmuş materiallar X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar