Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-171/2026 22.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi Abbasova Fatimə Ramil qızının katibliyi, İnzibati xəta barədə protokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2 protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:30 dəqiqədə vətəndaş Zərərçəkmiş şəxs işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Araz-14” marketdən ümumilikdə 37.50 manat dəyərrində 3 ədəd “Ankor” markalı kərə yağını talamışdır. Bununla da “xırda talama” növündə inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir. Tərəfindən həmin qərar əsasında müvafiq inzibati araşdırma apararaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, zərərçəkmiş şəxsə vurduğu zərəri tam şəkildə ödədiyini, aralarında barışıq olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində Şəxs tərəfindən mağazaya dəymiş zərərin tam şəkildə ödənildiyini və onunla barışdığını, həmçinin şikayətinin olmadığını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 müdafiə etdiyi şəxsin zərəri tam ödənildiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 yanvar 2026-cı il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:30 dəqiqədə vətəndaş Zərərçəkmiş şəxs işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Araz-14” marketdən ümumilikdə 37.50 manat dəyərrində 3 ədəd “Ankor” markalı kərə yağını talamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri, video və foto görüntünü nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Lakin ziyan tam ödənildiyi və zərərçəkmiş şəxslə barışması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək, nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibari tətanı törətməsi sübuta yetirilir və ona həmin məcəllənin 39.2 maddəsi tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat hüquqi yardım göstərdiyinə görə 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin məcəllənin 39.2 maddəsi tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat hüquqi yardım göstərdiyinə görə 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(5-105)-171/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-171/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver