Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-21/2026 07.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 Barəsində inzibati xəta Şəxs haqqında icraat aparılan şəxs: iştirakları ilə xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsndən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş 06 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Vasif İsmayılov izahat verərək bildirdi ki, Şəxs 06 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron RPİ-nin DYPŞ-nin və PPX-i əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Belə ki, o, DYPŞ-nin əməkdaşının göstərişinə əsasən nəqliyyat vasitəsini dayandırmış, həmin vaxt nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinin olduğu müəyyən edilmiş, barəsində protokol tərtib edilmiş, nəqliyyat vasitəsinin duracağa təmin edilməsi tələb olunmuşdur. O, bununla razılaşmamış, PPX-nin əməkdaşları həmin yerə cəlb edilmiş, bundan sonra da, o, tələbi könüllü icra etmədiyi üçün özü Abşeron RPİ-nə, nəqliyyat vasitəsi isə duracağa təmin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilməərək izahatında göstərdi ki, PPX-i əməkdaşının tələbinə əsasən nəqliyyat vasitəsini saxlamış, heç bir tabesizlik və hörmətsizlik nümayiş etdirməmişdir. Əməkdaş ona nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edildiyini bildirdikdə normal şəkildə fikirini izah etşiş və nəzərinə çatdırmışdır ki, Yasamal rayonu ərazisində də eyni əsasla saxlanılmış, barəsində protokol tərtib edilmiş, lakin əsassız olduğu üçün həmin protokol ləğv edilmişdir. Əməkdaş onunla razılaşmaşış qanunsuz olaraq protokol tərtib etmişdir. O, da buna etiraz etməmiş, protokoldan şikayət verəcəyini bildirmişdir. Nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi ondan tələb edildikdə bunun qanunsuz olduğunu bildirməklə etiraz etmiş, əməkdaşın qanunsuz tələblərinin qarşısını almaq üçün DİN 102 və 902 çağrı mərkəzinə zəng etmişdir. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş YPX-nin inspektoru X8 ifadəsində bildirmişdir ki, sürücü Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən saxlanılmış, nəqliyyat vasitəsinə model və konstruksiya dəyişikliyi edildiyi üçün barəsində protokol tərtib edilmiş, nəqliyyat vasitəsinin duracağa təmin edilməsi tələb edilmişdir. Protokolun tərtib edilməsinə etiraz etməsə də, nəqliyyat vasitəsini duracağa təmin etməkdən imtina etmiş, qanuni tələbləri yerinə yetirməmiş, xitmətdə olan əməkdaşların lüzumsuz yerə vaxtını almaqla mübahisə yaratmışdır. Sürücünün bu hərəkətləri sonlandırması üçün aparılmış söhbət nəticə vermədiyi üçün PPX-i əməkdaşları dəvət edilmiş, onların da tələblərini yerinə yetirmək istəməmişdir. Sonda sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edildikdən sonra Polis İdarəsinə gəlməkə razılaşmış, lakin nəqliyyat vasitəsini duracağa könüllü təmin etməmiş, daşıyıcı vasitəsi ilə aparılmasına mane olmaq üçün açarları verməkdən imtina etmiş, daşımaya mane olmaq üçün təkərləri sağa meyli şəkildə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər YPX-nin inspektoru X2 şahid X4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin PPX-nin əməkdaşı X10 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsinin olduğu yerə dəstək üçün göndərilmiş, ora gəldikdə sürücünün nəqliyyat vasitəsində oturduğunu YPX-i əməkdaşlarının tələblərini yerinə yetirmədiyini görmüşdür. Bir müddət onunla söhbət apararaq intizama dəvət etsə də, sürücü nəqliyyat vasitəsindən düşməmiş, nəqliyyat vasitəsində oturaraq onların tələbini icra etməmiş, aidiyatı qrumlara zəng edərək tələbin qanunsuz olduğu barədə telefon danışığı aparmışdır. Ona idarədə araşdırılmanın aparılacağı, bu cür davranışın iş rejiminin pozulmasına səbəb olmaqla qanun pozuntus olduğu dəfələrlə izah edildikdən sonra xüsusi vasitələr tətbiq ediləcəyi deyildikdə idarəyə gəlməyə raılıq versə də nəqliyyat vasitəsini duracağa təmin etməmişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin PPX-nin digər əməkdaşı X1 Tural Bəhruz oğlunun ifadəsinə oxşar məzmnlu ifadə vermişdir. X5 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını YPX-i əməkdaşının tələbi əsasında nəqliyyat vasitəsini saxladığını, barəsində tərtib edilmiş protokolla razılaşmayaraq etiraz etməsinin isə hüququ olduğunu, əsassız halda nəqliyyat vasitəsinin duracağa aparılması ilə razılaşmayaraq dərlal DİN 102 və 902 xidmətinə məlumat verdiyini göstərməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. İnzibati qaydada tutma haqqında 06 yanvar 2026-cı il tarixli, AZA № 2404604/1 saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 17:00-da tutulmuşdur;
2. “İnzibati xəta haqqında” 06 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 06 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama əməlini törətmişdir.
“Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır; 33-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs ictimai yerdə heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşına qarşı tabesizlik göstərməsini, törədilmiş inzibati xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı olmasını, əməlində yüngülləşdirici halların mövcudluğunu və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə tətbiq olunacaq inzibati tənbeh tədbirinin onun islah olunmasına təsirini və cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, həmçinin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərə alaraq hesab edir ki, sonuncunun gələcəkdə eyni xarakterli inzibati xəta törətməsinin qarşısının alınması məqsədilə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəuyğundur.
Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov