Məhkəmə qərarları › İş №3(5-105)-2/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-2/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-2/2026 06.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə qərarlardan şikayət ərizəsi ünvanlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 25358606, EQ 25674045, EQ 26275713, EQ 27692549, EQ 28124238, EQ 29231857, EQ 30792681, EQ30792433, EQ31460275, EQ 31924522, EQ 32413356, EQ 33030418 saylı protokollar və onunla bağlı qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlir ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan şikayət ərizəsinə nəzər yetirərkən məlum olur ki, X2 tərəfindən inzibati xəta haqqında qəbul edilmiş qərarlar iş materiallarına əlavə edilməmiş, ümumiyyətlə şikayət düzgün tərtib olunmamış, belə ki, hər bir qərardan ayrı-ayrı şikayət verilməli olduğu halda qərarlardan ümumi olaraq bir şikayət verilmişdir. Həmçinin protokoldan deyil qərardan şikayət verilməli olduğu halda, protokollardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, X2 barəsində qəbul edilmiş qərardan şikayət Azərbaycan Respublikasının İXM-nin müddəalarına uyğun şəkildə tərtib edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan təkrar məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 tərəfindən EQ 25358606, EQ 25674045, EQ 26275713, EQ27692549, EQ28124238, EQ 29231857, EQ 30792681, EQ 30792433, EQ 31460275, EQ31924522, EQ32413356, EQ33030418 saylı inzibati cərimələrin tətbiq edilməsi haqqında protokolların ləğv edilməsinə dair verilmiş şikayət geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar