Məhkəmə qərarları › İş №3(5-105)-218/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-218/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-218/2026 27.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, inzibati xəta barədə protokol tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-in sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs,müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunda qeydiyyatda olub,faktiki olaraq Abşeron rayonu,Pirəkəşkül qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-in sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta barədə protokol tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-in sahə rəisi X2 bildirdi ki, Şəxs 27 yanvar 2026-cı il tarixdə Bakı-Şamaxı yolunun 28-ci kmdə polis əməkdaşlarının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olduğu təqdirdə onu Abşeron RPİ-yə dəvət edib barəsində inzibati tənbeh barədə protokol tərtib olunmuşdur. İdarədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Hazırda şəxs əməlindən səmimi peşman olduğu üçün onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi və izahat verərək bildirdi ki,o, xx.xx.2026-cı il tarixində Abşeron ərazisində piyada keçidi ola-ola keçidə icazə verilməyən yerdən keçdiyi üçün polis əməkdaşları ona yaxınlaşıb irad bildirərək şəxsiyyət vəsiqəsini istəmiş, o isə buna etiraz etmişdir. Məsuliyyətə cəlb olunmamaq üçün onlara qarşı kobudluq etmişdir, əməlindən səmimi peşmandır, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. X1 izahatında bildirdi ki, adını sonradan bildiyi Şəxs piyda keçidinin olmasına baxmayaraq yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçərək təhlükə yaratmışdır, qeyd edir ki, həmin şəxs bir neçə dəfə belə bir hallara yol vermiş və dəfələrlə xəbərdar edilmişdir, odur ki, o və xidmətdə olan digər polis əməkdaşı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ona özünü təqdim etməyi xahiş etmişlər, lakin şəxs özünü təqdim etməkdən imtina edərək onlara qarşı aqressiv və kobud davranış nümayiş etdirmişdir. Odur ki, onu pois şöbəsinə dəvət edərək şəxsiyyətini müəyyən etmişlər,nəzərə çatdırmaq istəyir ki, barəsində icraat aparılan şəxs polisə qarşı olduqca aqressivdir və dəfələrlə polisin ünvanına xoşagəlməz və nalayiq ifadələr işlətmişdir. Müdafiəçisi Vəkil çıxışında bildirdi ki, müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, odur ki, icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi,sahə rəisini, şahidi və müdafiəçini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 27 yanvar 2026-cı il tarixdə Bakı-Şamaxı yolunun 28-ci km-də polis əməkdaşlarının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs 27 yanvar 2026-cı il tarixdə 11:00 radələrində tutulmuşdur. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan sənədlərə məhkəmə icraatı zamanı əxsin özününün etirafedici izahatı, polis əməkdaşlarıının verdiyi izahat protokollarda göstərilən faktları təsdiqləyir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, şəxs hərəkətləri ictimai asayişin və hüquqmühafizə orqanlarının nüfuzunun pozulmasına yönəlmiş, onun törətdiyi inzibati xətaların obyektiv və subyektiv tərkib əlamətləri tam sübuta yetirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar