Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-257/2026 13.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X1 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin DYPŞ-i tərəfindən tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 23 dekabr 2025-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə tərəfindən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iclasın inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 izahatında müvafiq sorğu hüquqi şəxsin ünvanına çatmadığından cavab verilə bilməməsini bildirərək aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş protokoldan və digər sənədlədən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:25-də Şəxs istifadəsində olan “Changan Qıyuan Q07 Plug- İn hibrid” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Abşeron RPİ-nin DYPŞ-i həmin şəxs barəsində məlumat verilməsi üçün Şəxsnə sorğu ilə müraciət etmiş, lakin müvafiq sorğuya 5 (beş) gün müddətində cavab verilmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Abşeron RPİ-nin DYPŞ-i tərəfindən iş materiallarına əlavə edilmiş sorğunun Şəxs MMC tərəfindən əldə olunmasına dair qəbzdən görünür ki, müvafiq sorğu xx.xx.2025-ci il tarixdə Yolçu Nuriyev tərəfindən qəbul edilmiş və qəbzə həmin şəxs tərəfindən imza edilmişdir. Şəxs MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim olunmuş MMC-nin rəsmi işçilərinin siyahısından görünür ki, Yolçu Nuriyev sözügedən hüquqi şəxsin işçi heyəti sırasında yer almır. Sübutların tədqiqi və hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Eyni zamanda, “AZEMİS” elektron məkhəmə portalında olan məlumatlardan görünür ki, Şəxs MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1ibati xəta haqqında iş üzrə icraat materiallarında hüquqi şəxsə göndərilən sənədin almasını təsdiq edən qəbzdə ünvan olaraq “Saray” yazılması, həmçinin qeyd olunan qəbzdəki məlumata əsasən sənədin hüquqi şəxsin vəzifəli şəxs tərəfindən deyil araşdırmaya aidiyyəti olmayan “Yolçu Nuriyev” adlı şəxs tərəfindən almasını təsdiq edən məlumatların daxil edilməsi Şəxs MMCnin inzibati orqanın tələbindən məlumatsız olduğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin yaranması üçün hüquqi şəxsin üzərinə qoyulmuş vəzifənin qanunla müəyyən edilmiş qaydada ona çatdırılması zəruridir. Sorğunun hüquqi şəxsə təqdim edilməsi faktı yalnız səlahiyyətli şəxs tərəfindən qəbul edildiyi halda qanunvericilikdə nəzərdə tutulmuş müəyyən hərəkətin edilməməsi inzibati məsuliyyətin yaranmasına səbəb ola biləcək hüquqi nəticəni doğura bilər. Müvafiq sorğunun hüquqi şəxsin vəzifəli şəxsinə təqdim edildiyini təsdiq edən mötəbər sübut olmadığından sorğunun Şəxs MMC tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi sübuta yetirilmir. Belə olan halda, 5 (beş) günlük cavab vermə müddətinin başlanması üçün hüquqi əsasın mövcudluğu təsdiq edilmir. Müddətin başlanması və bitməsi sübuta yetirilmədiyindən hüquqi şəxsin qanuni tələbi yerinə yetirməməsi faktı da sübuta yetirilmiş hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə inzibati xəta hadisəsi mövcud deyil, ona görə də Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsinin mövcud olmaması ilə əlaqədar xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-257/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-257/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver