Məhkəmə qərarları › İş №3(5-105)-186/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-186/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-186/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, İnzibati xəta barədə protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.1978-ci ildə ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 23 yanvar 2026-cı il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis leytenantı X5 izahat verərək bildirdi ki, Şəxs 23 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.Bundan başqa o, 23 yanvar 2026-cı il tarixdə ünvan 3 ünvanında yerləşən evdə içkili halda arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı özünü təqsirli bilmir. Belə ki, baş vermiş hadisə həyat yoldaşı ilə onun arasında yaranan şəxsi münaisbətlər zəmnində, yəni arvadının ikinci telefon işlətdiyini tutmuş və əvvəllər də eyni hərəkəti etdiyi üçün onunla mübahisə etmişdir. Hadisə onların yaşadığı evin daxilində baş vermiş, bəzən ucadan danışsalar da həmin vaxt heç bir qonşu evə yaxınlaşmamışdır. Daha sonra Zərərçəkmiş şəxs polis əməkdaşları ilə birlikdə evə gəlmiş və polis əməkdaşları onu polis bölməsinə dəvət etmişdir. O, da əynini geyinmək üçün icazə istəyib və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis əməkdaşları evinə gələrkən ondan mobil telefonunu istəmiş o, da verməkdən imtina etmişdir, çünki hansı səbəbdən mobil telefonunun istənildiyi ona bildirilməmişdir. Sonda ədalətli qərar qəbul eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qisində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. Şəxs mütəmadi olaraq evdə onunla mübahisə edir, söyüb təhqir etmişdir. 23 yanvar 2026-cı il tarixdə Şəxs spirtli içkinin təsiri altında onunla əsassız mübahisə etmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir,onu vurmuşdur. O da azyaşlı övladlarını götürərək evdən çıxaraq polis idarəsinə getmiş və şikayətini bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadıqları ünvana gəlmiş, polis əməkdaşları Şəxs mobil telefonunu istəsələr də o verməmiş, səs-küy salmışdır. Daha sonra onlarla birlikdə polis idarəsinə getmişdir. Hazırda Şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 müdafiə etdiyi şəxsin əməlində heç bir inzibati xəta tərkbinin olmadığını, baş vermiş mübahisənin evin içində olduğunu və ətrafdaheçkəsin eşitmədiyini, eyni zamanda polisin qanuni tələbinə tabe olmamaqla bağlı heç bir inzibati xətaya yol vermədiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. İnzibati xəta haqqında 23 yanvar 2026-cı il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs 23 yanvar 2026-cı il tarixdə ünvan 3 ünvanında yerləşən evdə içkili halda arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir;

2. İnzibati xəta haqqında 23 yanvar 2026-cı il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs 23 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır;

3. “İnzibati qaydada tutma haqqında” 23 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 23 yanvar 2026-cı il tarixdə saat 08:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən və onun xırda xuliqanlıq inzibati xətasını törətdiyi hallar öz əksini tapmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs və Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə onların yaşadığı mənzilin daxilində baş vermiş, yəni ətrafda kənar şəxslər olmamış, habelə kənar şəxslərin eşitməsini təsdiq edən heç bir mötəbər sübut öz təsdiqini tapmamışdır. Yəni baş vermiş mübahisə şəxsi münasibətlər zəminində olmuşdur. Göründüyü kimi həmin fakt üzrə Şəxs əməlində xırda xuliqanlıq inizbati xətası mövcud deyildir. Törədildiyi güman edilən digər inzibati xəta haqqında protokola münasibətdə məhkəmə qeyd edir ki, Şəxs özü polis əməkdaşlarının qanuni tələbinə tabe olaraq avtomobilə əyləşmiş və onlarla birlikdə polis idarəsinə getmişdir. Lakin polis əməkdaşlarının Şəxs mobil telefonunu verməsini tələb etməyi isə qanuni tələb hesab edilə bilməz. Belə ki, qeyd olunan mobil telefonun hansı əsasla təqdim olunmasının tələb edilməsi Şəxs bildirilməmiş, şəxsin müvəqqəti saxlama yerinə yerləşdirilmədən, mənzilindən aparılan zaman polis əməkdaşlarının onun şəxsi əşyalarını əsassız olaraq tələb etməsi ilə bağlı səlahiyyəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması və xırda xuliqanlıq inzibati xətasını törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar