Məhkəmə qərarları › İş №3(5-105)-193/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-193/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-193/2026 06.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 nümayəndəsi X5 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X2 (bundan sonra SİM DNX 2 Saylı X2) tərəfindən daxil olunmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında SİM DNX 2 Saylı X1 böyük məsləhətçi-müffətişi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat apaılan Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında SİM DNX 2 Saylı X1 nümayəndəsi X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında Şəxs məxsus olan fərdi yaşayış evində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkarlanmışdır. Bu səbəbdən sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X11 Şəxs barəsində tədbir görülməsini məhkəmədə xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, keçirilən nəzərət tədbirləri zamanı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Şəxs məxsus fərdi yaşayış evində sudan qanunsuz istifadə olunmaqla suyun talanması faktı aşkar edilmişdir. Aktda göstərilmişdir ki, icazə sənədləri, sayğac və müqavilə olmadan qanunsuz sudan istifadə olunması məqsədilə İri Şəhərlərin Birləşmiş Su təchizatı X9 X12 İdarəsinin balans və istismarında olan su təchizatı şəbəkəsinə 25 (iyirmi beş) mm-lik plastik boru vasitəsilə birləşmə edilmişdir. İş materiallarından görünür ki, ekspertizanın və digər prosessual hərəkətlərin aparılması əsası ilə xx.xx.2025-ci il tarixli qərarla inzibati araşdırma aparılması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən ona məxsus mənzildə istifadə olunan su sərfinə görə 168 (yüz altmış səkkiz) manat (240 m3 0.70 = 168) məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 X12 İdarəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli sorğuya 3-53-2-1/2-228/2026 nömrəli cavab məktubundan, həmçinin “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinin 3-cü bəndindən görünür ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümükün olmadıqda itirilmiş suyun həcmi son 1 (bir) il müddətində aylıq 20 (iyirmi) m3 olmaqla 240 (iki yüz qırx) m3 , həmin ərazilərdə kanalizasiya sistemi olmadıqda 1 (bir) m3 suyun qiyməti tarif şurasına əsasən 0.70 (sıfır tam yüzdə yetmiş) manat məbləğində hesablanır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. 262.3-cü maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinin 3-cü bəndindən görünür ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümükün olmadıqda itirilmiş suyun həcmi son 1 (bir) il müddətində aylıq 20 (iyirmi) m3 olmaqla 240 (iki yüz qırx) m3 , həmin ərazilərdə kanalizasiya sistemi olmadıqda 1 (bir) m3 suyun qiyməti tarif şurasına əsasən 0.70 (sıfır tam yüzdə yetmiş) manat məbləğində hesablanır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 45-ci maddəsinə əsasən sudan istifadə edənlərin sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək vəzifələri vardır. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda və qanunvericilidə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu, yoxlama aktını, görüntüləri özündə əks etdirən diski, eləcə də inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını bir-biri ilə qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirərək müəyyən etmişdir ki, Şəxs tərəfindən sudan qanunsuz istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Göstərilən sübutların mötəbərliyinə və qanunauyğunluğuna şübhə yaradan hallar məhkəmə tərəfindən aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv əlamətlərini tam şəkildə ehtiva edir. Belələliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməli və barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İXM-də nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla ifadə oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs münasibətdə daha əvvəllər anoloji inzibati xətanı törətməməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması” haqqında qərardadın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş maddi və prosessual əsaslar olmadığından yol verilmiş qanun pozuntular ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdimat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi üzrə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə yol verilmiş qanun pozuntular ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdimat verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar