Məhkəmə qərarları › İş №3(5-105)-239/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-239/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-239/2026 29.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-in sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Tubinsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu, Zabux kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-dən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə vətəndaş Zərərçəkmiş şəxs polis idarəsinə müraciət edərək özünə məxsus bank kartının itdiyini və həmin gün kartından 60 (altmış) manat pulun istifadə olunduğunu bildirmiş, müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-in sahə rəisi, polis baş leytenantı X3 öz izahatında bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Gənclik küçəsi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə Abşeron RPİ-nin Saray PB-ə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixdə yaşadığı evin yaxınlığında özünə məxsus “4169 7388 6137 2302” nömrəli kartını itirdiyini müəyyən etmiş və həmin gün axşam saatlarında kart hesabından hissə-hissə olmaqla ümumilikdə 60 (altmış) manat pulunun istifadə olunduğunu aşkar etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra iş üzrə müvafiq araşdırılmanın aparılması üçün material aidiyyəti üzrə göndərilmişdir, araşdırmaların nəticəsində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, sonda Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Abşeron RPİ-nin Saray PB-ə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixdə yaşadığı evin yaxınlığında özünə məxsus “4169 7388 6137 2302” nömrəli kartını itirdiyini müəyyən etmiş və həmin gün axşam saatlarında kart hesabından hissə-hissə olmaqla ümumilikdə 60 (altmış) manat pulunun istifadə olunduğunu aşkar etmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş və onlar arasında barışıq olmuş, bu barədə ərizəsini məhkəməyə təqdim edilmişdir. O, sonda Şəxs barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ona istinad olunan əməlin (İXM 227) törədilməsində özünü tam təqsirli bilmiş və izahatında göstərmişdir ki, etdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş və onlar arasında barışıq əldə olunmuşdur. O, sonda barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Abşeron RPİ-nin TŞ-in təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul olunmuş qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və müvafiq inzibati araşdırmanın aparılması üçün iş aidiyyəti üzrə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs arasında barışıq əldə olunmuş və zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 4 (dörd) saat olmaqla, cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 4 (dörd) saat olmaqla, cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar