Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-291/2026 05.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxsin nümayəndəsi və vəkili: Nümayəndə iştirakı ilə, X9 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2025-ci il tarixli, EQ 31099551 saylı inzibati qərardan verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2025-ci il tarixli, EQ 31099551 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edib, əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixində X6 elektron sistemində cərimələr yaranmış və barəsində inzibati xətaya dair protokol qəbul olunmuşdur. Lakin həmin inzibati xəta “BYD” markalı, **-AZ-*** dövlət nömrə nişanlı avtomobil onun istifadəsində olmayan zaman törədilmişdir. Bundan başqa EQ 31099394 saylı qərarlar elektron ödəmə sistemində görsənsə də qərarlar sistemə yüklənməmişdir. Buna görə də inzibati xətanın kim tərəfindən ödənilməsini müəyyən etmək onun tərəfindən mümkün olmamışdır. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Baş X11 İdarəsinə qərarların ona verilməsinə dair müraciət etsə də lakin həmin qərarlar ona şikayət edilməsi üçün verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixində avtomobil BOKT "xxxx" MMC-nin əməkdaşı X1 istifadəsində olmuş və hadisə həmin müddətdə baş vermişdi. X2 maşında olan zaman BOKT "xxxx" MMC tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli etibarnamə ilə avtomobili idarə etməyi X3 etibar etmişdir. Yuxarıda qeyd olunan inzibati xətalar da X4 tərəfindən törədilmişdir. Bildirir ki, Baş X11 İdarəsinin əməkdaşları tərəfindən cərimə BOKT "xxxx" MMC-nin digər əməkdaşı X7 yazılmışdır, halbuki sonuncuya verilmiş xx.xx.2025-ci il tarixli etibarnamənin müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Bundan başqa, elektron sistemdə şəkil və video bölməsinə baxmaq istədikdə, görmüşdür ki, nə şəkil, nə də video mövcuddur. Bu isə onu deməyə əsas verir ki, protokollar əsassızdır. Dərhal elektron şikayət verilsə də şikayətə cavab verilməmiş, elektron qərarlar sistemə yüklənməmişdir. Bu səbəbdən də məhkəməyə hazırki şikayəti etmək qərar alınmışdır. Hesab edir ki, həmin inzibati protokollar və onun əsasında çıxarılan elektron qərarlar əsassız və qanunsuzdur. Belə ki, Qubad Qubadov tərəfindən protokolda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir. Yəni inzibati xəta onun deyil, başqa bir şəxs tərəfındən törədilmişdir. Xətanı sübut edə biləcək foto və ya video materialların olmaması da bu dediklərini təsdiqləyir. Ona görə də həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, hadisə iyun və oktyabr ayları ərəfəsində baş vermişdir. Belə ki, o, direktorun müşaviri vəzifəsində çalışmış və ona fərdi olaraq xidməti avtomobil ayrılmadığı üçün **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim edilmişdir. Belə ki, həmin avtomobildən rəhbərliyin icazəsi əsasında keçiriləcək görüşlərdə, tədbirlərdə və digər işgüzar məqsədlərdə istifadə etmişdir. Həmin ərəfələrdə qeyd olunan nəqliyyat vasitəsi Bakı şəhərini çıxanda qədər onun tərəfindən, sonradan isə Samir tərəfindən idarə olunmuşdur. O və Samir birlikdə Masallı rayonuna gedərkən yolda ola bilər ki, tələsdikləri üçün sürət həddinə fikir verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samir Heybətov izahatında bildirdi ki, qeyd olunan tarixdə **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə etmişdir, həmin vaxt Rəna xanım ilə birlikdə Masallı rayonuna hüzür mərasiməinə getmişlər. Avtomobili şəhəri çıxandan sonra o, idarə edilmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəblər barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2025-ci il tarixli, EQ 31099551 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 04 oktyabr 2025-ci il tarixdə, saat 12:30 radələrində X9 idarə etdiyi “BYD DENZA N 9 PLUGİN HİBRİD minik” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; 10 iyul 2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 BOKT "xxxx" MMCnə məxsus “BYD DENZA N 9 PLUGİN HİBRİD minik” markalı, ** AZ *** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2025-ci il tarixədək verilmişdir Məhkəmə, qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib. şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 04 oktyabr 2025-ci il tarixdə saat 12:30-da “BYD DENZA N 9 PLUGİN HİBRİD minik” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin X9 tərəfindən idarə edilməsi mötəbər sübutlarla, o cümlədən şahidlərin izahatları ilə inkar edilmişdir. Belə ki, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrdən aydın olmuşdur ki, qeyd olunan tarix və vaxtda “BYD DENZA N 9 PLUGİN HİBRİD minik” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil BOKT "xxxx" MMC-nin əməkdaşları tərəfindən idarə edilmişdir. Bununla yanaşı, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan – Baş X11i İdarəsi tərəfindən avtomobilin 04 oktyabr 2025-ci il tarixdə saat 12:30-da məhz X9 tərəfindən idarə edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallardan aydın olur ki, X9 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə “BYD DENZA N 9 PLUGİN HİBRİD minik” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq onun tərəfindən idarə edilməmiş, eləcə də ona istinad edilən inzibati xətalar bilavasitə onun tərəfindən törədilməmişdir. Qeyd olunan hallar şahid ifadələri ilə öz təsdiqini tapdığından, inzibati məsuliyyətin şəxsi xarakter daşıması prinsipinə uyğun olaraq X9 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilməli, həmin qərar ləğv edilməli, eləcə də göstərilən inzibati xəta üzrə iş icraata xitam verilməklə xətm olunmalıdır. Beləliklə də, 04 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X9 tərəfindən törədilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2025-ci il tarixli, EQ 31099551 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2025-ci il tarixli, EQ 31099551 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-291/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-291/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver