Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-25/2026 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə İnzibati xəta haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin protokol tərtib etmiş Sosial Müdafiəsi Nazirliyi yanında orqanın nümayəndəsi: X3 Xidmətinin nümayəndəsi X2 Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin nümayəndəsi: Nümayəndə iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəz Aran Regional Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəz Aran Regional Şöbəsi tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, vətəndaş X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 28 avqust 2025-ci il tarixdə iş yerində xəsarət alması faktı ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsininn 15.2-ci maddəsinə əsasən Cəmiyyət rəhbərliyindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-110509/2025 nömrəli məktubla vətəndaşa dair müvafiq sənədlər 07 (yeddi) iş gün müddətində təqdim edilməmiş və bununlada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X5 inzibati protokolun məzmununa uyğun izahat verərək, ENERGY SERVİCE” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə barələrində tərtib edilmiş protokolla bağlı özünü təqsirli hesab etmir. Belə ki, müəssisənin hüquqi ünvanı Xankəndi şəhəri olsa da, faktiki olaraq Ağdaş rayonu, eləcə də digər ərazilərdə fəaliyyət göstərir. Hazırda mübahisəyə səbəb olan vətəndaş isə iş vaxtından kənar müddətdə xəsarət almış, bundan sonra isə öz şəxsi istəyi ilə işdən çıxmışdır. Sözügedən məsələ ilə bağlı X6 sonradan müraciət edilsə də, lakin müraciət hüquqi ünvan üzrə Xankəndi şəhərinə verilməli idi. MMC-nin vətəndaşla arasında hər hansı mübahisə və ya problem mövcud olmamış, yaranmış narazılıq yalnız əmək müfəttişinin hərəkətləri ilə bağlı olmuşdur. Belə ki, protokol birtərəfli qaydada tərtib edilmiş, sənədlərlə bağlı sorğu aparılmamış və izahatlar nəzərə alınmamışdır. Son olaraq bildirir ki, MMC-nin qeydiyyat ünvanı Xankəndi şəhəri, faktiki fəaliyyət ünvanı isə ünvan 4sələnin hansı orqanın səlahiyyətinə aid olduğu aydınlaşdırılmalı idi. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Elektron məhkəmə” informasiya sistemində yoxlama zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı AZ2600, XANKƏNDİ ŞƏHƏRİ, ev X:651217, mənzil Y:4409617 ünvanıdır. Məhkəmə proses iştirakçılatının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilk növbədə işə baxılmalı olan məhkəmənin aidiyyəti məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola dair material məhkəməyə daxil olduqdan sonra, məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən, ehtimal olunan inzibati xətanın Abşeron rayonunun inzibati ərazisində törədildiyi materiallarda öz əksini tapdığından, işin məhkəmə icraatı mümkün hesab edilərək məhkəmə baxışı iclası təyin edilmişdir. Hazırkı mərhələdə isə, aidiyyət qaydası pozulmaqla materialın icraata qəbul olunduğu müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, material aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, işin baxılması Abşeron Rayon Məhkəməsinə aid olmadığından aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə hazırkı inzibati xəta haqqında material baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəz Aran Regional Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 23 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Xankəndi şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-25/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-25/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver