Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-216/2026 27.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş Abşeron RPİ-in İTŞ-in polis sahə rəisi, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan MR-in Şərur rayonun Yeni Havuş kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin İTŞ-in polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və onlara əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK ərazisində yerləşən avtoyuma məntəqəsində tanışı X4 qarşı ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozan hərəkətlər etmiş, onlar arasında mübahisə yaranmışdır. Baş verən hadisə səbəbindən polis əməkdaşı şəxsi polis idarəsinə dəvət etmiş, bu zaman Şəxs yenidən Seymur Məmmədovun ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizamintizama dəvət etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikasının İXMin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsinə dair protokollar tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokollarla tanış olaraq protokolu imzalamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-in İTŞ-in polis sahə rəisi, polis kapitanı X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK ərazisində yerləşən avtoyuma məntəqəsində tanışı Seymur Məmmədova qarşı ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozan hərəkətlər etmiş, onlar arasında mübahisə yaranmışdır. Hadisə ilə bağlı o, Şəxs evinə yaxınlaşmış və onu polis idarəsinə dəvət etmiş, bu zaman sonuncu yenidən Seymur Məmmədovun ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, buna məhəl qoymayaraq o öz hərəkətlərini davam etdirmiş, öz mobil telefonu ilə polis əməkdaşlarının çəkilişini aparmış, polis əməkdaşları ilə polis idarəsinə gəlməkdən imtina etmişdir. Bu səbəbdən o, post patrul xidmətinin əməkdaşlarını hadisə yerinə çağırmış və Şəxs polis idarəsinə aparılmışdır. Anar Axundov həmçinin bildirmişdir ki, şəxsin içkili olduğundan şübhələnildiyi üçün sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə tibbi müayinə keçirilmiş və onun yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. O, sonda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz izahatında bildirmişdir ki, hadisə 25 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, avtoyuma məntəqəsində baş vermişdir. Belə ki, tanışı Şəxs sərxoş vəziyyətdə səbəbsiz yerə onun ünvanına nalayiq ifadələr işlətmiş, orada olan şəxslər də hadisənin şahidi olmuşdur, o daha sonra “102” xidmətini yığaraq Şəxs hərəkətlərindən şikayət etmişdir. Seymur Məmmədov bildirmişdir ki, Şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona Azərbaycan Respublikası İXM-in 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə istinad edilən əməllərin törədilməsində özünü təqsirli bilməmiş və bildirmişdir ki, X2 məxsus obyektə getməməsi səbəbindən sonuncu ona qarşı qərəzli münasibət bəsləmiş və heç bir əsaslı səbəb olmadan işçisi Seymur Məmmədovu onun barəsində şikayət verməyə təhrik etmişdir. O həmçinin bildirmişdir ki, polis əməkdaşları onu polis idarəsinə getməyi təklif etmədən birbaşa onun icazəsi olmadan evinə daxil olmuşdur. Şəxs izahatında polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq ona xəsarət yetirildiyini məhkəməyə bildirmiş və sonda barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, hadisənin baş verdiyi avtoyuma məntəqəsi ona məxsusdur. 25 yanvar 2026-cı il tarixdə X5 müşahidə kamerasından işçisi Seymur Məmmədovla vətəndaş Şəxs mübahisə etdiyini görmüşdür. İşçisi ilə telefon vasitəsilə əlaqə saxlamış, Seymur Məmmədov heç bir problem olmadığını ona bildirmiş, hadisə baş verən günün sabahı sonuncunun Şəxs şikayət etdiyi barədə məlumatı öyrənmişdir. O, həmçinin sərxoş halda olduğu təqdirdə Şəxs daha əvəllər də bu cür hadisələrin baş verməsinə səbəb olduğunu, Şəxsla heç bir ədavət və düşmənçiliyinin olmadığını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Abşeron RPİ-in İTŞ-in polis sahə rəisi, polis kapitanı X8 26 yanvar 2026-cı il tarixdə bir nəfər şəxsin polis əməkdaşına tabesizlik göstərdiyi barədə məlumatı verdikdən sonra, həmin yerə yaxınlaşmışdır. Şəxsi nizam-intizama dəvət etsələr də, şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında müdafiəçi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində ona istinad olunan inzibati xəta tərkiblərinin (İXM 510 və 535.1) mövcud olmaması səbəbindən Şəxs barəsində aparılan icraata xitam verilməsini, şəxsin himayəsində azyaşlı uşaqlarının olmasının, uşaqlarından birinin xəstə olmasının, ətraf şəxslər tərəfindən Şəxs müsbət xarakterizə olunmasının məhkəmə tərəfindən qərar qəbul ediləməsi zamanı nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid X5 tərəfindən verilmiş videogörüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, Seymur Məmmədov avtoyuma məntəqəsinə gələrək hərəkətlərini idarə etməkdə çətinlik çəkməklə ictimai qaydanı pozan hərəkətlər etməklə, yəni digər şəxslərin gözü qarşısında Şəxs ilə mübahisə edərək sonuncunu təhqir etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs xx.xx.2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK ərazisində tanışı X4 qarşı ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozan hərəkətlər etmiş, onlar arasında mübahisə yaranmışdır. Baş verən hadisə səbəbindən polis əməkdaşları şəxsi polis idarəsinə dəvət etmiş, bu zaman Şəxs Seymur Məmmədovun ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən onun barəsində xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* və xx.xx.2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2026-cı il tarixli tutma protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2026-cı il tarixli, 2/4860 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olur. Xırda xuliqanlıq əməlinin edilməsindən ötrü ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər qəsdən edilməlidir. İctimai qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə ümumi ictimai qaydanı pozmuşdur və etdiyi hərəkətin ictimai qaydanı pozmasını dərk etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, onun buna məhəl qoymayaraq hərəkətlərini davam etdirməsi, polis idarəsinə dəvət edilən zaman polisin qanuni tələblərinə riayət etməməsi faktı öz-özlüyündə Şəxs müvafiq olaraq İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dəlalət edir. Məhkəmə şəxsin polis əməkdaşları tərəfindən ona sərbəst surətdə polis idarəsinə getməsi üçün şərait yaradılmaması ilə bağlı izahatında bildirdiyi fikrə münasibətdə qeyd edir ki, polis əməkdaşı şəxsə polis idarəsinə getməyi təklif etmiş, şəxs bunu bildikdən sonra polis əməkdaşlarını videogörüntüyə almaq məqsədilə mobil telefonunu otaqdan götürmüş, daha sonra əl-üzünü yuma bəhanəsi gətirərək içəri getmişdir. Polis əməkdaşı şəxsin tabesizlik göstərdiyini müşahidə etdikdə post patrul xidmətinin əməkdaşlarını bununla bağlı məlumatlandırmışdır. Nəzərə alınmalıdır ki, bu hadisələr qısa vaxt kəsimində baş verməmişdir, həmin vaxt ərzində Şəxs polis idarəsinə könüllü getmək istəməsinin iradə ifadəsi kimi hər hansı hərəkət icra etməmiş, bunun əksinə hərəkətsizlik nümayiş etdirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hadisə gecə vaxtı, saat 23:00 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK ərazisində yerləşən avtoyuma məntəqəsində, nəqliyyat vasitələrinin hərəkətinin intensiv olduğu, insanların çoxluq təşkil etdiyi (ictimai yerdə) ərazidə törədilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta tərkibli əmələ yol verməsini, məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran halların isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməli və onun barəsində inzibati cərimənin həddi müəyyən edilərkən İXM-in 31.4- 1-ci maddəsinə əsasən 1 (bir) gün müddət təhqiqat zamanı tutulması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 (dörd) iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, təhqiqat araşdırması zamanı tutulduğu 1 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hər saat üçün 11 (on bir) manat olmaqla ümumilikdə 44 (qırx dörd) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Şəxs məhkəmədə bildirdiyi polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar xəsarət alması xüsusatı üzrə araşdırma aparılması məsələsinə hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Prokurorluğuna məlumat verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-216/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-216/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver